Məhkəmə qərarları › İş №2(004)-4620/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4620/2021

10.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4620/2021 10.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və Maraqlı şəxsnə onun oğlu üzərində qəyyum təyin edilməsinin həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 12.12.1997-ci il tarixdə anadan olmuş oğlu X3 dərin ağır dərəcəli kəmağıllıq, anadangəlmə idiotiya, kəskin nəzərə çarpan inbesillik (İQ 35-dən aşağı) tibbi diaqnozu qoyulmuşdur. Oğlu anadan gəlmə ağır kəmağıllığı, qıçolma tutmaları ilə müşayiət olunduğu üçün daimi başqasının qulluğuna ehtiyacı olduğundan birinci dərəcəli əlillik verilmiş və gündən - günə vəziyyətinin daha da kəskinləşməsi, ona qulluq etmək üçün dözülməz hal aldığını, çox vaxt hərəkətlərinin mənasını dərk etməməsi və onları süurlu idarə etmək iqtidarında olmur. Xəstəliyi ilə əlaqədar tez-tez tutan qıcolma-tutulma halları da əsasən ailədə digərlərdən hərəkətlərinə görə seçilir. X5 xəstəliyi ilə əlaqədar köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla ilkin tibbi yardım olunmasına ehtiyacının olmasını bildirmişdir. İşə məhkəmədə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 12.12.1997-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi bərədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 14983385 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 12.12.1997-ci il tarixdə anadan olmuşdur. - 3 nömrəli Şəhər Poliknikasının 04.11.2021-ci il tarixli, 647 saylı məktubundan görünür ki, 1997-ci il təvəllüdlü X5 2015-ci ildən Bakı şəhəri Yasamal rayon 3 saylı şəhər poliknikasının RƏX-ri kabinetinin qeydiyyatındadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının 13.01.2021-ci il tarixli, 2366 saylı rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik (F72) qeyd olunur. Bunu mülki işdə olan anamnestik məlumatlar və tibbi sənədlər – anadangəlmə qıcolma tutmalarının qeyd olunması, erkən yaşlarından psixofiziki inkişafda geri, qalması, 1 saylı TSEK-də müayinə olunarkən xəstəliyi ilə əlaqədar İ dərəcəli əlilliyin təyin edilməsi və sair sübut edir. X2 əqili gerilik ağır dərəcədə ifadə olunduğundan öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları süurlu idarə etmək iqtidarına malik deyil. Mülki iş materiallarına əsasən X2 ağır dərəcəli əqli gerilik qeyd olunur. X2 qeyd edilən ağır dərəcəli əqli gerilik onu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları süurlu idarə etmək iqtidarından məhrum edir. X2 qeyd olunan ağır dərəcəli əqli gerilik onu öz hərəkətlətini dərk etmək və iadrə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 12.12.1997-ci il təvəllüdlü X1 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12.12.1997-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar