Məhkəmə qərarları › İş №2(004)-4597/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4597/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4597/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********98456 olan Samsung Galaxy A20s markalı telefon üçün 360 manat ödənilməmiş hissə, 36 manat cərimə, 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********45103 olan Samsung Galaxy A10 markalı telefon üçün 302.4 manat ödənilməmiş hissə, 30 manat cərimə, 14.04.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün 320.4 manat ödənilməmiş hissə, 32 manat cərimə, 29.04.2020-ci il tarixli müqaviləsinə əsasən Mikrodalğallı soba Hoffman üçün 170.4 manat ödənilməmiş hissə, 17 manat cərimə, ümumilikdə 1268.2 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehna rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, 11.01.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə aylıq 40.9 manat ödəmək şərti ilə ümumi məbləği 490.8 manat olan İMEİ kodu **********98456 olan Samsung Galaxy A20s markalı telefon verilmişdir, 20.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinə, əsasən, ilkin 22 manat ödəmək şərti ilə və 12 ay müddətinə aylıq 25.2 manat ümümi məbləği 324.4 manat olan İMEİ kodu **********45103 olan Samsung Galaxy A10 markalı telefon verilmişdir, 14.04.2020-ci il tarixli müqaviləyə əsasən, ilkin 26 manat ödəmək şərti ilə 18 ay müddətinə aylıq 17.8 manata ödəmək şərti ilə ümumi məbləği 346.4 manata olan X1 verilmişdir, 29.04.2020-ci il tarixli müqaviləyə əsasən, ilkin 14 manat ödəmək şərti ilə 12 ay müddətinə aylıq 14.2 manata ödəmək şərti ilə ümumi məbləği 184.4 manata olan Mikrodalğallı soba Hoffman verilmişdir. 25.06.2021ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 11.01.2020-cu il tarixli alqısatqı müqaviləsi üzrə 360 manat ödənilməmiş hissə, 36 manat cərimə borcu, 20.02.2020ci il tarixli müqaviləsinə üzrə 302.4 manat ödənilməmiş hissə, 30 manat cərimə, 14.04.2020-ci il tarixli alqı-satqı müqaviləsi 320.4 manat ödənilməmiş hissə, 32 manat cərimə, 29.04.2020-ci il tarixli müqaviləsinə üzrə üçün 170.4 manat ödənilməmiş hissə, 17 manat cərimə, cəmi 1268.2 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 11.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********98456 olan Samsung Galaxy A20s markalı telefon üçün 360 manat ödənilməmiş hissə, 36 manat cərimə, 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********45103 olan Samsung Galaxy A10 markalı telefon üçün 302.4 manat ödənilməmiş hissə, 30 manat cərimə, 14.04.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün 320.4 manat ödənilməmiş hissə, 32 manat cərimə, 29.04.2020-ci il tarixli müqaviləsinə əsasən Mikrodalğallı soba Hoffman üçün 170.4 manat ödənilməmiş hissə, 17 manat cərimə,ümumilikdə 1268.2 manat borc alınaraq "xxxx" MMC-nə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 11.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********98456 olan Samsung Galaxy A20s markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə, 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********45103 olan Samsung Galaxy A10 markalı telefon üçün 302.4 (üç yüz iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, 14.04.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün 320.4 (üç yüz iyirmi manat qırx qəpik) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, 29.04.2020-ci il tarixli müqaviləsinə əsasən Mikrodalğallı soba Hoffman üçün 170.4 (yüz yetmiş manat qırx qəpik) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, ümumilikdə 1268.2 (min iki yüz altmış səkkiz manat iyirmi qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar