Məhkəmə qərarları › İş №2(004)-462/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-462/2021

22.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-462/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 336,62 borcun İddiaçı və ünvan 1 ünvanda aid olmadığı və ləğv edilməsi, İddiaçı Cavabdeh ASC tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla ünvan 1 ünvanda yerləşən mənzildə sudan istifadənin, su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmasının təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutan müvafiq müqavilələrin bağlanması, sayğacın quraşdırılması, su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması, sudan istifadə imkanının tam təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsində 336 manat borcun silinməsini xahiş etsə də, hazırda xx.xx.2020-ci il tarixli qəbzə əsasən göstərilmiş 342,12 manat borcun silinməsi və digər tələblərinin də təmin edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon MİH ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli 214 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Qayıbov küçəsi 12 nömrəli evin 7 nömrəli mənzili ona verilmişdir. O, mənzilə köçmək istəyərkən mənzilin təmirsiz və bərbad vəziyyətdə olduğunu görmüşdür. Mənzildə su sayğacının, su boru xətlərinin, kanalizasiya xətlərinin söküldüyünü, mənzildə sudan istifadənin mümkünsüz olduğunu görmüşdür. Bu məqsədlə Cavabdeh ASC-yə müraciət edərək, mənzilə su sayğacının, su boru xətlərinin, kanalizasiya xətlərinin quraşdırılmasını, onunla sudan istifadəyə dair müqavilə bağlanmasını və mənzilinə daimi suyun verilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin orada ona bildirilmişdir ki, keçmiş sakin X3 adına olan abunə koduna su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə 336 manat borc yazılıb, həmin borcu tam ödədikdən sonra, onun mənzilinə suyun verilməsi mümkün olar. O, bu borcun ona aid olmadığını, mənzilin ona xx.xx.2020-ci ildə verildiyini, mənzili alarkən orada su xətlərinin olmadığını və onun istifadə etmədiyi suya görə keçmiş sakinin adına olan borcu ödəməyə niyyəti olmadığını cavabdehə bildirmişdir. Lakin borcun silinməsi həyata keçirilməmiş, əksinə xx.xx.2020-ci il tarixdə verilmiş bildirişdə borcun məbləğinin artaraq 342,12 manat olduğu qeyd edilmişdir. Mənzilin keçmiş sahibi X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və onun həmin borca görə Cavabdeh ASC-nin qarşısında hər hansı bir cavabdehliyi yoxdur. Odur ki, xx.xx.2020-ci il tarixli 214 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ona verilmiş Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Qayıbov küçəsi 12 nömrəli evin 7 nömrəli mənzilinə dair keçmiş sakin xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına olan 30807397 nömrəli sudan istifadəyə görə bağlanmış müqavilə üzrə **********070 nömrəli abunə koduna su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2020-ci il tarixə kimi Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 342,12 manat borcun **********070 nömrəli abunə kodundan silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması, ona məxsus olan Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Qayıbov küçəsi 12 nömrəli evin 7 nömrəli mənzilinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması, sudan istifadəyə görə onunla abunə müqaviləsi bağlanması, mənzilə su sayğacının quraşdırılması və mənzilə daimi suyun verilməsinin təmin edilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, keçmiş sakinin adına hesablanan borcun iddiaçıya aidiyyəti olmasa da, məhkəmə qərarı olmadan Cavabdeh ASC həmin borcun silinməsini həyata keçirə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflərin izahatları, rəsmi sənədlər və işin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon MİH ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 214 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Qayıbov küçəsi 12 nömrəli evin 7 nömrəli mənzili İddiaçı verilmişdir. xx.xx.2020-ci il tarixli hesab fakturadan görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvan üzrə xx.xx.2003-cü il tarixli 30807397 nömrəli müqavilə əsasında X3 adına olan **********070 nömrəli abunə hesabına xx.xx.2020-ci il tarixədək su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə 342,12 manat borc yazılmışdır. Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Qayıbov küçəsi 12 nömrəli evin 7 nömrəli mənzilin keçmiş sahibi X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X5 adına olan 30807397 nömrəli sudan istifadəyə görə bağlanmış müqavilə üzrə **********070 nömrəli abunə koduna su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2020-ci il tarixə kimi Cavabdeh ASC tərəfindən 342,12 manat borc yazılmışdır. Halbu ki, mənzildə sudan istifadə edilmir və su boru xətləri mövcud deyildir. Yazılmış 342,12 manat borcun İddiaçı heç bir aidiyyatı yoxdur. Çünki, İddiaçı həmin mənzil xx.xx.2020-ci il tarixdə verilib və mənzil verilərkən su boru xətləri mövcud olmamışdır və hazırkı vaxta kimi mənzilə su verilmir, su sayğacı, su boru xətti, kanalizasiya xətti mövcud deyildir. İddiaçı istifadə etmədiyi suya görə Cavabdeh ASC-yə pul ödəməyi öhdəsinə götürməmişdir və qanuna görə iddiaçının üzərinə belə bir öhdəlik qoyulmamışdır. Bu səbəbdən Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına olan abunə koduna yazılmış borcun ödənilməsini, mənzilin yeni sahibi olan iddiaçıdan tələb etməsi qanunsuz və əsassızdır. Cavabdeh ASC xx.xx.2020-ci il tarixli 01/4/01-7/6/14738 nömrəli məktubla İddiaçı xx.xx.2020ci il tarixli müraciətinə cavab verərək bildirmişdir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları’na əsasən aparılır. Qaydaların 8.4-cü bəndinə müvafiq olaraq su ilə təchiz olunmuş obyektin (mənzilin) mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, su təchizatı və kanalizasiya müəssisəsindən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 iş günu müddətində yazılı müraciət etməlidir. Hazırda qeyd edilən ünvanın abonent hesabında 336,62 manat borc var. Qeyd edilən borc Qaydaların 7.4-cü bəndinə əsasən normativə uyğun olaraq ailə tərkibinə görə hesablanmışdır. İddiaçının müraciətinə əsasən sözügedən ünvanın hesabatının aparıldığı abonent kodunun onun adına keçirilməsi uçun yaranmış borc məbləği ödənildikdən sonra müvafiq sənədləri toplayaraq “Asan kommunal” mərkəzlərinə və ya X6 müraciət etməyi xahiş olunmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon MİH ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 214 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən İddiaçı verilmiş Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Qayıbov küçəsi 12 nömrəli evin 7 nömrəli mənzilinə dair keçmiş sakin - xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına olan 30807397 nömrəli sudan istifadəyə görə bağlanmış müqavilə üzrə **********070 nömrəli abunə koduna su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2020-ci il tarixə kimi Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 342,12 manat borcun **********070 nömrəli abunə kodundan silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulmalı, İddiaçı məxsus olan Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Qayıbov küçəsi 12 nömrəli evin 7 nömrəli mənzilinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması, sudan istifadəyə görə İddiaçı ilə abunə müqaviləsi bağlanması, mənzilə su sayğacının quraşdırılması və mənzilə daimi suyun verilməsinin təmin edilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon MİH ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 214 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən İddiaçı verilmiş Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Qayıbov küçəsi 12 nömrəli evin 7 nömrəli mənzilinə dair keçmiş sakin - xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına olan 30807397 nömrəli sudan istifadəyə görə bağlanmış müqavilə üzrə **********070 nömrəli abunə koduna su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2020-ci il tarixə kimi Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 342,12 (üç yüz qırx iki manat on iki qəpik) manat borcun (borc İddiaçı aid deyildir) **********070 nömrəli abunə kodundan silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulsun. İddiaçı məxsus olan Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Qayıbov küçəsi 12 nömrəli evin 7 nömrəli mənzilinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması, sudan istifadəyə görə İddiaçı ilə abunə müqaviləsi bağlanması, mənzilə su sayğacının quraşdırılması və mənzilə daimi suyun verilməsinin təmin edilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar