Məhkəmə qərarları › İş №2(004)-4592/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4592/2021

19.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4592/2021 19.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı X5 və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı X5 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olmuş buraxılış ili 2015-ci il, ban N DD2120011B156871 olan, Mercedes-Benz markalı E220CDİ minik markalı, ** LN *** qeydiyyat nişanlı avtomobilin cavabdeh X6 tərəfindən özgəninkiləşdirilməsi barədə aparılmış əməliyyat etibarsız sayılmaqla, cavabdehin adından aparılmış qeydiyyatın ləğv edilərək, iddiaçının adına olan texniki sənədin bərpa edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan buraxılış ili 2015ci il, ban N DD2120011B156871olan ,Mersedes-Benz markalı E220CDİ minik markalı, 99LN099 qeydiyyat nömrə nişanlı avtomaşın aprel 2021-ci il tarixdə Cavabdeh ilə aralarında olan ilkin razılaşmaya əsasən pulunu avtomaşın satıldıqdan sonra vermək şərti ilə onun adina etibarnamə vermişdir. Alqı-satqı da cavabdehin onun iştirakı olmadan Baş Dövlət Yol Polis İdarəsində aparılmışdır. Ancaq avtomaşın şəxsin öz adına qanunsuz olaraq keçirilmişdir.Bu səbəbdən də, avtomaşın iddiaçının istifadəsindən çıxmışdır. Göstərilən alqısatqının etibarsız hesab edilərək qeydiyyatın ləğv edilməsi ücün məhkəmə zərurəti yaranmışdır. Daha sonra iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəmə müraciət etmiş, buraxılış ili 2015-ci il, ban N DD2120011B156871 olan, Mercedes-Benz markalı E220CDİ minik markalı, ** LN *** (son qeydiyyat nömrə nişanı ** OD ***) qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla, istifadəsi qadağan edilərək BDYP-nin duracağında saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 02.07.2021-ci il tarixli, 2(004)-4592/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, buraxılış ili 2015-ci il, ban N DD2120011B156871 olan, Mercedes- Benz markalı E220CDİ minik markalı, ** LN *** (son qeydiyyat nömrə nişanı ** OD ***) qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. X10 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X10 və onun nümayəndəsi və vəkili Nümayəndə1 izahatlarında iddia tələbinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 22 iyun 2021-ci il tarixli ərizəyə əsasən görünür ki, iddiaçı X10 Cavabdeh notarial qaydada vermiş olduğu etibarnaməyə xitam verilməsi ilə bağlı 51 saylı notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan AD № 422777 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən görünür ki, ** LN *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E220 CDİ minik markalı avtomobil WDD2120011B156871 BAN nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 19.01.2021-ci il tarixli etibarnaməyə əsasən görünür ki, X10 Cavabdeh notarial qaydada vermiş olduğu etibarnamə əsasında nəqliyyat vasitəsinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyat çıxarmaq, ərizə vermək və.s kimi səlahiyyətlər vermişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli çıxarışa əsasən görünür ki, Cavabdeh X3 etibarnamə ilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyat çıxarmaq, ərizə vermək və.s kimi səlahiyyətlər vermişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. 19.01.2022ci il tarixə etibarlı olmuşdur. İş materiallarında olan 24.07.2021-ci il tarixli, 016-85337-1221 nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş çıxarışa əsasən görünür ki, nəqliyyat vasitəsi həqiqətən də, 19.01.2021-19.01.2022-ci il tarixləri ərzində Cavabdeh etibar edilmişdir. Etibarnamə ilə, 22.01.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1. Avtomobilə ** OD *** dövlət qeydiyyat nişanı verilmişdir. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli ərizəyə əsasən görünür ki, X11 AR DİN BDYPİ Qİİ-nə ərizə ilə müraciət edərək buraxılış ili 2015-ci il, ban N DD2120011B156871 olan, Mercedes-Benz markalı E220CDİ minik markalı, ** LN *** qeydiyyat nişanlı avtomobilə qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmişdir. X11 tərəfindən ** OD *** tranzit nişanı 22 yanvar 2021-ci il tarixdə təhvil alınmışdır. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən görünür ki, X2 Benz E220 CDİ minik markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobili X8 41000 manat məbləğinə satmışdır. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli, 078-626129 nömrəli, zərərçəkmiş şəxs İddiaçı ünvanlanmış cavab məktubuna əsasən görünür ki, ********* nömrəli cinayət işi üzrə Mercedes E-220 markalı **-LN-*** dövlət qeydiyyat nişanlı dələduzluq yolu ilə Cavabdeh və X9 tərəfindən ələ keçirilməsi ilə bağlı istintaq davam etdirilmişdir. Orxan Ələkbərovun barəsində barəsində Azərbaycan Respublikası CPM-nin 150-ci maddəsinə əsasən axtarışın elan edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X10 tərəfindən Cavabdeh verilmiş etibarnamə qanuni və əsaslıdır. Etibarnamə əsasında iddiaçı cavabdehə nəqliyyat vasitəsinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyat çıxarmaq, ərizə vermək və.s kimi səlahiyyətlər vermişdir. Daha sonra, X10 Bakı şəhəri 51 saylı notariat ofisinə etibarnamənin ləğvi barədə ərizə ilə müraciət etsə də, bu müraciət alqı-satqı müqaviləsinin bağlanmasından sonra olmuşdur. Belə ki, 22.01.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında sözügedən nəqliyyat vasitəsi X1. Lakin, ərizəyə əsasən görünür ki, iddiaçı X10 Cavabdeh notarial qaydada vermiş olduğu etibarnaməyə xitam verilməsi ilə bağlı 22 iyun 2021-ci il tarixdə, yəni alqısatqı müqaviləsinin bağlanmasından 5 ay sonra 51 saylı notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən də görünür ki, nəqliyyat vasitəsinin satıcısı X10 olmuşdur. Alcı tərəfindən 41000 manat məbləğində ödəniş edilmişdir. Müqavilənin şərtlərini həm X10, həm də X11 öz öhdəliklərini yerinə yetirmişlər. Yəni, müqavilənin şərtlərinin yerinə yetirilməsində əhəmiyyətli pozuntu aşkarlanmamışdır. Müqavilənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, X10 alqı-satqı müqaviləsinin tərəfi olduğundan və etibarnamənin ləğv edilməsi üçün alqı-satqı prosesindən sonra müraciət edildiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 363.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsinə xitam verilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Həmin maddənin 2-ci bəndinə əsasən, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Həmin maddənin 3-cü bəndinə əsasən, etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin maddənin 2-ci bəndinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X5 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı X5 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar