Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4676/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********44276 Samsung Galaxy A50 markalı telefon üçün 748 manat ödənilməmiş hissə, 74 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə İMEİ Kodu **********67203 Samsung Galaxy A20s markalı telefon üçün, 396 manat ödənilməmiş hissə, 39 manat cərimə, ümumilikdə 1257 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1287 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən,cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya dair etiraz verilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********44276 olan Samsung Galaxy A50 və İMEİ Kodu **********67203 olan Samsung Galaxy A20s markalı telefonlar almış və nəticədə 1257 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 792 manat (18 ay x 44 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********44276 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 822 manat olmaqla, ondan, 748 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 74 manat cərimə pulu borcu yaranmşıdır. Cavabdehin cəmi ödədiyi məbləğ 44 manat təşkil etmişdir. Alqı-satqı qiyməti 532 manat (18 ay x 22 manat + 136 manat ilkin ödəniş) olan İMEİ Kodu **********67203 olan Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə 435 manat olmaqla, ondan, 396 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 39 manat cərimə pulu borcu yaranmşıdır. Cavabdehin cəmi ödədiyi məbləğ 136 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli alqısatqımüqaviləsiüzrə 748 manat məbləğində ödənilməmiş hissə, 74 manat cərimə borcu, cəmi 822 manat, xx.xx.2019-cu il tarixli alqı-satqımüqaviləsiüzrə isə 396 manat məbləğində ödənilməmiş hissə, 39 manat cərimə borcu, cəmi 435 manat, ümumilikdə 1257 manat borcu vardır.Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********44276 olan Samsung Galaxy A50 markalı telefon üçün 748 manat ödənilməmiş hissə, 74 manat cərimə, ümumilikdə 822 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən isə İMEİ Kodu **********67203 olan Samsung Galaxy A20s markalı telefon üçün 396 manat ödənilməmiş hissə, 39 manat cərimə, ümumilikdə 435 manat, cəmi 1257 manat borc alınaraq “xxxxxxxxxxx” MMC-nə ödənilməlidir. İddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********44276 olan Samsung Galaxy A50 markalı telefon üçün 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat cərimə, ümumilikdə 822 (səkkiz yüz iyirmi iki) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********67203 olan Samsung Galaxy A20s markalı telefon üçün 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, ümumilikdə 435 (dörd yüz otuz beş) manat, cəmi 1257 (bir min iki yüz əlli yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4676/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4676/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver