Məhkəmə qərarları › İş №2(004)-4629/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4629/2020

17.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4629/2020 17.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qızının və İddiaçı5 cavabdehlər Cavabdeh1 QSC-yə, “X2 Mərkəzi” MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tərtər rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolunun və əmlakın alqı-satqısı barədə müqaviləninvə onların dogurdugu bütün hüquqi nəticələrin etibarsız sayılması” tələbinə dair mülki işə baxaraq məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qızı və İddiaçı5 cavabdehlər Cavabdeh1 QSC-yə, “X2 Mərkəzi” MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tərtər rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolunun və əmlakın alqı-satqısı barədə müqavilənin və onların dogurdugu bütün hüquqi nəticələrin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(061)-99/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 QSC-nin cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsitələbinə dair” ilkin iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli, 15R000004688 saylı kredit müqaviləsi üzrə 13739,27 ABŞ dolları əsas borc, 2372,32 ABŞ dolları faiz borcu, 22,19 ABŞ dolları cərimə olmaqla, cəmi 16133,78 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 15R000005713 saylı kredit müqaviləsi üzrə 1131,97ABŞ dolları əsas borc, 120,77 ABŞ dolları faiz borcu, 6,06 ABŞ dolları cərimə olmaqla, cəmi 1258,80 ABŞ dolları, hər iki kredit müqaviləsi üzrə 17392,58 ABŞ dolları məbləgində borcun tutulması, tutmanın X5 ogluna məxsus Tərtər şəhəri, H.Əliyev prospekti, döngə 10, 4A ünvanında yerləşən fərdi yaşayış evinə 0.05 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəldilərək ilkin satış qiyməti 45000 manat müəyyən edilməklə açıq hərracda satılması və borcun satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması qət edilmiş, İddiaçı1, X5 oglunun, İddiaçı3 Mugan oglunun, İddiaçı4 qızının və İddiaçı5 Cavabdeh1 QSC-yə QARŞİ “kredit, ipoteka və zaminlik müqavilələrinin və onların dogurdugu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiaları təmin edilməmişdir.Qətnamə qanuni qüvvəsini almış və icrası ilə baglı Tərtər rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 128122/05 nömrəli məktubu ilə “X2 Mərkəzi” MMC-yə sifariş verilmişdir. “X2 Mərkəzi”» MMC xx.xx.2019-cu il tarixdə X5 oglunun mülkiyyətində olan, ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinin satılması üçün hərrac keçirmiş, ilk iki hərrac baş tutmadıgına görə Cavabdeh1 QSC ilə hərracın təşkilatçısı “X2 Mərkəzi” MMC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə”baglanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən keçirilən iki hərrac baş tutmadıgına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə istinad edən ipoteka saxlayan Cavabdeh1 QSC hərracın təşkilatçısı “X2 Mərkəzi” MMC-dən ilkin satış qiyməti 45.000 manat müəyyən edilmiş fərdi yaşayış evini son satış qiyməti olan 28688 manata almışdır. Cavabdehlər hərracı kobud qanun pozuntuları ilə, qanunvericiliyin tələblərinə zidd olaraq keçirmiş, iddiaçıların hüquqlarını kobud şəkildə pozmuşlar. Belə ki, hərracın keçirilmə vaxtı və yeri barədə iddiaçılara heç bir bildiriş verilməmiş, formal olaraq hərrac keçirməklə ailələrinə məxsus fərdi yaşayış evini Cavabdeh1 QSC-yə satmışlar. Məhkəmə iclasının vaxtı və yari barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar İddiaçı1 və qeyriləri məhkəmə iclasına gəlməmiş və gəlməmələrin barədə məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdirlər. Cavabdehin nümayəndəsi X3 isə mülki işin mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında iddia tələbinin tam əsassız olduğunu bildirmiş və qeyd etmişdir ki, hərracın keçrilməsindən iddiaçıların məlumatları olmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq, hərracın keçirilməsi barədə bildirişlərin çatdırılması barədə hərrac təşkilatının üzərinə vəzifə qoyulmayıb, yalnız bidlirişlərin göndərilməsi vəzifəsi var. Hərrac təşkilatı da qanunvericiliyin tələbinə uyğun olaraq, hərracı həyata keçirmişdir, bildirişləri göndərmişdir. Məhkəməyə təqdim etdiyi xəbərnamələrdən də görünür ki, bildirişi rəsmi qaydada almışlar. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(061)-99/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 QSC-nin cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” ilkin iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli, 15R000004688 saylı kredit müqaviləsi üzrə 13739,27 ABŞ dolları əsas borc, 2372,32 ABŞ dolları faiz borcu, 22,19 ABŞ dolları cərimə olmaqla, cəmi 16133,78 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 15R000005713 saylı kredit müqaviləsi üzrə 1131,97ABŞ dolları əsas borc, 120,77 ABŞ dolları faiz borcu, 6,06 ABŞ dolları cərimə olmaqla, cəmi 1258,80 ABŞ dolları, hər iki kredit müqaviləsi üzrə 17392,58 ABŞ dolları məbləgində borcun tutulması, tutmanın X5 ogluna məxsus Tərtər şəhəri, H.Əliyev prospekti, döngə 10, 4A ünvanında yerləşən fərdi yaşayış evinə 0.05 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəldilərək ilkin satış qiyməti 45000 manat müəyyən edilməklə açıq hərracda satılması və borcun satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması qət edilmiş, İddiaçı1, X5 oglunun, İddiaçı3 Mugan oglunun, İddiaçı4 qızının və İddiaçı5 Cavabdeh1 QSC-yə QARŞİ “kredit, ipoteka və zaminlik müqavilələrinin və onların dogurdugu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiaları təmin edilməmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(061)-99/2017 saylı icra vərəqəsi və Tərtər rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli 128122/05 nömrəli sifariş məktubu əsasında “X2 Mərkəzi” MMC tərəfindən X5 ogluna məxsus Tərtər şəhəri, H.Əliyev prospekti, döngə 10, 4A ünvanında yerləşən fərdi yaşayış evinin 0.05 ha həyətyanı torpaq sahəsi ilə birlikdə satılması üzrə xx.xx.2019-cu il tarixinə açıq hərrac təşkil olunmuşdur. İş materiallarına əlavə olunmuşhərrac bildirişlərindən görünür ki, “X2 Mərkəzi” MMC-nin xx.xx.2019-cu il tarixində keçiriləcək hərraca dair bildirişləri iddiaçılarnın yaşadığı ünvanlara göndərilmiş və xx.xx.2019-cu il tarixdə onlara təqdim edilmişdir. İlk iki hərrac baş tutmadığından, ünvan 2 saylı ünvanda yerləşən X5 oglunun mülkiyyətində olan fərdi yaşayış evinin 45000 manat məbləğində müəyyənləşdirilmiş ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddələrinə əsasən 25% aşağı qiymətlə 28688 manata Cavabdeh1 QSC-yə satılmışdır. Bu barədə “X2 Mərkəzi” MMC tərəfindən Y-238/2 saylı, xx.xx.2019-cu il tarixli “hərracın nəticələri haqqında” protokol tərtib olunmuş və həmin tarixdə “X2 Mərkəzi” MMC ilə Cavabdeh1 QSC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Məhkəmə iş üzrə toplanmış subutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.Belə ki, iddiaçıların X5 ogluna məxsus Tərtər şəhəri, H.Əliyev prospekti, döngə 10, 4A ünvanında yerləşən fərdi yaşayış evinin 0.05 ha həyətyanı torpaq sahəsi ilə birlikdə satılması üzrə xx.xx.2019-cu il tarixinə açıq hərrac təşkilindən məlumatlı olmamaları barədə iddiası iş materialları ilə öz təkzibini tapmışdır. Həmçinin, ipoteka predmeti olan fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satışı, qanunvericiliklə nəzərdə tutulmuş prosedur daxilində həyata keçirilmiş, müvafiq protokol tərtib olunmuş və alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçılar tərəfindən qeyd olunan sənədlərin etibarsız sayılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Belə olan halda iddiaçılar İddiaçı1 və digərləri hərracın nəticələri haqqında yekun protokolunun və əmlakın alqı-satqısı barədə müqavilənin və onların dogurdugu bütün hüquqi nəticələrin etibarsız sayılmasını tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfındən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən subut edilmir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun Həmin Qanunun 43.6-cı maddəsinə görə təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və onların doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qızının və İddiaçı5 iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar