Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4613/2021 02.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 22.07.2019-cu il, 03.11.2019-cu il, 05.11.2019-cu il, 26.12.2019-cu il, 24.01.2020-ci il, 01.03.2020-ci il, 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Tozsoran Philips, İMEİ kodu **********79955, **********85785 və **********51646 olan Huawei P Smart və 2 ədəd Samsung Galaxy A10 markalı telefon, 4D X4 aksesuar, Tərəzi Hoffmann, Termopot Hoffmann, 2 ədəd Samsung LED TV, Soba Hoffmann almış və nəticədə 3647 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.07.2019-cu il tarixli, 00799229 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 451 manat (11 ay x 41 manat) Tozsoran Philips üçün ümumilikdə, 53 manat olmaqla ondan 41 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu; 22.07.2019-cu il tarixli, 00799144 nömrəli müqaviləsinə əsasən alqı-satqı qiyməti 591 manat (12 ay x 49 manat + 3 manat ilkin ödəniş) İMEİ kodu **********79955 olan Huawei P Smart markalı telefon üçün ümumilikdə 135 manat olmaqla ondan, 106 manat ödənilməmiş hisəə, 29 manat dəbbə pulu; 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180 manat (12 ay x 15 manat) Termopot Hoffmann üçün ümumilikdə 117 manat olmaqla ondan, 90 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu; 05.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444 manat (12 ay x 37 manat) İMEİ kodu **********85785 olan Samsung Galaxy A10 markalı telefon üçün 96 manat olmaqla ondan, 74 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1207.6 manat (24 ay x 49.4 +22 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə 1190 manat olmaqla ondan, 985 manat ödənilməmiş hissə, 205 manat dəbbə pulu; 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1209.2 manat (18 ay x 59.4 + 140 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə 1121 manat olmaqla ondan 891 manat ödənilməmiş hissə, 230 manat dəbbə pulu; 01.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 415.2 manat (12 ay x 34.6 manat) İMEİ kodu **********51646 olan Samsung Galaxy A10 markalı telefon, 4D X4 aksesuar, Tərəzi Hoffmann üçün ümumilikdə 448 manat olmaqla ondan 346 manat ödənilməmiş hissə, 102 manat dəbbə pulu; 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 483.6 manat (12 ay x 40.3 manat) Soba Hoffmann üçün ümumilikdə 487 manat olmaqla ondan 379 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu; cəmi 3647 manat borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 2069.6 manat təşkil edir. Göstərilənlərə əsasən 22.07.2019cu il tarixli, 00799229 nömrəli müqaviləsinə əsasən, Tozsoran Philips üçün 41 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu; 22.07.2019-cu il tarixli, 00799144 nömrəli müqaviləsinə əsasən İMEİ kodu **********79955 olan Huawei P Smart markalı telefon üçün 106 manat ödənilməmiş hissə, 29 manat dəbbə; 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Termopot Hoffmann üçün 90 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu; 05.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********85785 olan Samsung Galaxy A10 markalı telefon üçün 74 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 985 manat ödənilməmiş hissə, 205 manat dəbbə pulu; 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 891 manat ödənilməmiş hissə, 230 manat dəbbə pulu; 01.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********51646 olan Samsung Galaxy A10 markalı telefon, 4D X4 aksesuar, Tərəzi Hoffmann üçün 346 manat ödənilməmiş hissə, 102 manat dəbbə pulu; 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Soba Hoffmann üçün 379 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu; ümumilikdə 3647 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22.07.2019-cu il tarixli, 00799229 nömrəli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 451 manata Tozsoran Philips-i nisyə satmış, alıcı həmin məbləği hər ay 41 manat ödəmək şərti ilə 11 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 22.07.2019-cu il tarixli, 00799144 nömrəli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 591 manata İMEİ kodu **********79955 olan Huawei P Smart markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 49 manat (ilkin ödəniş 3 manat) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 03.11.2019-cu il tarixli, 01026404 nömrəli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 180 manata Termopot Hoffmann-ı nisyə satmış, alıcı həmin məbləği hər ay 15 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 05.11.2019-cu il tarixli, 01030339 nömrəli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 444 manata İMEİ kodu **********85785 olan Samsung Galaxy A10 markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 37 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 26.12.2019-cu il tarixli, 01159031 nömrəli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 1207.6 manata Samsung LED TV-ni nisyə satmış, alıcı həmin məbləği hər ay 49.4 manat (ilkin ödəniş 22 manat) ödəmək şərti ilə 24 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 24.01.2020-ci il tarixli, 20056256 nömrəli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 1209.2 manata Samsung LED TVni nisyə satmış, alıcı həmin məbləği hər ay 59.4 manat (ilkin ödəniş 140 manat) ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 01.03.2020-ci il tarixli, 20137777 nömrəli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 415.2 manat İMEİ kodu **********51646 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full BLACK aksesuar, Tərəzi Hoffmann-ı nisyə satmış, alıcı həmin məbləği hər ay 34.6 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 01.06.2020-ci il tarixli, 20324570 nömrəli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 483.6 manata Soba Hoffmann-ı nisyə satmış, alıcı həmin məbləği hər ay 40.3 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2069.6 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış 3647 manat borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış 22.07.2019-cu il, 03.11.2019-cu il, 05.11.2019-cu il, 26.12.2019-cu il, 24.01.2020-ci il, 01.03.2020-ci il, 01.06.2020-ci il tarixli müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı "xxxx" MMC-dən aldığı məişət avadanlıqları müqabilində verməli olduğu pul vəsaitini müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış 22.07.2019-cu il tarixli, 00799229 nömrəli müqavilə üzrə 12 manat, 22.07.2019-cu il tarixli, 00799144 nömrəli müqavilə üzrə 29 manat, 03.11.2019-cu il tarixli müqavilə üzrə 27 manat, 05.11.2019-cu il tarixli müqavilə üzrə 22 manat, 26.12.2019-cu il tarixli müqavilə üzrə 205, 24.01.2020-ci il tarixli müqavilə üzrə 230 manat, 01.03.2020-ci il tarixli müqavilə üzrə 102 manat, 01.06.2020-ci il tarixli müqavilə üzrə 108 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 22.07.2019-cu il tarixli, 00799229 nömrəli müqavilə üzrə 4 manat, 22.07.2019-cu il tarixli, 00799144 nömrəli müqavilə üzrə 5 manat, 03.11.2019-cu il tarixli müqavilə üzrə 5 manat, 05.11.2019-cu il tarixli müqavilə üzrə 5 manat, 26.12.2019-cu il tarixli müqavilə üzrə 50, 24.01.2020-ci il tarixli müqavilə üzrə 50 manat, 01.03.2020-ci il tarixli müqavilə üzrə 30 manat, 01.06.2020-ci il tarixli müqavilə üzrə 30 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 22.07.2019-cu il tarixli, 00799229 nömrəli müqaviləyə əsasən 41 (qırx bir) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu, ümumilikdə 45 (qırx beş) manat; 22.07.2019-cu il tarixli, 00799144 nömrəli müqaviləyə əsasən 106 (bir yüz altı) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 111 (bir yüz on bir) manat; 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 90 (doxsan) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 95 (doxsan beş) manat; 05.11.2019-cu il tarixli müqaviləyə əsasən 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 79 (yetmiş doqquz) manat; 26.12.2019-cu il tarixli müqaviləyə əsasən 985 (doqquz yüz səksən beş) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 1035 (bir min otuz beş) manat; 24.01.2020-ci il tarixli müqaviləyə əsasən 891 (səkkiz yüz doxsan bir) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 941 (doqquz yüz qırx bir) manat; 01.03.2020-ci il tarixli müqaviləyə əsasən 346 (üç yüz qırx altı) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, ümumilikdə 376 (üç yüz yetmiş altı) manat; 01.06.2020-ci il tarixli müqaviləyə əsasən 379 (üç yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, ümumilikdə 409 (dörd yüz doqquz) manat, cəmi 3091 (üç min doxsan bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 11%-i, yəni 3 (üç) manat 28 (iyirmi səkkiz) qəpiyi iddiaçıya aid edilməli, qalan 89%-i, yəni 26 (iyirmi altı) manat 72 (yetmiş iki) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 22.07.2019-cu il tarixli, 00799229 nömrəli müqaviləyə əsasən 41 (qırx bir) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu, ümumilikdə 45 (qırx beş) manat; 22.07.2019-cu il tarixli, 00799144 nömrəli müqaviləyə əsasən 106 (bir yüz altı) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 111 (bir yüz on bir) manat; 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 90 (doxsan) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 95 (doxsan beş) manat; 05.11.2019-cu il tarixli müqaviləyə əsasən 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, ümumilikdə 79 (yetmiş doqquz) manat; 26.12.2019-cu il tarixli müqaviləyə əsasən 985 (doqquz yüz səksən beş) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 1035 (bir min otuz beş) manat; 24.01.2020-ci il tarixli müqaviləyə əsasən 891 (səkkiz yüz doxsan bir) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 941 (doqquz yüz qırx bir) manat; 01.03.2020-ci il tarixli müqaviləyə əsasən 346 (üç yüz qırx altı) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, ümumilikdə 376 (üç yüz yetmiş altı) manat; 01.06.2020-ci il tarixli müqaviləyə əsasən 379 (üç yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, ümumilikdə 409 (dörd yüz doqquz) manat, cəmi 3091 (üç min doxsan bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 11%-i, yəni 3 (üç) manat 28 (iyirmi səkkiz) qəpiyi iddiaçıya aid edilsin, qalan 89%-i, yəni 26 (iyirmi altı) manat 72 (yetmiş iki) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4613/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4613/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver