Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-468/2021 16.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X3 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 19.05.2014-cü il tarixli 234 saylı və 10.02.2017-ci il tarixli 52 saylı sərəncamlarına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-ə ayrılmış torpaq sahəsində Cavabdeh tikərək yaşadığı özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 19.05.2014-cü il tarixli 234 saylı sərəncamına əsasən Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Eyni zamanda Bakı şəhər İcra hakimiyyəti başçısının 10.02.2017-ci il tarixli 52 saylı sərəncamına əsasən qeyd edilən ünvanda İddiaçı MMC-yə yaşayış binasının tikintisinə icazə verilmişdir. Tikinti işlərinin başlanılması üçün əsas olan 14.03.2017-ci il tarixli 189 saylı Xüsusi nişan da Bakı şəhər Tikinti Müfəttişliyi tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. Qeyd edilən sənədlər əsasında təsdiqlənmiş layihəyə uyğun olaraq qeyd edilən ərazidə hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Bakı Şəhər İcra hakimiyyəti başçısının sərəncamına əsasən həmin ərazidə yerləşən tiklilər sökülmüş, sakinlər qarşılıqlı razılaşma əsasında köçürülmüşdür. Lakin həmin ərazidə məskunlaşmış Cavabdeh köçürülmə üçün tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Bununla əlaqədar İddiaçı MMC tərəfindən Cavabdeh müraciət olunmuş, qeyd edilən məsələlər bildirilmiş və yaşadığı evin mülkiyyət hüququnu təsdiq edən hüquqi sənədləri təqdim etməyi xahiş olunmuşdur. Lakin bu günədək tələb olunan sənədlər cavabdeh tərəfindən iddiaçıya təqdim olunmamışdır. Qeyd edilən məsələ cavabdehin yaşadığı mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədin mövcudluğunu şübhə altına qoymuşdur. Əgər mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdursa qeyd edilən ünvanda qeyri-qanuni olaraq yaşadığının aşkar olduğu barədə onunla dəfələrlə görüşlər keçirilmiş və Cavabdeh həqiqətən yaşadığı evin qeyri-qanuni şəkildə tikildiyini etiraf etmişdir. Qeyd edilənlərə əsasən tez bir zamanda qeyd edilən ünvandan köçməyi xahiş olunmuşdur. İddiaçı MMC 24 iyul 2020-ci il tarixli məktubla Cavabdeh müraciət edərək yaşadığı mənzili tərk etməyini xahiş etmiş və bunun müqabilində şirkət olaraq humanist addım ataraq ona köçməyi müqabilində həmin ərazidə yeni tikiləcək binadan 2 otaqlı təmirli mənzil və həmin mənzilə köçənədək müvəqqəti yaşamağı üçün kirayə haqqının verilməsini təklif etmişdir. Lakin cavabdeh göstərilən təklifə də məhəl qoymamış, qeyri-qanuni yaşadığı evin boşaldılması müqabilində astronomik məbləğləri İddiaçı MMCdən tələb etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı cavabdehə yeni inşa ediləcək binada ümumi sahəsi 60 kv.m olan mənzil təklif edir. Lakin hal-hazırda cavabdehin yaşadığı evin ümumi sahəsi 100 kv.m təşkil edir və həmin evdə üç ailə - cavabdeh və onun iki oğlu ailəsi ilə yaşayır. Evin və yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri yoxdur. Lakin cavabdeh həmin evdə 2004-cü ildən yaşayır. Cavabdehə üç otaqlı mənzil təklif olunduğu halda o həmin evi boşaltmağa razıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsinin izahatını müdafiə edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçının tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 19.05.2014-cü il tarixli 234 saylı sərəncamının 1.1-ci bəndinə əsasən Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı MMC-yə həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/144 saylı 01.07.2014-cü il tarixli ayrıc aktından görünür ki, həmin sərəncama əsasən İddiaçı MMC-yə 0,3350 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı MMC-yə 1 girişli 16 mərtəbəli yaşayış evinin tikintisinə icazə verilməsinə dair sənəd və məlumatlar 24 aprel 2017-ci il tarixində Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 19.05.2014-cü il tarixli 234 saylı sərəncamına və 1148 saylı 14.04.2016-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı MMC-yə ayrılmış torpaq sahəsi üzərində icarə hüquqları 22.05.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC-nin müraciəti əsasında “X1 Company” MMC tərəfindən verilmiş 20.10.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən cavabdehin evinin həmin tarixə orta bazar qiyməti 16-20 min manat (fərdi yaşayış evinin daxili təmirindən asılı olaraq) məbləğində müəyyən olunmuşdur. Cavabdeh müraciəti əsasında “AB” Consulting” MMC tərəfindən verilmiş 25.09.2020-ci il tarixli cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatından müəyyən olunur ki, həmin tarixə evin bazar dəyəri 111000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda həmin hesabata əlavə edilmiş fərdi yaşayış evinin illər üzrə ortofoto görüntülərinə əsasən fərdi yaşayış evi 2008-ci il tarixdən mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01.07.2021-ci il tarixli 10/1326 saylı rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq küçəsi “Qanlı göl”ün cənub hissəsində yerləşən 0,335 ha torpaq sahəsində İddiaçı MMC-yə tikintisinə icazə verilmiş tikililərdən başqa Cavabdeh tərəfindən inşa edilmiş birmərtəbəli fərdi yaşayış evi mövcuddur. Cavabdeh tərəfindən İddiaçı MMC-yə icarəyə verilmiş torpaq sahəsinin Ayrıc Aktında göstərilən hüdudları daxilində inşa edilmiş birmərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 78,62 kv.m (yaşayış otaqlarının sahəsi 63,35 kv.m, yardımçı tikililərin sahəsi 15,27 kv.m) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini buna lazımi icazələr almadan inşa etmiş və evin yerlədiyi torpaq sahəsi də onun mülkiyyətində deyil. İş üzrə aparılmış ekspertiza nəticəsində də cavabdehə məxsus evin iddiaçıya ayrılmış torpaq sahəsində yerləşməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehə məxsus özbaşına tikintinin sökülməsini tələb edir. Bununla belə məhkəmə hesab edir ki, hazırki məzmunda iddiaçının tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə sökülən özbaşına tikililərə görə də kompensasiya ödənilməldir. Lakin özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcmi eyni meyarlara əsasən hesablana bilməz. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. İddiaçı iddiasında cavabdehə məxsus özbaşına tikilinin sökülməsinə görə kompensasiya ödənilməsini nəzərdə tutmadığından məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia rədd edildiyindən həmin iddia üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. İddiaçı MMC-dən 100 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-468/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-468/2021
16.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver