Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4604/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və s. tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən atalarından miras qalmış əmlaka dair xx.xx.2023-cü il tarixdə (Reyestrdə 2V- 12№-ilə qeyd edilib) Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi sahəsi 77,9 km bağ evinin 1/2 hissəsinə cavabadeh Cavabdeh2 adına verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən atalarından miras qalmış əmlaka dair xx.xx.2023-cü il tarixdə (Reyestrdə 2V-13№-ilə qeyd edilib) Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi həsi 77,9 km bağ evinin 1/6 hissəsinə cavabadehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi sahəsi 77,9 km bağ evinin 4/6 hissəsinə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 verilmiş **********24-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın (torpağa dair, həmçinin bağ evinə dair) ləğv edilməsi; Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi sahəsi 77,9 km bağ evinin 1/6 hissəsinə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh4 verilmiş **********24-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın (torpağa dair, həmçinin bağ evinə dair) ləğv edilməsi; Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi sahəsi 77,9 km bağ evinin 1/6 hissəsinə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 verilmiş **********24-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın (torpağa dair, həmçinin bağ evinə dair) ləğv edilməsi ; həmin çıxarışa əsasən ünvan ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinə və ümumi sahəsi 77,9 km bağ evinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə Cavabdeh1 arasında 24 mart 2023-cü il tarixdə bağlanmış AN № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi; atalarından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinə və ümumi sahəsi 77,9 kv.m bağ evinə İddiaçı1 1/5 hissəsinə və İddiaçı2 1/5 hissəsinə vərəsəlik hüququnun tanınması; atalarından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən bağ evinin və torpaq sahəsinin satışından əldə edilmiş 80 000 manat pulun 1/5 hissəsinə İddiaçı1 və 1/5 hissəsinə İddiaçı2 vərəsəlik hüququnun tanınması və cavabdehlər X2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 16 000 manat pulun alınaraq İddiaçı1 və 16 000 manat pulun Cavabdeh3 ödənilməsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 77,9 kv.m bağ evinin (hal-hazırda sökülmüş) Cavabdeh1 tərəfindən öz şəxsi vəsaiti hesabına bərpa edilərək onlara təhvil verilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsindən və ümumi sahəsi 77,9 kv.m bağ evindən Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsi X4nun xüsusi mülkiyyətində olmuşdur. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ataları vəfat edəndən sonra onun bütün dəfn mərəsimlərini və dəfn xərclərini onlar qarşılamışlar, həmçinin dəfnə görə birdəfəlik müavinət də almışlar. Bundan başqa atalarından miras qalmış Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evini və altındakı 0,057032 ha torpaq sahəsi faktiki qəbul etmişlər. Bu yaxın vaxtlarında onlara məlum olmuşdur ki, atalarının ikinci nikahdan arvadı hazırda Cavabdeh2 və ikinci nikahdan olan övladları hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 gizli olaraq onlara məlumat vermədən bağ sahəsinə aidiyyəti olmayan Xətai Rayonunda yerləşən Bakı şəhəri 6 saylı notariat ofisinə (notarius Ərəstun İmanov) müraciət edərək vərəsəlik işi açdırmışlar və onların vərəsə olmalarını gizlətmişdirlər. Həmin notariat ofisinə vəkil vasitəsilə sorğu vermişlər. Bakı şəhəri, 6 saylı notariat ofisi tərəfindən sorğu əsasında xx.xx.2023-cü il tarixdə verilmiş sənədlərdən məlum olmuşdur ki, miras qoyan X10 övladları İddiaçı1 və İddiaçı2 adllı övladları olması gizlədilmişdir. Həmin notariat kontorunda xx.xx.2023-cü il tarixdə(2V-12 № ilə qeyd edilib) Cavabdeh2 adına Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evinin və altındakı 0,057032 ha torpaq sahəsinin 1/2 hissəsinə ər-arvadın ümumi əmlakın paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə (2V-13 № ilə qeyd edilib) Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 adına Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evinin və altındakı 0,057032 ha torpaq sahəsinin 1/6 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələr etibarsız hesab edilməlidir: Mübahisəli olan əmlakı faktiki olaraq onlar da qəbul etmişlər, lakin notariat kontorunda miras qoyan X10 iki övladı da olması gizlədilmişdir. Ataları vəfat edəndən sonra onun bütün dəfn mərasimlərini və dəfn xərclərini onlar qarşılamışlar, həmçinin dəfnə görə birdəfəlik müavinət də almışlar. Bundan başqa atalarından miras qalmış Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evini və altındakı 0,057032 ha torpaq sahəsi faktiki qəbul etmişlər. Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evinin altındakı 0,057032 ha torpaq sahəsi X4nun ikinci evlilikdən əvvəl alınmış torpaq sahəsidir, sadəcə həmin torpaq sahəsinə 2015-ci ildə çıxarış alınmışdır. Qanunun tələbində görə birgə nikah dövründə və birgə vəsait hesabına əldə olunmuş torpaq sahəsi ümumi birgə hesab olunur. Lakin notariat kontoru bunu araşdırmadan mübahisəli olan Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evinin altındakı 0,057032 ha torpaq sahəsinə 1/2 hissəsinə Cavabdeh2 mülkiyyət hüquqi haqqında şəhadətnamə vermişdir, halbuki həmin torpaq sahəsi birgə nikah dövründə alınmamışdır, həmin torpaq sahəsi ikinci nikahdan əvvəl əldə edilmiş torpaq sahəsidir. Sonradan həmin şəhadətnamələr əsasında mübahisəli olan bağ evinə və torpaq sahəsinə çıxarışlar verilmişdir. Digər vəkil sorğusundan məlum olmuşdur ki, elə həmin Bakı şəhəri 6 saylı notariat kontorunda cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mübahisəli olan bağ evini və torpaq sahəsini tez tələsik xx.xx.2023-cü il tarixdə (yəni vərəsəlik haqqında şəhadətnamə aldığın gündən 47 gün sonra) Cavabdeh1 dəyərindən aşağı qiymətə satmışlar. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evi və altındakı torpaq sahəsi X10 xüsusi mülkiyyətində olmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəsiz haldır ki, miras qoyan X10 birinci nikahdan olan övladlarıdır. X20 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X20 vəfat edəndən sonra onun bütün yas mərasimlərinin və dəfnin xərclərini iddiaçılar qarşılamışlar. Həmçinin, iddiaçılar həmin mirasa faktiki yiyələnmiş, sahiblik etmişlər. Sonradan məlum olmuşdur ki, X10 ikinci nikahdan olan həyat yoldaşı və övladları Mərdəkan qəsəbəsində deyil, Xətai rayonunda yerləşən 6 saylı notariat ofisinə müraciət etmişlər və nəticədə vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işində iddiaçıların da vərəsə olmalarını gizlətmişlər. Torpaq və evin 1/2 hissəsi notarius tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilərək, 1/2 hissisəsinə Cavabdeh2 adına mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan hissəsinə də qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, X10 birinci nikahdan olan övladları gizlədilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğunun cavabından görünür ki, həm torpaq sahəsi, həm də bağ evi X14 miras əmlak kimi vərəsəlik üzrə keçmişdir. Yəni, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak deyil və beləliklə bölgü də düzgün aparılmamışdır. Daha sonra, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin şəhadətnamələrin əsasında çıxarış almışlar. Çıxarış alındıqdan sonra tez-tələsik 47 gün sonra həmin əmlakı Cavabdeh1 dəyərindən aşağı qiymətə satmışlar. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş sənədlərin içərisində olan qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, 12 dekabr 2009-cu ildə həmin bağ evi və altındakı torpaq sahəsi X14 vərəsəlik üzrə keçmişdir. O da torpaq sahəsinin müəyyən hissəsini bacısına bağışlamışdır. İş materiallarına əlavə olunmuş sənəddən də görünür ki, dəfnə görə birdəfəlik müavinəti də İddiaçı1 almışdır. Məhkəmə iclasında mərhum X10 ikinci nikahdan olan həyat yoldaşı bildirdi ki, ümumiyyətlə mərhumun vəfat etməsi barədə məlumatı olmamış, qızı ilə birlikdə Q.Qarayev prospektində yaşamış, oğlu da həmin vaxt həbsdə olmuşdur. Həmçinin, Cavabdeh2 nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, vərəsəlik işi açılanda mərhumun digər övladları gizlədilib dedikdə vərəsəlik işində miras qoyanın övladları siyahısında iddiaçıların olmamasını nəzərdə tutur. Notarius saxtakarlıq etmişdir. O, məhkəməyə iddiaçıların doğum haqqında şəhadətnamələrini də təqdim etmişdir. İddiaçılar mərhumun birinci nikahdan olan övladlarıdır. Vərəsəlik işi açılanda mərhumun digər övladları gizlədilib dedikdə mərhumun ikinci nikahdan olan həyat yoldaşnın və övladlarının onların digər qardaşlarının olmasını notariusa bildirməməsini nəzərdə tutur. Hesab edir ki, onlar notariusa bunu bildirməli idilər. Dəfnə görə müavinətin hansı səbəbə görə təkcə İddiaçı1 alması ilə bağlı suala cavab olaraq bildirir ki, İddiaçı1 və İddiaçı2 arasında bununla bağlı mübahisə olmamış və bu şəkildə razılaşmışlar. Talıbov X16 qəsəbəsində yerləşən notariat ofisinə müraciət etmiş, ona vərəsəlik işinin açılmadığını bildirmişlər. Talıbov X16 qəsəbəsində yerləşən notariat ofisinə vərəsəlik işinin açılması üçün müraciət etmişdir. Tarixini bilmir. Sübut isə odur ki, iddiaçılar atalarını dəfn etmiş, qırx mərasiminə kimi yas mərasimlərini keçirmiş, oktyabr ayına kimi orada yaşamış və bağ evini faktiki idarə etmişlər. İddiaçılar bağ evində yaşayıblar, gəlib-getməyiblər. İddiaçı1 məhkəmə iclasında bildirdi ki, oktyabr ayına kimi bağ evində yaşamış, oktyabr ayından sonra isə oraya gəlib-getmişlər. Həmçinin, Cavabdeh1 sualına cavan olaraq bildirmişdir ki, notariusun saxtakarlığı ilə bağlı bildirmək istəyir ki, notarius vərəsəlik üzrə keçən əmlakı birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən etmişdir. Onlar notariusun saxtakarlığı ilə bağlı xüsusi qərar çıxarılması ilə bağlı məhkəməyə müraciət edəcəklər. Onlara notariusun saxtakarlığı məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur. İddiaçıların mirası faktiki qəbul etmələri, iddiaçıların atalarını dəfn etmələri, orada yaşamaqları, oraya gedib-gəlmələri ilə sübut olunur. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mirasın qəbul edilməsinin qanunvericiliklə iki yolu vardır: birincisi, mirasın qəbul edilməsi barədə notarial qaydada yazılmış ərizə vasitəsi ilə, ikincisi mirasın faktiki qəbul edilməsi vasitəsi ilə. Altı ay bitdikdən sonra mirasın qəbul edilməsinə yol verilmir. Əgər qarşı tərəf hər hansı üzürlü səbəb təqdim edə bilmişdirsə, niyə 6 ay bitdikdən sonra mirasın qəbul etməsinə yol verməyib, yəni bu barədə ərizə yazmalı və məhkəməyə təqdim etməli idi. Ən əsası da iddiaçılar iddia tələbini daha dəqiq qoymalı, hər hansı üzürlü səbəblər göstərərək, bu müddətin uzadılmasını tələb etməli idi. Lakin, qarşı tərəf faktiki qəbul etməyə istinad edir. Faktiki qəbul etmə ilə bağlı Konstitusiya Məhkəməsinin vurğuladığı mövqe vardır. Həmin mövqeyə əsasən faktiki qəbuletmə dedikdə əmlakın sahiblənməsi, onun idarə edilməsi, onun mövcud olması ilə bağlı çəkilmiş xərclər nəzərdə tutulur. Lakin qarşı tərəf bu meyarlara cavab verə biləcək heç bir sübut, sənəd təqdim etməmişdir. Məhkəməyə təqdim etdiyi qaz sərfiyyatı ilə bağlı abonent saldosundan görünür ki, həmin dövr ərzində bağ evində mərhum X10 ölümündən sonra Cavabdeh1 adına keçənə kimi qaz sərfiyyatı olmamışdır. Bu da bir daha sübut edir ki, iddiaçılar həmin ərazidə yaşamamış, isti sudan istifadə etməmiş, bağ sahəsini, torpağı abadlaşdırmamışlar. Nəzərə alınsa ki, həmin evdə kombi sistemi var idi, o halda iddiaçıların qış aylarında qazdan isifadə etməmələri qəribədir. Hətta yas mərasimlərini yola verərkən belə qazdan ən azı şəxsi tələbatlar üçün istifadə edilməli idi. İddiaçı1 məhkəməyə verdiyi izahatda qeyd etmişdir ki, o, daimi əsasla bağ evində yaşamamışdır və gəlib-getməkdə əsas məqsədi atasının yas mərasimlərini keçirmək olmuşdur. Atasının ölümü ilə bağlı məlumatı ona bibisi Leylaxanım məlumat vermişdir. Həmin bağ sahəsinin açarlar heç bir zaman onda olmamışdır. O, hətta evə daxil olmaq üçün evin şüşəsini sındırmaq məcburiyyətində qalmışdır. Daha sonra isə o, özünün və qardaşı Fuadın ailəsi ilə birlikdə şəhərdə yaşadığını, uşaqların orada təhsil aldıqlarını, özlərinin işlədiklərini bildirmiş, həmçinin qeyd etmişdir ki, onun heç bir zaman Mərdəkanda yaşamaq üçün şəraiti və istəyi olmamış, heç bir kommunal ödənişləri həyata keçirməmiş, abadlıq işləri aparmamışdır. Bunların hamısı göstərir ki, faktiki qəbuletmədən söz gedə bilməz. Faktiki qəbul olmadığı halda iddia tələbinin digər aspektlərinə də toxuna bilinməz. Hər hansı çıxarışın ləğvi üçün iddiaçıların mirasdan pay hüququ tanınmalıdır. Şəxs 6 ay ərzində mirası qəbul etməyib, həmçinin faktiki də qəbul etməyib. Pay hüququ tanınmadığı halda çıxarışlar ləğv edilə bilməz və müqavilələr etibarsız hesab edilə bilməz. Məlum olduğu kimi istər Mülki Məcəllədə, istərsə də Konstitusiya Məhkəməsinin qərarlarında hər hansı əqdin etibarsızlığına dəlalət edən məqamlar vardır. Həmin məqamların heç biri hazırki işdə yoxdur. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 3 ay ərzində mirası qəbul etmiş, bununla bağlı 6 ayın tamamımda şəhadətnamə almışlar. Hətta qanunvericiliyə əsasən digər vərəsənin olmaması ilə bağlı məlumat varsa, şəhadətnamə onlara 6 ay müddətindən tez də verilə bilərdi. Notariat ofisində çıxarılan Vətəndaşlıq vəziyyəti aktları sistemindən çıxarışda iddiaçılar barədə heç bir məlumat olmamışdır. Buna baxmayaq əgər saxtalaşdırma əlamətləri olsaydı, notarius şəhadətnamələri daha tez də verə bilərdi. Notarius qanunvericiliyin tələbini gözləmiş, iddiaçıların da 6 ay müddətində mirası qəbul edə bilməsinə şərait yaratmışdır. Daha sonra şəxslər şəhadətnamə almış, şəhadətnamə əsasında çıxarış almış və alqı-satqı etmişlər. Alqı-satqıdan sonra isə pul vəsaitin bağışlanması barədə müqavilə imzalamışlar. Həmin müqavilənin tarixindən də göründüyü kimi alqı-satqı müqaviləsi ilə pulun bağışlanması müqaviləsinin tarixi eynidir. Cavabdeh2 və Cavabdeh4 pulu aldığı gün həmin pulu Cavabdeh3 bağışlamışlar, yəni onlar faktiki olaraq mirasdan bəhrələnməmişlər. Qarşı tərəf saxtalaşdırılma iddiası ilə bağlı heç bir sübut təqdim etməmişdir. Cavabdeh2 və Cavabdeh4 Xətai rayonunda qeydiyyatda olduqlarından həmin ərazidə yerləşən, mənzillərinə ən yaxın olan notariat ofisinə müraciət etmişlər. Yerli baxış zamanı da qonşular öz izahatlarında Rüfətlə atası arasında olan gərgin münasibətlərin olduğunu, onu incitməsini, iddiaçıların atalarının ölümündən sonra həmin evdə yaşamadıqlarını bildirmişlər. Bir təzadı da diqqətə çatdırır ki, qarşı tərəf həm əmlakların çıxarışların ləğv edilməsi, həm də pul tələbi ilə bağlı müraciət etmişdir. Həmçinin, iddiaçıların nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, X20 2022-ci ilin iyul ayında rəhmətə getmişdir. X20 vəfat etməmişdən bir həftə qabaq Cavabdeh2 və Cavabdeh4 onun yanında olmuşlar. Lakin, bəzi səbəblərdən onlar ola bilər ki, müvəqqəti olaraq ayrı yaşaya bilərdilər. Bunun hazırki işə heç bir bir aidiyyəti yoxdur. Mərhumun ölməsi barədə məlumat iddiaçılar tərəfindən uzun müddət gizlədilmişdir. Daha sonra, Cavabdeh4 xarici ölkədə olarkən atasına dəfələrlə zəng etmiş, lakin atası telefona cavab verməmişdir. Daha sonra Cavabdeh4 iddiaçılara zəng etmiş, onlar da zənglərə cavab verməmişlər. Daha sonra, Cavabdeh4 qardaşlarına anasının iddiaçılara dəfələrlə zəng etdiyini bildirmiş, zəngə cavab verməsini xahiş etmişdir. Sonradan, Safurə xanımın zəngini Polad cavablandırmış və X10 vəfat etdiyini bildirmişdir. Talıbova X5 ilə maraqlanmış, lakin X20 onun telefon zənglərinə cavab verməmişdir. X15 müavinətə əsasən İddiaçı1 dəfn etmişdir. Yas mərasimlərini kimin keçirdiyini bilmir. Cavabdeh4 orta təhsilli xanımdır. İddiaçılar isə ali təhsilli şəxslərdir və bağışlama və digər əməliyyatları aparırlar. Onlar bildirdilər ki, 6 ay ərzində notariat ofisinə müraciət etməli idilər. Torpaq sahəsi X14 atasından keçmiş olsa da, bağ evindən söhbət gedir. Torpaq sahəsi və bağ evi bir-birinin ayrılmaz hissələridir. Sonradan abadlaşdırma, yenidənqurma, bağ sahəsinin tikintisi ola bilər. Cavabdeh2 çıxarışa əsasən paylı mülkiyyətçi kimi ona bağ sahəsi ilə bağlı çıxarış verilmiş, ayrıca torpaq sahəsinə çıxarış verilməmişdir. Cavabdeh2 oğlu Rüfətə elə həmin notariusda pulu bağışlamışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, X20 evin satılması ilə bağlı elan vermişdi. Cavabdeh1 da evə gəlib baxmışdı. Orada qonşuluqda Cavabdeh1 məxsus evin olub-olmaması barədə məlumatı yoxdur. Cavabdeh1 evi alanda ona 2 il əvvəl evə gəlib baxdığını bildirmişdir. Cavabdeh1 əvvəllər tanımamışdır. Mübahisəli bağ sahəsinin notarial qaydada alqı-satqısı zamanı digər vərəsələr olan iddiaçıların da olması barədə Cavabdeh1, onun yaxınlarına məlumat verməmişdir. Oğlu Cavabdeh3 həmin evdə yaşayanda evi Cavabdeh1 göstərmişdir. X9 olanda həmin evi daha ucuz qiymətə Cavabdeh1 satmaq istəyirmiş, lakin o, evi ucuz satdığına görə etiraz etmişdir. Belə ki, onlar bağ evini 60000 manata almaq istəyirdilər, o, həyat yoldaşına həmin pula heç bir şey ala bilməyəcəyini bildirmişdir. Bəlkə buna görə də həmin vaxt o, evi satmaqdan imtina etmişdir. Cavabdeh1 onun həyat yoldaşı X10 digər övladları olan iddiaçılar barəsində məlumatı ola bilməzdi. O, orada yalnız X15 və Cavabdeh3 görmüşdür. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, anasının atasının yas mərasimlərinə getməməsinin səbəbi onun ayaqlarında problemin olması olmuşdur.Atası vəfat edəndə o, Hollandiyada olmuşdur. Atası vəfat etməmişdən qabaq 07 iyul 2023-cü il tarixdə Hollandiyaya getmiş, 2023-cü ilin sentyabr ayında hazırkı işlə bağlı Azərbaycana qayıtmışdır. Atasını Polad dəfn etmişdir. Polada zəng edəndə o, atasının artıq bir həftədir ki, vəfat etdiyini bildirmişdir. O, bu barədə anasına məlumat vermişdir. Polad anasını atasının qırx mərasiminə özü gətirəcəyini bildirmişdir. Anası notariusa etibarnamə əsasında onun adından ərizə ilə müraciət etmişdir. Hollandiya getməmişdən qabaq iyul ayında atası üçün yemək aparmışlar. O, anası ilə birlikdə getmişdir. Qardaşı həmin vaxt cəzaçəkmə müəssisəsində idi. Anası ona zəng edərək atasının telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Amma Polad və Fuada zəng etmiş, lakin onlar zənglərə cavab verməmişlər. Daha sonra o, Polada zəng etdikdə, telefona cavab vermişdir. O, Polada xarici nömrədən zəng etmişdir. Ehtimal edir ki, nömrəni tanımadığından zəngə cavab vermişdir, çünki anası iki fərqli nömrədən Polada zəng edəndə o, telefona cavab verməmişdir. Rüfət noyabr ayında cəzaçəkmə müəssisəsindən çıxmışdır. Rüfət həmişə həmin evdə yaşamışdır. Rüfət, cəzaçəkmə müəssisəsindən çıxandan sonra da orada yaşamışdır. Rüfətin başqa yaşayış yeri yox idi. Həmin evdə də qeydiyyatda idi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, bağ evi 2014-2015-ci illərdə tikilmişdir. Mərhum atası X20 vəfat edəndə o, cəzaçəkmə müəssisəsində olmuşdur. Bağ evi satılana kimi həmin bağ evində yaşamışdır. Evin açarları da onda və mərhum atasında idi. 2022-ci ildə 5 ay cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. İddiaçılar mübahisəli bağ evində yaşamamışlar. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, alqı-satqı zamanı notariusda qanunvericiliyin tələblərinə tam şəkildə riayət olunmuşdur. Cavabdeh1 vicdanlı alıcıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən 0,057032 ha toraq sahəsi və ümumi sahəsi 77,9 kv/m olan bağ evi xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X10 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş AZ-İİ seriyalı 280150 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 828 nömrə ilə qeyd edilmişdir. İş materiallarında Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dövlət notariat kontoruna verilmiş xx.xx.2022-ci il tarixli ayışın surətindən görünür ki, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən bağ evində yalnız X20 qeydiyyatda olmuşdur. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş 05Q/1655/70 nömrəli arayışın surətindən görünür ki, X20 ilə X3 nikahı haqqında 18 aprel 1992-ci ildə 356 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Talıbov”, arvada “Talıbova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli 2V-1-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X12 vərəsəsi X20 miras əmlakdan tam olaraq irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2010-cu ildə verilmiş arayışa əsasən, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ümumi sahəsi 16,5 kv.m olan 784 saylı bağ evindən, 0,12 ha (faktiki 0,117032 ha torpaq sahəsi) torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2V-12 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 qalmış arvadı Cavabdeh2 onların birgə nikah dövründə əldə etdikləri ümumi birgə ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh2 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X14 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən 0,057032 ha toraq sahəsi və ümumi sahəsi 77,9 kv/m olan bağ evindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2V-13 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X10 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dır və onların hə biri miras əmlakdan 1/6 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən 0,057032 ha toraq sahəsi və ümumi sahəsi 77,9 kv/m olan bağ evindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən 0,057032 ha torpaq sahəsi və ümumi sahəsi 77,9 kv/m olan bağ evinin paylı mülkiyyət üzrə onlara məxsus olan hissəsini 80000 manat qiymətinə Cavabdeh1 satmışlar. Alıcı Cavabdeh1 satıcı Cavabdeh2 satığı 4/6 hissəsini (51,92 kv/m və 0,03802134 ha) ondan 53334 manata, satıcı Cavabdeh3 satığı 1/6 hissəsini (12,99 kv/m və 0,00950533 ha) ondan 13333 manata və satıcı Cavabdeh4 satığı 1/6 hissəsini (12,99 kv/m və 0,00950533 ha) ondan 13333 manata almışdır. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ona məxsus olan 67000 manat pul vəsaitini Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan abonent X10 adına olan Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanın dair saldodan görünür ki, həmin ünvanda cihazlar 4 gözlü qaz litələri və kombi (su qızıdırıcı) olmuşdur. 2022-ci ilin avqust, sentyabr və oktyabr aylarında heç bir qaz sərfiyyatı olmamış, həmin ilin noyabr ayından başlayaraq 2023cü ilin aprel ayına qədər müəyyən sərfiyyatlar hesablanmışdır. Məhkəmə tərəfindən Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən 0,057032 ha torpaq sahəsi və ümumi sahəsi 77,9 kv/m olan bağ evinə yerli baxış keçirilmiş, yerli baxış zamanı həmin evə qonşuluqda yaşayan X11 11 ildir ki, qonşuluqda yaşadığını, iddiaçılar İddiaçı1 və İddiaçı2 tanıdığını, mərhum X10 oğlu Cavabdeh3 ilə sözügedən bağ evində birlikdə yaşadığını, Cavabdeh3 atası X14 birlikdə yaşayarkən əziyyət etdiyini bildirmişdir. Hakimin sualına cavab olaraq o, iddiaçıların X4 rəhmətə gedəndə bağ evinə gəldiklərini, yas və dəfn mərasimlərində iştirak etdiklərini, iddiaçıların ataları rəhmətə gedəndən sonra bağ evində yaşamadıqlarını bildirmişdir. Digər qonşu X21 uzun müddət qonşuluqda yaşadığını, həmçinin X10 qohumu olduğunu, iddiaçıları tanıdığını, əvvəllər Cavabdeh3 atası X20 ilə birlikdə yaşadığını, Cavabdeh3 atası X14 birlikdə yaşayarkən əziyyət etdiyini, Cavabdeh3 cəzaçəkmə müəssisəsində bir müddət cəza çəkdiyini bildirmişdir. Hakimin sualına cavab olaraq o, X20 rəhmətə gedəndən sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 sözügedən bağ evində yaşamadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X21 ifadəsində bildirmişdir ki, X20 atasının bibisi nəvəsi idi, həm də onunla qonşu idilər. X20 oğlu Rüfətlə birlikdə yaşayırdı. İddiaçılar Çingiz xəstə olanda yanına gələrək onun qayğısına qalır, dərmanlarını gətirir, müalicəsini edir, həkimə aparır, orada qalırdılar. Rüfət cəzaçəkmə müəssisəsində olanda iddiaçılar bir müddət orada qalaraq, ona baxırdılar. X20 xəstə idi, özünü idarə edə bilmirdi. X20 vəfat etdikdən sonra onu iddiaçılar dəfn etmişlər. Onun bütün yas mərasimlərini onlar keçirmişlər. Dəfndən sonra o, həmin bağ evinə getməmişdir. O, mərhumun qırx mərasimlərinə kimi oraya gəlib-getmişdir. Həmin vaxt iddiaçılar oraya gəlib-gedirdilər, bəzən qalırdılar. Qırx mərasimindən sonra iddiaçılar bibilərinin yanına gəlirdilər. İddiaçılar atalarının qırxından sonra oraya gələndə qapının kilidini də dəyişmişdilər. Qapının kilidini Polad özü dəyişmişdir. Noyabr ayından etibarən orada kimin yaşadığını bilmir. Rüfəti cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra orada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, o, X10 bacısı qızıdır. Həmin bağ evinə qonşuluqda, bir həyətdə anası ilə birlikdə yaşayır. X1 birlikdə yaşayırdı. Rüfət sonradan cəzaçəkmə müəssisəsində olanda iddiaçılara məlumat vermişlər. Rüfət atasına işgəncə verdiyindən mübahisə yaranmaması üçün iddiaçıları ora gəlməyə, ünsiyyət qurmağa qoymurdu. Sonradan dayısı xəstə olanda iddiaçılara bu barədə məlumat vermiş, iddiaçılar, yoldaşları növbə ilə qalıb gedirdilər. Cavabdeh4 bircə dəfə anası ilə birlikdə atasının yanına gəldiyini görmüşdür. X10 dəfn və yas mərasimlərini iddiaçılar keçirmişdir. Suğra, Safurə nəinki onlara gəlməmiş, hətta zəng belə etməmişlər. X10 ölümündən onlar özləri xəbər tutmuşlar. X15 dəfn etdikdən sonra, orada iddiaçılar nə lazımdırsa eləmişlər. Dayısını həkimə aparanda açarı itirmişdilər. Buna görə kilidi dəyişdirmişlər. Bir müddət sonra Polad açarın birini ona verdi ki, birdən Rüfət oraya gələr. Noyabr ayında Rüfət cəzaçəkmə müəssisəsindən çıxandan sonra açarı ona vermişdir. Rüfət orada tək qaldı. Sentyabr-oktyabr aylarında iddiaçılar orada qalırdılar. Hava soyuyandan sonra onlar çıxıb getmişlər. Safurə xanımla münaqişəli münasibətləri olmamışdır. Dayısı Q.Qarayevdə yaşayanda onlar dayısını xəstəxanaya aparmadıqlarına görə onlardan incimişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçıların irəli sürdüyü faktiki hallar tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçılar mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməmişlər. Onların miras əmlakı faktiki (qeyri-rəsmi üsulla) qəbul etmiş olduğu da iş materialları ilə ümumiyyətlə müəyyən olunmur. Belə ki, iddiaçılar atalarının dəfn və yas mərasimini təşkil etmələrinə, müəyyən müddət orada yaşamalarına, bundan sonra həmin bağ evinə gedib-gəlmələrinə və bağ evini faktiki idarə etmələrinə istinad edərək, mirası faktiki qəbul etdiklərini iddia edirlər. Əvvəla qeyd edilməlidir ki, iddiaçıların atalarının dəfn və yas mərasimlərini təşkil etmələri və bunun üçün müvəqqəti olaraq mübahisə predmeti olan bağ evində qalmaları və ya oraya gedib-gəlmələri mirası faktiki qəbul etmələrini təsdiq etmir. Digər əsas isə iddiaçıların atalarının qırx mərasimindən sonra da bir müddət həmin bağ evində yaşamalarıdır. Bu hal məhkəmə baxışında öz təsdiqini tamamışdır. Belə ki, iddiaçıların bununla bağlı öz tələbləri təsdiq etmək üçün məhkəməyə dəvət etdikləri şahidlərdən X21 ifadəsində iddiaçıların mərhumun qırx mərasimlərinə kimi oraya gəlib-getdiklərini, bəzən orada qaldıqlarını, qırx mərasimindən sonra isə iddiaçıların bibilərinin yanına gəldiklərini bildirmişdir. Digər şahid isə Rüfətin cəzaçəkmə müəssisəsindən çıxandan sonra orada tək yaşadığını bildirmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı isə bağ evinə qonşuluqda yaşayan X11 və həmçinin məhkəmə iclasında şahid qismində də dindirilmiş X21 ataları rəhmətə gedəndən sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 sözügedən bağ evində yaşamadıqlarını bildirmişlər. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili tərəfindən tərəfindən təqdim edilmiş abonentin saldosundan iddiaçıların yaşadıqlarını iddia etdikləri aylar üzrə bağ evində heç bir qaz sərfiyyatının olmaması həmin müddətdə orada yaşayışın olmamasını təsdiq edir. Qeyd edilənlərdən əlavə iddiaçıların miras əmlaka faktiki sahiblik etməmələri həmin əmlakın satışı zamanı bundan məlumatlı olmamaları ilə də müəyyən edilir. Əks halda, iddiaçılar əmlakın alqı-satqısı həyata keçirilməmişdən əvvəl alıcının həmin əmlaka baxması və alqı-satqısının həyata keçrilməsi ilə bağlı danışıqlar barədə, həmçinin də Cavabdeh1 tərəfindən bağ evinin sökülməsi barədə həmin vaxt məlumatlı olardılar. Göründüyü kimi, iddiaçıların miras əmlaka faktiki sahiblik etmələri öz təsdiqini tapmamış, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, miras əmlak iddiaçılar tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada qəbul olunmadığından, iddia tələbi vərəsəlik hüququnun tanınması hissəsində təmin edilə bilməz. Həmçinin, məhkəmə qeyd edir ki, iddia miras əmlakın qəbulu hissədə əsassız olduğundan, sonrakı tələblər hissəsində də təmin oluna bilməz. Bundan başqa, qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə - Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Göründüyü kimi, məhkəmə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması məsələsinə o halda baxa bilər ki, maraqlı şəxs müvafiq tələbə məhkəməyə müraciət etmiş olsun. Hazırki vəziyyətdə isə iddiaçıların məhkəməyə belə bir müraciəti (tələbi) olmamışdır. Belə olan halda isə məhkəmə kollegiyası tələbdən kənara çıxmağı zəruri mümkün hesab etməmişdir. Qeyd edilənlərdən əlavə məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə Cavabdeh1 arasında 24 mart 2023-cü il tarixdə bağlanmış AN № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh1 bağ evinin Cavabdeh1 tərəfindən öz şəxsi vəsaiti hesabına bərpa edilərək təhvil verilməsi və onun əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması” hissəsinə münasibətdə əlavə olaraq qeyd edir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğu üçün iddia tələbi həmin hissələrdə ümumiyyətlə təmin edilə bilməzdi. Belə ki, Cavabdeh1 alqı-satqı müqaviləsi bağlayarkən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətində olan bağ evinə və toraq sahəsinə dair hər hansı bir məhdudiyyət və ya qeyd olmamışdır. O, məhz bu qeydiyyata etibar edərək bağ evinə və topraq sahəsinə görə 80.000 manat pul ödəyib satın almış, əmlakı satın alana qədər iddiaçıları və digər cavabdehləri tanımamışdır. Qeyd olunan hallar isə Cavabdeh1 vicdanlı tərəf olmasına dəlalət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Cavabdeh1 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək yaşayış sahəsi əldə etmiş və yaşayış sahəsi olan bağ evinə dair hüquqlarını reyestrdə qeydə aldırmışdır. Bununla yanaşı nə qədər ki, bağ evinin alqı-satqı müqaviləsi qüvvədədir, onun etibarsız hesab olunması üçün əsaslar müəyyən edilməmişdir, o zaman həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ya ləğv edilməsi, o cümlədən bundan irəli gələrək digər tələblərin təmin edilməsi üçün də əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Göründüyü kimi, qanunvercilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O, halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı”. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının hər hansı hüququnun pozulmuş olduğu qəbul edilsə belə, bu pozuntu mübahisəli bağ evini vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan Cavabdeh1 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MMin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və s. tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və s. tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4604/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4604/2023
30.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver