Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4619/2023 28.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin bacısı xx.xx.1985-ci il təvəllüdlü X6 ağır xəstəliyə düçar olduğundan özünü idarə edə bilmir, müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə qadir deyildir. Verilən sualları anlamır, hərəkətlərinin mahiyyətini başa düşmür. Onun xəstəlik tarixçəsindən görünür ki, M.S.S üzvü xəstəliyinin qalıq əlamətləri, dərin ağlı zəifliyi ilə bağlı özünü müstəqil idarə etmək imkanı yoxdur və kənar şəxsin daima köməyinə ehtiyacı vardır. Bu səbəbdən də ciddi müşahidə altında qalması labüd sayılmışdır. İndiyədək bacısına atası X7 baxmışdır. xx.xx.2023-cü il tarixdə atası vəfat etdiyi üçün bacısına ərizəçi baxmalı olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək təmin olunmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş elektron arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X5 M.S.S üzvü xəstəliyinin qalıq əlamətləri, dərin ağıl zəifliyi ilə diaqnozu qoyulmuş və daim kənar şəxsin qulluğuna ehtiyacı olduğundan müddətsiz olaraq birinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. - AR Səhiyyə Nazirliyi 39 saylı şəhər poliklinikası tərəfindən verilmiş TQS 025 nömrəli ambulator tibbi kitabçaya əsasən müəyyən olunur ki, xx.xx.1985-ci il təvəllüdlü X6 dispanser qeydiyyatına alınmışdır. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş AR seriyalı, 377937 nömrəli arayışa əsasən müəyyən edilir ki, xx.xx.1985-ci il təvəllüdlü X6 əmək qabiliyyətsiz olduğundan daim kənar şəxsin köməyinə ehtiyacı olan şəxs olaraq uşaqlıqdan birinci qrup müddətsiz əlil kimi qeydiyyata alınmışdır. - AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3155 saylı rəyinə əsasən müəyyən edilir ki, X4 Dərin əqli gerilik formasında kəmağılılıq müəyyən edilir. Bunu anamnestik məlumatlar, müayinə zamanı təqdim edilmiş tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş travması ilə anadan olması, erkən dövrdən psixofiziki inkişafda gerilik biruzə verməsi, bununla əlaqədar X2 müalicələrdə olması, 39 saylı şəhər poliklinikasında xx.xx.2022-ci il tarixdən “MSS-nin üzvi xəstəliyinin qalıq əlamətləri, dərin ağıl zəifliyi ilə” diaqnozu ilə qeydiyyatda olması, əqli geriliyi ilə əlaqədar narahatlığı, evdə yersiz hərəkətlərə yol verməsi, əsəbi gərginliklər keçirməsi, fizioloji ifrazatları ilə natəmiz olması, hazırda yaşayış yeri üzrə poliklinikanda qeydiyyatda olmaqla evdə davranış pozuntuları ilə əlaqədar qoruyucu müalicəni qəbul etməsi, “MSS-nin üzvi xəstəliyinin qalıq əlamətləri, dərin ağıl zəifliyi ilə” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hazırki müayinə zamanı zahirən narahat olması, verilən sualları əsasən dərk etməməsi, sorğu gedişatında ağır dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi və s.) sübut edir. X4 Dərin əqli gerilik formasında kəmağılılıq müəyyən edilir. Hal-hazırda X4 müəyyən edilən psixi pozuntularla əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X4 müəyyən edilən dərin əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, ərizəçi X3 yaxın qohumu – qardaşıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X3 psixi cəhətdən fəaliyyət qabiliyyətinin olmaması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4619/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4619/2023
28.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver