Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4595/2024 04.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X3 ilə birgə nikahından xx.xx.2003-cü il tarixində X7 adlı övladı dünyaya gəlmişdir. Ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “yüngül dərəcəli kəmağıllıq, trixotillomaniya” diaqnozu qoyulmuşdur. Kənar şəxsin qulluğuna ehtiyac duyur. Onun bütün ehtiyacları şəxsən onun tərəfindən qarşılanır. Övladı xəstəliyi ucbatından yalnız qala bilmir, özünə qulluq edə bilmir, hətta özünü idarə edə də bilmir. Ona görə də onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyən edilməsi zərurəti yaranmışdır. Bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qoşmaya əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş elektron arayışdan da göründüyü kimi oğluna “yüngül dərəcəli kəmağıllıq, trixotillomaniya” diaqnozu qoyulmuşdur. Qoşmaya əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən də göründüyü kimi oğlunun X1, anası isə o, Ərizəçidır. Qoşmaya əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətində də göründüyü kimi doğum haqqında şəhadətnamədə valideynlər qrafasında adı qeyd edilən şəxslər ər və arvaddır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş AZ-İ seriyalı 016542 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X9 arasında 26 oktyabr 2002-ci il tarixdə nikah bağlanmış və bu nikah 1694 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Gülverdiyev”, arvada “Gülverdiyeva” soyadı verilmişdir. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı 406892 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə Ərizəçidır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, “yüngül dərəcəli kəmağıllıq, trixotillomaniya” diaqnozu qoyularaq əmək qabiliyyətsiz və daim kənar şəxsin qulluğuna ehtiyacı olduğundan müddətsiz olaraq ikinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. - AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3105 saylı rəyinə əsasən X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs asfıksiya ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqi zəif inkişaf etməklə qeyri-aydın olması, Bakı şəhəri X6 müalicələrdə olması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, əqli inkişafdan geri qalması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, narahatlığı, ara-sıra fizioloji ifrazatları ilə natəmiz olması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə müayinə edilərək “Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə. Yüngül dərəcəli kəmağıllıq. Trixotillomaniya” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, davranış pozuntuları və narahatlığı ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən edilən orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, Ərizəçi yaxın qohumu – anasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. xx.xx.2003-cü il təvəllüdlü X2 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4595/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4595/2024
04.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver