Məhkəmə qərarları › İş №2(004)-4595/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4595/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4595/2021 12.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********25343 olan Samsung Galaxy S10+ markalı telefon, X6 aksesuar üçün 857 (səkkiz yüz əlli yeddi) manat ödənilməmiş hissə, 261 (iki yüz altmış bir) manat dəbbə pulu; 08.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********66080 olan Samsung Galaxy A10 markalı telefon üçün 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat dəbbə; 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd X4, Yorğan Tekstil, 2 ədəd Yastık Tekstil, X9 üçün 560 (beş yüz altmış) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Amazfit saat, X7 saat üçün 697 (altı yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 205 (iki yüz beş) manat dəbbə; 03.01.2020-ci il müqaviləsinə əsasən, İMEİ Kodu **********78253 olan X11 8 markalı telefon üçün 340.8 (üç yüz qırx, səksən qəp) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə; 15.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Power Bank Mİ üçün 45 (qırx beş) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə pulu; 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən, QCY TWS Earbuds qulaqlıq, X8qlıq, Power Bank üçün 199.4 (yüz doxsan doqquz, qırx qəp) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbbə pulu; 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Malta 3 yerlik divan, Malta Yumsaq 1 yerli mebel üçün 2047 (iki min qırx yeddi) manat ödənilməmiş hissə, 427 (dörd yüz iyirmi yeddi) manat dəbbə; 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********66440 olan Samsung Galaxy A10 markalı telefon üçün 341 (üç yüz qırx bir) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat dəbbə pulu; 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********10120 olan iPhone 11 markalı telefon, 3 ədəd X10 üçün 1702 (min yeddi yüz iki) manat ödənilməmiş hissə, 510 (beş yüz on) manat dəbbə pulu, ümumilikdə, 8986.2 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “"xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 23.08.2019-cu il, 08.11.2019-cu il, 24.12.2019-cu il, 29.12.2019-cu il, 03.01.2020ci il, 15.01.2020-ci il, 30.01.2020-ci il, 19.02.2020-ci il, 21.02.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ Kodu **********25343, **********66080, **********78253, **********66440 və **********10120 olan Samsung Galaxy S10+, Samsung Galaxy A10, X11 8, Samsung Galaxy A10 və iPhone 11 markalı telefon, X6 aksesuar, 2 ədəd X4, Yorğan Tekstil, 2 ədəd Yastık Tekstil, X9, Xiaomi Amazfit saat, X7 saat, Power Bank Mİ, QCY TWS Earbuds qulaqlıq, X8qlıq, Power Bank, Malta 3 yerlik divan, Malta Yumsaq 1 yerli mebel, 3 ədəd X10 almış və nəticədə 8986.2 (səkkiz min doqquz yüz səksən altı, iyirmi qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2428 (iki min dörd yüz iyirmi səkkizə manat (12 ay x 174 manat + 340 manat ilkin ödəniş) olan İMEİ Kodu **********25343 olan Samsung Galaxy S10+ markalı telefon, X6 aksesuar üçün ümumilikdə 1118 (min yüz on səkkizə manat olmaqla ondan 857 (səkkiz yüz əlli yeddi) manat ödənilməmiş hissə, 261 (iki yüz altmış bir) manat dəbbə pulu; 08.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444 (dörd yüz qırx dörd) manat (12 ay x 34 manat + 36 manat ilkin ödəniş) olan İMEİ Kodu **********66080 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 353 (üç yüz əlli üç) manat olmaqla ondan 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat dəbbə pulu; 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 676 (altı yüz yetmiş altı) manat (12 ay x 56 manat + 4 manat ilkin ödəniş) olan 2 ədəd X4, Yorğan Tekstil, 2 ədəd Yastık Tekstil, X9 üçün ümumilikdə 728 (yeddi yüz iyirmi səkkiz; manat olmaqla ondan 560 (beş yüz altmış) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə pulu; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 946.4 (doqquz yiiz qırx altı, qırx qəp) manat (12 ay x 76.7 manat + 26 manat ilkin ödəniş) olan Xiaomi Amazfit saat, X7 saat üçün ümumilikdə 902 (doqquz yüz iki) manat olmaqla ondan 697 (altı yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 205 (iki yüz beş) manat dəbbə pulu; 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 462.8 (dörd yüz altmış iki, səksən qəp) manat (12 ay x 37.9 manat + 8 manat ilkin ödəniş) olan İMEİ Kodu **********78253 olan X11 8 markalı telefon üçün ümumilikdə 440.8 (dörd yüz qırx, səksən qəp) manat olmaqla ondan 340.8 (üç yüz qırx, səksən qəp) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu; 15.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 68.4 (altnuş səkkiz, qırx qəp) manat (6 ay x 11.4 manat + 0 manat ilkin ödəniş) olan Power Bank Mİ üçün ümumilikdə 58 (əlli səkkiz) manat olmaqla ondan 45 (qırx beş) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə pulu; 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 239.4 (iki yüz otuz doqquz, qırx qəp) manat (6 ay x 39.9 manat + 0 manat ilkin ödəniş) olan QCY TWS Earbuds qulaqlıq, X8qlıq, Power Bank üçün ümumilikdə 257.4 (iki yüz əlli yeddi, qırx qəp) manat olmaqla ondan 199.4 (yüz doxsan doqquz, qırx qəp) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbbə pulu; 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2136 (iki min yiiz otuz altı) manat (24 ay x 89 manat + 0 manat ilkin ödəniş) olan Malta 3 yerlik divan, Malta Yumsaq 1 yerli mebel üçün ümumilikdə 2474 (iki min dörd yüz yetmiş dörd) manat olmaqla ondan 2047 (iki min qırx yeddi) manat ödənilməmiş hissə, 427 (dörd yüz iyirmi yeddi) manat dəbbə; 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 (üç yüz yetmiş iki) manat (12 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********66440 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 443 (dörd yüz qırx üç) manat olmaqla ondan 341 (üç yüz qırx bir) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat dəbbə pulu; 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2238.4 (iki min iki yüz otuz səkkiz, qırx qəp) manat (12 ay x 170.2 manat + 196 manat ilkin ödəniş) olan İMEİ Kodu **********10120 olan iPhone 11 markalı telefon, 3 ədəd X10 üçün ümumilikdə 2212 (iki min iki yüz on iki) manat olmaqla ondan 1702 (min yeddi yüz iki) manat ödənilməmiş hissə, 510 (beş yüz on) manat dəbbə pulu hesablanmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. (Cavabdeh 11 avqust 2021-ci il tarixdə saat 18:09-da (055) 292 63 97 mobil nömrəsinə zəng etməklə mülki iş üzrə 12.08.2021-ci il tarixə saat 12:40-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak etməsi barədə məlumat verilmişdir.)Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 23.08.2019-cu il tarixli, 00864013 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 2428 (iki min dörd yüz iyirmi səkkizə manat (12 ay x 174 manat + 340 manat ilkin ödəniş) dəyərində əşyanı (Samsung Galaxy S10+ markalı telefon, X6 aksesuar) hər ay 174 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay ərzində hər ay 174 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 08.11.2019-cu il tarixli, 01035112 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 444 (dörd yüz qırx dörd) manat (12 ay x 34 manat + 36 manat ilkin ödəniş) dəyərində əşyanı (Samsung Galaxy A10 markalı telefon) hər ay 34 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay ərzində hər ay 34 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 24.12.2019-cu il tarixli, 01154159 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 676 (altı yüz yetmiş altı) manat (12 ay x 56 manat + 4 manat ilkin ödəniş) dəyərində əşyanı (2 ədəd X4, Yorğan Tekstil, 2 ədəd Yastık Tekstil, X9) hər ay 56 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay ərzində hər ay 56 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 29.12.2019-cu il tarixli, 01170770 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 946.4 (doqquz yiiz qırx altı, qırx qəp) manat (12 ay x 76.7 manat + 26 manat ilkin ödəniş) dəyərində əşyanı (Xiaomi Amazfit saat, X7 saat) hər ay 76.7 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay ərzində hər ay 76.7 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 03.01.2020-ci il tarixli, 20008395 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə 462.8 (dörd yüz altmış iki, səksən qəp) manat (12 ay x 37.9 manat + 8 manat ilkin ödəniş) dəyərində əşyanı (X11 8 markalı telefon) hər ay 37.9 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay ərzində hər ay 37.9 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 15.01.2020-ci il tarixli, 20038681 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 68.4 (altnuş səkkiz, qırx qəp) manat (6 ay x 11.4 manat + 0 manat ilkin ödəniş) dəyərində əşyanı (Power Bank Mİ) hər ay 11.4 manat olmaqla 6 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 6 ay ərzində hər ay 11.4 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 30.01.2020-ci il tarixli, 20068857 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 239.4 (iki yüz otuz doqquz, qırx qəp) manat (6 ay x 39.9 manat + 0 manat ilkin ödəniş) dəyərində əşyanı (QCY TWS Earbuds qulaqlıq, X8qlıq, Power Bank) hər ay 39.9 manat olmaqla 6 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 6 ay ərzində hər ay 39.9 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 30.01.2020-ci il tarixli, 20068795 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 2136 (iki min yiiz otuz altı) manat (24 ay x 89 manat + 0 manat ilkin ödəniş) dəyərində əşyanı (Malta 3 yerlik divan, Malta Yumsaq 1 yerli mebel) hər ay 89 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay ərzində hər ay 89 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 19.02.2020-ci il tarixli, 20113655 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 372 (üç yüz yetmiş iki) manat (12 ay x 31 manat + 0 manat ilkin ödəniş) dəyərində əşyanı (Samsung Galaxy A10 markalı telefon) hər ay 31 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay ərzində hər ay 31 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 21.02.2020-ci il tarixli, 20117811 №-li alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 2238.4 (iki min iki yüz otuz səkkiz, qırx qəp) manat (12 ay x 170.2 manat + 196 manat ilkin ödəniş) dəyərində əşyanı (iPhone 11 markalı telefon, 3 ədəd X10) hər ay 170.2 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay ərzində hər ay 170.2 manat ödəniş edilməlidir. İş materiallarında olan 23.08.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 23.08.2019cu il tarixli, 01003961 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy S10+ markalı telefon, X6 aksesuar tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 08.11.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 08.11.2019cu il tarixli, 01035112 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A10 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 24.12.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 24.12.2019cu il tarixli, 01154159 nömrəli alqı-satqı müqaviləsi üzrə 2 ədəd X4, Yorğan Tekstil, 2 ədəd Yastık Tekstil, X9 tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 29.12.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 29.12.2019cu il tarixli, 01154159 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd Xiaomi Amazfit saat, X7 saat tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 03.01.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 03.01.2020-ci il tarixli, 20008395 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd X11 8 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 15.01.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 15.01.2020-ci il tarixli, 20038681 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd Power Bank Mİ tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 30.01.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 30.01.2020-ci il tarixli, 20068857 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd QCY TWS Earbuds qulaqlıq, X8qlıq, Power Bank tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 30.01.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 30.01.2020-ci il tarixli, 20068795 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd Malta 3 yerlik divan, Malta Yumsaq 1 yerli mebel tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 19.02.2020-ci il tarixli təhvil-təslim aktına 19.02.2020-ci il tarixli, 20113655 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd Samsung Galaxy A10 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 21.02.20120-ci il tarixli təhvil-təslim aktına əsasən 21.02.2020ci il tarixli, 20117811 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd iPhone 11 markalı telefon, 3 ədəd X10 tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli X3 əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 23.08.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 857 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 261 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 1571 manat olmuşdur, ödənilməmiş məbləğ isə 857 manat, dəbbə pulu 261 manat; 08.11.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 272 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 81 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 172 manat olmuşdur, ödənilməmiş məbləğ isə 272 manat, dəbbə pulu 81 manat; 24.12.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 560 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 168 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 116 manat olmuşdur, ödənilməmiş məbləğ isə 560 manat, dəbbə pulu 168 manat; 29.12.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 697 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 205 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 249.4 manat olmuşdur, ödənilməmiş məbləğ isə 697 manat, dəbbə pulu 205 manat; 03.01.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 340.8 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 100 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 122 manat olmuşdur, ödənilməmiş məbləğ isə 340.8 manat, dəbbə pulu 100 manat; 15.01.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 45 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 13 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 23.4 manat olmuşdur, ödənilməmiş məbləğ isə 45 manat, dəbbə pulu 13 manat; 30.01.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 199.4 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 58 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 40 manat olmuşdur, ödənilməmiş məbləğ isə 199.4 manat, dəbbə pulu 58 manat; 30.01.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 2047 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 427 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 89 manat olmuşdur, ödənilməmiş məbləğ isə 2047 manat, dəbbə pulu 427 manat; 19.02.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 341 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 102 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 31 manat olmuşdur, ödənilməmiş məbləğ isə 341 manat, dəbbə pulu 102 manat; 21.02.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 1702 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 510 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 536.4 manat olmuşdur, ödənilməmiş məbləğ isə 1702 manat, dəbbə pulu 510 manat olmaqla, ümumilikdə Cavabdeh 8986.2 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqı-satqısı müqavilələri bağlanmışdır. Müqavilələr üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 23.08.2019-cu il, 08.11.2019-cu il, 24.12.2019-cu il, 29.12.2019-cu il, 03.01.2020-ci il, 15.01.2020-ci il, 30.01.2020-ci il, 19.02.2020-ci il, 21.02.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış 23.08.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 261 manat cərimənin, 08.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 81 manat cərimənin, 24.12.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 168 manat cərimənin, 29.12.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 205 manat cərimənin, 03.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 100 manat cərimənin, 15.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 13 manat cərimənin, 30.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 58 manat cərimənin, 30.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 427 manat cərimənin, 19.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 102 manat cərimənin, 21.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 510 manat cərimənin, tənasübsüz yüksək olmasını nəzərə alaraq, 23.08.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 26 manat, 08.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 8 manat, 24.12.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 16 manat, 29.12.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 20 manat, 03.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 manat, 15.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 5 manat, 30.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 5 manat, 30.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 42 manat, 19.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 manat, 21.02.2020-ci il il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 51 manat məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.08.2019-cu il tarixli 01003961 nömrəli müqavilə üzrə 857 manat borc və 26 manat dəbbə pulu; 08.11.2019-cu il tarixli 00620820 nömrəli müqavilə üzrə 272 manat borc və 8 manat dəbbə pulu; 24.12.2019-cu il tarixli 00817329 nömrəli müqavilə üzrə 560 manat borc və 16 manat dəbbə pulu; 29.12.2019-cu il tarixli 00620820 nömrəli müqavilə üzrə 697 manat borc və 20 manat dəbbə pulu; 03.01.2020-ci il tarixli 00620820 nömrəli müqavilə üzrə 340.8 manat borc və 10 manat dəbbə pulu; 15.01.2020-ci il tarixli 00620820 nömrəli müqavilə üzrə 45 manat borc və 5 manat dəbbə pulu; 30.01.2020-ci il tarixli 00620820 nömrəli müqavilə üzrə 199.4 manat borc və 5 manat dəbbə pulu; 30.01.2020-ci il tarixli 00620820 nömrəli müqavilə üzrə 2047 manat borc və 42 manat dəbbə pulu; 19.02.2020-ci il tarixli 00620820 nömrəli müqavilə üzrə 341 manat borc və 10 manat dəbbə pulu; 21.02.2020-ci il tarixli 00620820 nömrəli müqavilə üzrə 1702 manat borc və 51 manat dəbbə pulu olmaqla, ümumilikdə 7254.20 (yeddi min iki yüz əlli dörd manat iyirmi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23.08.2019-cu il tarixli 00864013 nömrəli müqavilə üzrə 857 (səkkiz yüz əlli yeddi) manat borc və 26 (iyirmi altı) manat dəbbə pulu; 08.11.2019-cu il tarixli 01035112 nömrəli müqavilə üzrə 272 (iki yüz yetmiş iki) manat borc və 8 (səkkiz) manat dəbbə pulu; 24.12.2019-cu il tarixli 01154159 nömrəli müqavilə üzrə 560 (beş yüz altmış) manat borc və 16 (on altı) manat dəbbə pulu; 29.12.2019-cu il tarixli 01170770 nömrəli müqavilə üzrə 697 (altı yüz doxsan yeddi) manat borc və 20 (iyirmi) manat dəbbə pulu; 03.01.2020-ci il tarixli 20008395 nömrəli müqavilə üzrə 340.8 (üç yüz qırx manat səksən qəpik) manat borc və 10 (on) manat dəbbə pulu; 15.01.2020-ci il tarixli 20038681 nömrəli müqavilə üzrə 45 (qırx beş) manat borc və 5 (beş) manat dəbbə pulu; 30.01.2020-ci il tarixli 20068857 nömrəli müqavilə üzrə 199.4 (yüz doxsan doqquz manat qırx qəpik) manat borc və 5 (beş) manat dəbbə pulu; 30.01.2020-ci il tarixli 20068795 nömrəli müqavilə üzrə 2047 (iki min qırx yeddi) manat borc və 42 (qırx iki) manat dəbbə pulu; 19.02.2020-ci il tarixli 20113655 nömrəli müqavilə üzrə 341 (üç yüz qırx bir) manat borc və 10 (on) manat dəbbə pulu; 21.02.2020-ci il tarixli 20117811 nömrəli müqavilə üzrə 1702 (bir min yeddi yüz iki) manat borc və 51 (əlli bir) manat dəbbə pulu olmaqla, ümumilikdə 7254.20 (yeddi min iki yüz əlli dörd manat iyirmi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar