Məhkəmə qərarları › İş №2(004)-4662/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4662/2021

20.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4662/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20.07.1967-ci il təvəllüdlü Ərizəçi Arif oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində ərizəçi xx.xx.1941-ci il təvəllüdlü Ərizəçi Qalar oğlunun qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi Arif oğlu onun övladıdır. Ərizəçi Arif oğlunun anası X6 30.05.2011-ci il tarixdə vəfat etmişdir. Ərizəçi Arif oğlu anadan olan gündən onunla birlikdə yaşayır. Ərizəçi Arif oğlunun səhhətində anadangəlmə qüsurlar olmuşdur. O ilk dəfə təxirəsalınmaz vərəqəyə əsasən 12.02.2011-ci il tarixdən 15.11.2012ci il tarixədək Bakı şəhəri 2 nömrəli X2 “Şizoireniya fasiləsiz tip gedişli hallusinator paranoid forma şəxsiyyət qüsuru əlamətləri ilə” stasionar müalicədə olmuşdur. Təkrarən Rəhimzadə X4 vərəqəyə əsasən 15.04.2015-ci il tarixdən 05.08.2016-cı il tarixədək Bakı şəhəri 2 nömrəli X3 “Şizofreniya fasiləsiz tip gedişli hallusinator paranoid forma şəxsiyyət qüsuru əlamətləri ilə” stasionar müalicədə olmuşdur. Sonuncu dəfə Rəhimzadə X4 vərəqəyə əsasən 22.06.2018-ci il tarixdən 23.02.2020-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X2 “Şizofreniya fasiləsiz tip gedişli hallusinator paranoid forma şəxsiyyət qüsuru əlamətləri ilə” stasionar müalicədə olmuşdur. Məlum olduğu kimi, Şizofreniya - düşüncə prosesindəki problemlər və zəif, emosional cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Ümumi simptomlar paranoid, eşitmə hallüsinasiyaları, nitqdə əks olunan düşüncə pozğunluğu və əqli çatışmazlığın da daxil olduğu yanılmalardır. Hazırda oğlu 20.07.1967-ci il təvəllüdlü Ərizəçi Arif oğlunun səhhətində olan bu problemə görə o övladının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olmadığından onun əməllərinə görə qəyyumu kimi adından çıxış edə bilmir. Həmçinin 20.07.1967-ci il təvəllüdlü Ərizəçi Arif oğlunun adında daşınmaz əmlak olduğundan onun üzərində sərəncam vermək hüququda məhdudddur. Bununla bağlı Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayoçilik Komissiyasına şifahi olaraq müraciət etməsinə baxmayaraq, onlar bunun yalnız məhkəmə qaydasında mümkün olacağını bildirmişdir. Bu səbəbdən də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 20.07.1967-ci il təvəllüdlü Ərizəçi Arif oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi bərədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Arif oğlu 20.07.1967-ci il tarixdə anadan olmuşdur. - 2 nömrəli klinik Psixiatriya Xəstəxanasının 30.06.2021-ci il tarixli, 1/1215 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan 20.07.1967-ci il təvəllüdlü Ərizəçi Arif oğlu ilk dəfə, Təxirəsalınmaz vərəqəyə əsasən 12.02.2011-ci il tarixdən 15.11.2012-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur. Diaqnoz: “ Şizofreniya fasiləsiz tip gedişli hallusinator paranoid forma şəxsiyyət qüsuru əlamətləri ilə”. Təkrarən, Rəhimzadə X4 vərəqəyə əsasən 15.04.2015-ci il tarixdən 05.08.2016-cı il tarixinədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur. Diaqnoz: “Şizofreniya fasiləsiz tip gedişli hallusinator paranoid forma şəxsiyyət qüsuru əlamətləri ilə”. Sonuncu dəfə, Rəhimzadə X4 vərəqəyə əsasən 22.06.2018-ci il tarixdən 23.02.2020-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmuşdur. Diaqnoz: “Şizofreniya fasiləsiz tip gedişli hallusinator paranoid forma şəxsiyyət qüsuru əlamətləri ilə”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 29.09.2021-ci il tarixli, 2263 saylı rəyindən görünür ki, Ərizəçi Arif oğlunda Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin halhazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə onuncu sinifdə oxuyarkən psixi vəziyyətində dəyişikliklər meydana gəlməsi, ilk dövrlərdə yuxu pozuntusu, qorxu hissləri, şübhələr, həmçinin qavrama aldanmaları, qeyri-adektav hərəkətlləri biruzə verməsi, müayinələrdə olması, psixi vəziyyəti ilə əlaqədar ilk dəfə Bakı şəhər 1 saylı X2 müalicədə olması, sonralar dəfələrlə Bakı şəhər 2 saylı X2 “Şizofreniya fasiləsiz tip gedişli hallusinator paranoid forma şəxsiyyət qüsuru əlamətləri ilə” diaqnozu ilə stasionar müalicələrdə olması, xəstəliyi ilə əlaqədar hərbi xidmətdən azad edilməsi, İ qrup əlil olması, hallüsinator və davranış pozuntuları, narahatlığı, yuxu pozuntuları biruzə verdiyi üçün psixi vəziyyətində tez-tez kəskinləşmələr olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, passiv olaraq münasibət sayıqlama ideyalarının biruzə verməsi, öz hiss və həyəcanlarına qapılması, emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. Ərizəçi Arif oğlu öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də Ərizəçi Arif oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 20.07.1967-ci il təvəllüdlü Ərizəçi Arif oğlunun psixi xəstəliyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan, Ərizəçi Arif oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.07.1967-ci il təvəllüdlü Ərizəçi Arif oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar