Məhkəmə qərarları › İş №2(004)-4692/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4692/2023

27.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4692/2023 27.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı 09 oktyabr 1998ci il təvəllüdlü Qurbanova İlahə Hicran qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı Qurbanova İlahə Hicran qızı doğuşdan birinci qrup əlildir. Belə ki, o, görmə əngəllidir və ona ümumi xəstəlik-gözdən əlil diaqnozu ilə əlillik dərəcəsi verilmiş əmək qabiliyyətsiz olması təsdiqlənmişdir. O, səhhəti ilə bağlı daim kənar şəxsin qulluğuna ehtiyac duyur, ərizəçi ona qulluq edir. Ona görə də, 9 oktyabr 1998-ci il təvəllüdlü Qurbanova İlahə Hicran qızının fəaliyyət qabliyyəti olmayan sayılması və üzərində qəyyumluq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi 21 dekabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş elektron arayışdan görünür ki, 9 oktyabr 1998-ci il təvəllüdlü Qurbanova İlahə Hicran qızı “nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri, OU HORİZONTAL NİSTQAM Binokulyar, ağır görmə pozğunluğu, hər iki gözün ağır dərəcəli zəif görməsi VİSOD = 0.05K/Lİ=0.08 VİSOS=0.05K/Lİ 0.08 dəqiqləşdirilməmiş demensiya, ensefolopatiya, rezudual əqlin, süurun dərin dərk etmənin nitqin qüsuru” diaqnozu üzrə müddətsiz birinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 794140 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanova İlahə Hicran qızı xx.xx.1998-ci ildə anadan olmuşdur. Atası Qurbanov Hicran İsmayıl oğlu, anası isə Ərizəçidır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 102494 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 və Qurbanov Hicran İsmayıl oğlu 10 may 1997-ci il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə 190 syalı akt qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 2 nömrəli MİS tərəfindən verilmiş 130 saylı 04 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi və Qurbanova İlahə Hicran qızı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3331 saylı rəyinə əsasən Qurbanova İlahə Hicran qızında ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi anadan olması, erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqi zəif inkişaf etməsi, tək bir sözlərdən ibarət olması biruzə vermiş, əqli geriliklə əlaqədar məktəbdə oxumamışdır. Xəstəliyi ilə əlaqədar Bakı şəhər X2 Bakı şəhər Uşaq Ruhi-Əsəb Disponserində müayinə-müalicələrdə olması, hərdən narahatlığı, fizioloji ifrazatları ilə natəmiz olması, “nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri, OU HORİZONTAL NİSTQAM Binokulyar, ağır görmə pozğunluğu, hər iki gözün ağır dərəcəli zəif görməsi VİSOD = 0.05K/Lİ=0.08 VİSOS=0.05K/Lİ 0.08 dəqiqləşdirilməmiş demensiya, ensefolopatiya, rezudual əqlin, süurun dərin dərk etmənin nitqin qüsuru” diaqnozu ilə ona müddətsiz birinci qrup əlillik təyib edilməsi, göstərilənlərlə əlaqədar hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, daim kənar şəxslərin himayəsi və nəzarətinə ehtiyacın olması, hazırkı müayinə zamanı şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi sübut edir. Mülki işi materialları və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən Qurbanova İlahə Hicran qızında ağır dərəcəli əqli gerilik müəyyən edilir. Qurbanova İlahə Hicran qızı öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də Qurbanova İlahə Hicran qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qurbanova İlahə Hicran qızında müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, ərizəçi Qurbanova İlahə Hicran qızının yaxın qohumu – anasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. Qurbanova İlahə Hicran qızının psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Qurbanova İlahə Hicran qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü Qubanova İlahə Hicran qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X4 Hicran qızının üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar