Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-47/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 559/560, 18 saylı mənzildə aparılmış tikinti və təmir xərci olan 40.000 manat məbləğində pulun ½ hissəsi olan 20.000 manat məbləğində vəsaitin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək təmir məbləğinin indeksasiya edilərək 13.650 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşıdır. O, böyük qardaşı olduğuna görə atası onu evləndirdikdən sonra ona ev və bağ evi almış, başqa yerdə yaşaması üçün lazım olan bütün şəraiti təşkil etmişdir. Atası vəfat etdikdən sonra onunla birlikdə yaşayan xəstə anasına qulluq etmək vəzifəsi onun üzərinə düşmüşdür. Yataq xəstəsi olduğuna görə çox əziyyət çəkirdi. O və həyat yoldaşı daima onun qulluğunda dururdu. Anası vəfat etdikdən sonra gözləmədiyi halda, qardaşı ata və anasından miras qalmış Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr., məh 559/560, mənzil 18-ə iddia etməyə başladı və məhkəmədə mənzilin bölünməsi və mənzilə köçürülmə tələbi ilə Yasamal Rayon Məhkəməsində iddia qaldırdı. Lakin, ekspertizanın rəyinə əsasən birgə yaşamaq mümkün olmadığına görə Samir mənzilin satılması və pulunun bölünməsi ilə bağlı yenidən başqa bir iddia qaldırdı. Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etdi. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr, məh. 559/560, mənzil 18-in açıq xərracda satılması və əldə olunan vəsaitin Cavabdeh və o, İddiaçı ödənilməsi barədə qərar qəbul etdi. Bu qərar apellyasiya instansiyası tərəfindən qüvvədə saxlanıldı. Lakin, o hesab edir ki, bu bölgü ədalətsizdir. Ona görə ki, atasının vəfatından sonra o evi tamamilə yenidən təmir etmiş, əlavə olaraq binaya bitişik bir otaq artırmışdır. Tikintiyə və təmirə 40.000-dan yuxarı xərci çıxmışdır. Bu faktı onun evində işləyən ustalar, göz qabağında olan təmir xərcləri təsdiq edər. Hesab edir ki, onun çəkdiyi xərcin 50 faizi Samir tərəfindən ödənilməli, sonradan mənzil satılaraq pulu bərabər şəkildə bölünməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mənzil hərracda satılarkən qiymətləndirilmiş və həmin mənzil üçün müəyyən edilən məbləğ ödənilmişdir. Mənzilin vəziyyəti bərbad olmuşdur, bunu təsdiq edəcək videoları məhkəmənin diqqətinə çatdırmışdır. Bunu iş materiallarında olan fotoşəkillərdən də təsbit etmək olar. Ümumiyyətlə, həmin evin şəraiti yaşamaq üçün yararsız olmuşdur. İddiaçının tələbinin indeksasiya ilə bağlı hissəsi tam əsassızdır. Belə ki, ilk növbədə indeksasiya terminin mənasına diqqət yetirmək lazımdır. İndeksasiya latın mənşəli söz olmaqla indeks, yəni işarə kimi tərcümə edilir. İndeksasiya iqtisadi termin olmaqla müqavilənin, kreditin, əmək haqqının, pensiyanın, müavinətlərin, əmanətlərin və s.-nin məbləğini istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə inflyasiyadan qorunmaq vasitəsi kimi qəbul edilir. İddia tələbinin indeksasiya ilə əlaqəsi yoxdur. İddiaçı həmin evə hər hansı sərmayə və ya pul məbləği qoymamışdır. Qarşı tərəf tələb etdiyini sadəcə söz olaraq qeyd etmişdir, mənasını belə tam şəkildə bilmir. Rüfət Abbasov sözügedən mənzildə kosmetik təmir işləri aparmışdır və uzun müddət də həmin mənzildə ailəsi ilə birlikdə yaşamış və istismar etmişdir. İddiaçı R.Abbasov məhkəməyə mənzilin iddia etdiyi kimi 2015-ci ildə təmir edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Eləcə də, qarşı tərəf ondan tələb etdiyi əşyaları, yəni radiator və s. kimi əşyaları da mənzili boşaldan zaman özü ilə aparmışdır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-319/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 açıq hərracdan satılması və əldə olunan vəsaitin Cavabdeh və İddiaçı arasında paylarına mütənasib surətdə ½ hissədə bölüşdürülərək onlara ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh və digər ½ hissədə isə İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2750/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, 18 saylı mənzilin naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamələr məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İş materiallarında olan “X1” Əmlak Hərrac Mərkəzi MMC-nin 28 iyul 2023-cü il tarixli 183/23 saylı hərracın yekunları barədə protokoldan görünür ki, paylı mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, 18 saylı mənzili Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-319/2022 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən verilmiş xx/xx- 1081xx/xx-8597 saylı xx.xx.2023-cü il tarixli sifariş əsasında Cavabdeh tərəfindən payının məbləği nəzərə alınaraq 135.000 manata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq (əmtəəşünaslıq üzrə mütəxəssis rəyinin alınmasına dair) ekspertizası təyin edilmiş və icraat dayandırılmış, xx.xx.2023-cü il tarixdə isə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə ME 07/033 nömrəli ekspert (mütəxəssis) rəyi məhkəməyə daxil olmuşdur. Rəyə əsasən görülmüş tikinti təmir işlərinin ümumilikdə dəyəri 27.300 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə yenidən ekspertiza təyin edilmiş və xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 559/560, 18 saylı mənzildə aparılmış tikinti və təmir xərci amortizasiya nəzərə alınmaqla 14.197 manat müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2627/2023 saylı qərardadına əsasən mülki iş üzrə kompleks məhkəmə tikinti-texniki (inşaat) və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, iş rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16-2-9/711-10/807 saylı ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə icraatın təzələnməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16-2-9/711-10/807 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 559/560, 18 saylı mənzil faktiki olaraq köhnə təmirli vəziyyətdə olduğundan, eləcə də, mənzildə aparılan təmirin istismar müddəti keçdiyindən (döşəməyə vurulmuş laminat materialının bir hissəsinin yararsız vəziyyətdə olduğunu, divara vurulmuş divar kağızının bir hissəsinin qopduğu və istifadəyə yararsız vəziyyətdə olduğunu, divara vurulmuş kafelin və lambri materialının bir hissəsinin qopduğu) nəzərə alaraq hazırkı vəziyyətdə X3 tərəfindən görülmüş təmir tikinti işlərinin istifadəyə yararsız (istismar müddəti keçdiyindən) vəziyyətdə olduğunu və eləcə də, mənzilə aid əşyaların olmadığını nəzərə alaraq qərardadda qoyulmuş bu sualların cavablandırılması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, o, həm iddiaçının, həm də cavabdehin doğma əmisidir. Hər ikisi ilə münasibəti yaxşıdır. Sözügedən mənzil Azərbaycan Sovet Sosialist Respublikası dövründə Abbasovlar ailəsinə zavodda çalışdıqları üçün verilmişdir. Qardaşların arasında belə mübahisələrin olması onu ailə üzvü kimi dərindən sarsıtmışdır. O, sonuncu dəfə həmin mənzildə Rüfət oranı boşaldandan 20 gün əvvəl olmuşdur. Həmin mənzildə sonuncu dəfə təmir işləri 2015-2016-cı illərdə Rüfət Abbasov tərəfindən aparılmışdır. Belə ki, mənzil əvvəl ikiotaqlı olmuş, daha sonra R.Abbasov tərəfindən əlavə olaraq iki otaq da tikilmişdir. Beləliklə, mənzil dördotaqlı edilmişdir və iki mətbəxi olmuşdur. Barışıq əldə edilməsi üçün hər iki şəxslə danışıqlar aparmış, lakin onlar üzbəüz oturaraq məsələni həll etməmişlər və buna görə də mübahisə məhkəməyə qədər gəlib çıxmışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, usta kimi fəaliyyət göstərir. Sözügedən mənzildə təmir işləri görməsi üçün Rüfət Abbasovdan təklif almışdır. Həmin mənzildə hər cür təmir işi, yəni suvaq, santexnika, divar kağızlarının vurulması və s. kimi işləri görmüşdür. Gördüyü işlərin ödənişini Rüfət etmişdir. O, edilən ödənişin məbləğini dəqiq olaraq xatırlamır, amma hər işə görə müxtəlif vaxtlarda ayrıca ödənişləri qəbul etmişdir. Mənzili təmir etməyə başlayan zaman orada yaşayış olmuşdur, lakin orada sovet vaxtından qalan köhnə təmir olmuşdur. İddiaçının sualına cavab olaraq bildirdi ki, boruların dəyişdirilməsi üçün onlar maraqlanmışlar, amma icazə verilmədiyi üçün bunu etmək mümkün olmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh və digər ½ hissədə isə İddiaçı mülkiyyətindədir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-319/2022 saylı qətnaməsinə əsasən mənzilin naturada bölünməsi mümkün olmadığından Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 açıq hərracdan satılması və əldə olunan vəsaitin Cavabdeh və İddiaçı arasında paylarına mütənasib surətdə ½ hissədə bölüşdürülərək onlara ödənilməsi qət edilmişdir. Tərəflərin izahatları ilə də müəyyən olunur ki, icra mərhələsində mənzil qiymətləndirilmiş və hərraca çıxarılmışdır. Hərrac zamanı cavabdeh qalib alıcı olmuş, iddiaçının payının əvəzi olan məbləğ ona ödənilmişdir. Hazırda isə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, 18 saylı mənzilin təmir məbləğinin indeksasiya edilərək 13.650 manat məbləğində pulun Cavabdeh tutulmasını xahiş edir. Beləliklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 559/560, 18 saylı mənzil faktiki olaraq köhnə təmirli vəziyyətdə olduğundan, eləcə də, mənzildə aparılan təmirin istismar müddəti keçdiyindən hazırkı vəziyyətdə X3 tərəfindən görülmüş təmir tikinti işlərinin istifadəyə yararsız (istismar müddəti keçdiyindən) vəziyyətdə olduğunu və eləcə də, mənzilə aid əşyalar olmadığından qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamış, yəni İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 559/560, 18 saylı mənzildə aparılmış tikinti və təmir xərcinin məbləğini müəyyən etmək mümkün olmamışdır. Həmçinin “X1” Əmlak Hərrac Mərkəzi MMC-nin 28 iyul 2023-cü il tarixli 183/23 saylı hərracın yekunları barədə protokoluna əsasən paylı mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 559/560, 18 saylı mənzil hərraca çıxarılmamışdan əvvəl baxış keçirilərək mövcud vəziyyətdə qiymətləndirilmiş və daha sonra cavabdeh tərəfindən iddiaçının payının məbləği ona ödənilmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 559/560, 18 saylı mənzilində aparılmış tikinti və təmir mənzildə aparılan təmirin istismar müddəti keçdiyindən, cavabdeh tərəf hal-hazırda əsassız varlanmadığından, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı təmir məbləğinin indeksasiya edilərək 13.650 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə aparılmış ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı təmir məbləğinin indeksasiya edilərək 13.650 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-47/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-47/2024
28.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver