Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-46/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il təvəllüdlü qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(004)-2626/2023 nömrəli qərardadı ilə 2(004)-2626/2023 nömrəli mülki iş üzrə X1 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə həvalə edilmişdir. İş üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. X2 Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 2048 nömrəli məktubu ilə qərardad icra edilmədən mülki işlə birlikdə məhkəməyə qaytarılmışdır. İş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(004)-46/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 12.40-a təyin edilmişdir. Məhkəmə tərəflərə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərməklə məlumat versə də, onlar məhkəməyə gəlməmişlər. Ərizəçi xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının ərizənin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli GPP ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-46/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-46/2024
11.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver