Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-470/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Elsever qızının nümayədələri və vəkilləri X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2, Cavabdeh3 Elsever qızına və Cavabdeh4 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 Elsever qızına və Cavabdeh4 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış, ona məxsus olan Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsinin 90.000 manata Cavabdeh3 satılması barədə xx.xx.2013-cü il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin tam və ona məxsus olan Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 24 kv.m olan qarajın (avtomobil dayanacağının) Cavabdeh3 15.000 ABŞ dollarına, həmin vaxtın məzənnəsi ilə 11.700 manata satılması barədə xx.xx.2014-cü il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin ona məxsus avtomobil dayanacağına (qaraja) aid hissədə etibarsız hesab edilməsi, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 83.800 manat pulun, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 29.100 manat pulun, ona vurduğu mənəvi ziyana görə Cavabdeh1ndən 10.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 24 kv.m olan qarajı (avtomobil dayanacağı) 1 kv.m 450 manata olmaqla 10.800 manata Cavabdeh1 MTK-dan satın almışdır. İddiaçı xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsini 1 kv.m 1200 manata olmaqla 120.000 manata Cavabdeh1 MTK-dan satın almışdır. İddiaçı aldığı əmlakların dəyəri tam olaraq Cavabdeh1 MTK-yə ödəmişdir. Cavabdeh4 2011-ci ildən 2017-ci ilin aprel ayınadək Cavabdeh1 MTK-nın Yasamal rayonu Ç.Mustafayev küçəsi 43 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının komendantı işləyərkən, Cavabdeh1 MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X17 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə özgə əmlakını ələ keçirmə məqsədilə Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu və xx.xx.2011-ci il tarixli müqavilələrə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən 90.000 manata, Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 24 kv.m olan qarajı (avtomobil dayanacağı) xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 15.000 ABŞ dollarına (11.700 manat) qanunsuz olaraq hazırkı mülki iş üzrə birgə cavabdehlər Rzayeva (Babayeva) Ləman Elsevər qızı vasitəsilə Cavabdeh2 satmışdır. Cavabdeh4 İddiaçı məxsus olan qeyri-yaşayış sahələrini Rzayeva (Babayeva) Ləman Elsevər qızı vasitəsilə Cavabdeh2 satması barədə iddiaçıya bildirməmiş və həmin qeyri-yaşayış sahələrinin satılmasına görə əldə edilmiş puldan iddiaçıya verməmişdir. 2017ci ildə bina dövlət ehtiyacları üçün söküldüyünə görə binadakı yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri qabaqcadan məlumatlandırılmış, dövlət tərəfindən qeyri-yaşayış sahəsinin sahiblərinə hər kv.metrə görə 1700 manat, avtomobil dayanacağının (qarajın) hər kv.metrinə görə isə 1500 manat kompensasiya təklif edilmişdir. Kooperativin rəhbərliyi, o cümlədən Cavabdeh4 tərəfindən iddiaçıya qəsdən məlumat verilməmişdir. Binanın sökülməsi barədə başqalarından eşitdikdən sonra iddiaçı kompensasiya ödənilməsinə köməklik göstərməsi barədə Cavabdeh4 müraciət etmişdir. Cavabdeh4 iddiaçıya kömək edəcəyini vəd etsə də, müxtəlif yalan vədlər verərək qeyd olunan qeyri-yaşayış sahələrinə görə kompensasiya almasına mane olmuş, qeyri-yaşayış sahələrini əslində başqasına satdığını iddiaçıdan gizlətmişdir. Qeyri-yaşayış sahələrinin başqa şəxsə satıldığı iddiaçıya məlum olan kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yazılı şikayət etmişdir. Bundan sonra fakta görə cinayət işi başlanmış, Cavabdeh4 iddiaçıya qarşı dələduzluq cinayəti törətdiyi, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsini və avtomaşın dyanacağını (qaraj) qanunsuz olaraq başqasına satdığı üçün cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. Cavabdeh2 Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsini 176.800 manata, Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 24 kv.m olan qarajı (avtomobil dayanacağı) isə 36.000 manata satmaqla, İddiaçı maddi zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-263/2018 nömrəli hökmü ilə Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasınam məhkum edilmişdir. İddiaçı mülki iddiası təmin edilmiş, Cavabdeh4 iddiaçıya məxsus olan əmlakların qanunsuz satılmasından əldə etdiyi 101.700 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hesab edir ki, İddiaçı məxsus olan əmlakların satışından əldə edilmiş 212.800 manat vəsaitdən hökmlə tutulmuş 101.700 manat çıxılmaqla, qalan 111.100 manat vəsait İddiaçı qaytarılmalıdır. İddiaçı əmlakları almaq üçün ödədiyi 130.800 manatdan, hökmlə tutulan 101.700 manat çıxılmaqla, qalan 29.100 manat vəsait Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Çünki, Cavabdeh2 əmlakların alınması zamanı ümumi 101.700 manat ödəmişdir. 111.100 manatdan qalan 83.800 manat isə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddiaçı məxsus olan Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MTK ilə Rzayeva (Babayeva) Ləman Elsevər qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə və Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 24 kv.m olan qaraja (avtomobil dayanacağı) dair Cavabdeh1 MTK ilə Rzayeva (Babayeva) Ləman Elsevər qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə etibarsız hesab edilməlidir. Həmçinin, iddiaçıya vurduğu mənəvi ziyana görə Cavabdeh1 MTK-dan 10.000 manat pulun alınaraq iddiaçıya verilməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Elsever qızının nümayədələri və vəkilləri X9 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Rzayeva (Babayeva) Ləman Elsever qızı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 104 kv.m olan qeyri-yaşayış sahəsini 1 kv.m 850 manata olmaqla 88.400 manata Cavabdeh1 MTK-dan satın almışdır. Rzayeva (Babayeva) Ləman Elsever qızı xx.xx.2014cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 54 kv.m olan qarajı (avtomobil dayanacağı) 1 kv.m 670 manata olmaqla 36.000 manata Cavabdeh1 MTK-dan satın almışdır. Rzayeva (Babayeva) Ləman Elsever qızı aldığı qeyri-yaşayış sahəsinin və qarajın pay dəyərini tam olaraq Cavabdeh1 MTK-yə ödəmişdir, borcu yoxdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X8 özünə məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin söküntü ərazisinə düşməsinə görə dövlət proqramı çərçivəsində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətindən 176.800 manat kompensasiya almış və qeyri-yaşayış sahəsindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xeyrinə imtina etmişdir. Həmçinin, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X8 özünə məxsus olan ünvan 2 ünvanda yerləşən qarajın (avtomobil dayanacağı) söküntü ərazisinə düşməsinə görə dövlət proqramı çərçivəsində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətindən 36.000 manat kompensasiya almış və qarajdan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xeyrinə imtina etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Elsever qızı İddiaçı tanımamış, ondan hər hansı bir əmlak almamış və aldıqları əmlakın İddiaçı məxsus olmasından heç bir məlumatları olmamışdır. Rzayeva (Babayeva) Ləman Elsever qızı əmlakları Cavabdeh1 MTK-dan almış və dəyərini tam şəkildə Cavabdeh1 MTK-ya ödəmişdir, sonradan isə öz əmlakı kimi dövlət ehtiyacları üçün tələb olunarkən kompensasiya almışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Elsever qızı İddiaçı aldatmamış və onun əmlakın qanunsuz yolla ələ keçirməmişlər. İddiaçı əmlakını Cavabdeh1 MTKnın komendantı Cavabdeh4 və Cavabdeh1 MTK-nın sədri X17 qabaqcadan razılaşmaqla, əlbir olub cinayət əlaqəsinə girərək, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə etmə yolu ilə vahid qəsdlə özgə əmlakını ələ keçirmə məqsədilə Cavabdeh3 Elsever qızına satmışlar və ödənilmiş vəsaiti mənimsəmişlər. Bu səbəbdən Cavabdeh1 MTK-nın komendantı Cavabdeh4 və Cavabdeh1 MTK-nın sədri X10 barəsində cinayət işi başlanmış, X17 öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş, Cavabdeh4 isə məhkəmənin hökmü ilə məhkum edilmişdir. Cavabdeh3 Elsever qızı vicdanlı alıcı olduğuna görə, onun həmin əmlaklara görə aldığı kompensasiya məbləği də özünə çatmalıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Elsever qızının İddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur və ona maddi zərər vurmamışlar. İddiaçı əmlakın satışından əldə olunan vəsaitin Cavabdeh1 MTK-nın komendantı Cavabdeh4 və Cavabdeh1 MTK-nın sədri X17 tərəfindən ələ keçirilməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq edilmiş və cinayət işinə baxılarkən hökmlə zərərçəkmiş İddiaçı mülki iddiası təmin edilmiş və əmlakın əlindən çıxmasına görə vurulmuş maddi zərərin əvəzi kimi 101.700 manat vəsait Cavabdeh4 zərərçəkmiş İddiaçı xeyrinə tutulmuşdur. Bununla da İddiaçı pozulmuş hüquqları bərpa edilmişdir. Rzayeva (Babayeva) Ləman Elsever qızına kompensasiyanı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ödəmişdir. Əgər kompesasiyanın ödənilməsi qanunsuz həyata keçirilmişdirsə, həmin əbləğin qaytarılması barədə iddianı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti qaldıra bilərdi. Cavabdeh1 MTK ilə Rzayeva (Babayeva) Ləman Elsever qızı arasında bağlanmış xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Həmçinin, iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsi üçün iddia müddətini də buraxmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, bildirişi təqdim etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 24 kv.m olan qarajı (avtomobil dayanacağı) 1 kv.m 450 manata olmaqla 10.800 manata Cavabdeh1 MTK-dan satın almışdır. Cavabdeh1 MTK-nın verdiyi xx.xx.2009-cu il tarixli X-1/14 nömrəli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 24 kv.m olan qarajın (avtomobil dayanacağı) pay dəyərini tam olaraq Cavabdeh1 MTK-yə ödəmişdir, borcu yoxdur. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsini 1 kv.m 1200 manata olmaqla 120.000 manata Cavabdeh1 MTK-dan satın almışdır. Cavabdeh1 MTK verdiyi xx.xx.2011-ci il tarixli X-0/02 nömrəli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyriyaşayış sahəsinin pay dəyərinin 50%-ni Cavabdeh1 MTK-yə ödəmişdir. Cavabdeh1 MTK verdiyi xx.xx.2015-ci il tarixli X-01/17 nömrəli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 100,6 kv.m olan qeyriyaşayış sahəsinin pay dəyərini tam olaraq Cavabdeh1 MTK-yə ödəmişdir, borcu yoxdur. Cavabdeh1 MTK ilə X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən X11 Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 104 kv.m olan qeyri-yaşayış sahəsini 1 kv.m 850 manata olmaqla 88.400 manata Cavabdeh1 MTK-dan satın almışdır. Cavabdeh1 MTK verdiyi xx.xx.2015-ci il tarixli X-01/03 nömrəli maliyyə arayışı ilə təsdiq edilir ki, Rzayeva (Babayeva) Ləman Elsever qızı Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 104 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyərini tam olaraq Cavabdeh1 MTK-yə ödəmişdir, borcu yoxdur. Cavabdeh1 MTK ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən X11 Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi (N 2,4) 54 kv.m olan qarajı (avtomobil dayanacağı) 1 kv.m 670 manata olmaqla 36.000 manata Cavabdeh1 MTK-dan satın almışdır. Cavabdeh1 MTK-nın verdiyi xx.xx.2014-cü il tarixli X-02/22 nömrəli maliyyə arayışı ilə təsdiq edilir ki, X11 Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 74 kv.m olan qarajın (avtomobil dayanacağı) pay dəyərini tam olaraq Cavabdeh1 MTK-yə ödəmişdir, borcu yoxdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə X8 arasında Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli 3M-345 reyestr nömrəli müqaviləyə əsasən X8 Cavabdeh1 MTK ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən özünə məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə görə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 176.800 manat kompensasiya aldığı üçün qeyri-yaşayış sahəsindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xeyrinə imtina etmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə X8 arasında Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli 3M-346 reyestr nömrəli müqaviləyə əsasən X8 Cavabdeh1 MTK ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən özünə məxsus olan ünvan 2 ünvanda yerləşən qarajını (avtomobil dayanacağı) görə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 36.000 manat kompensasiya aldığı üçün qarajdan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xeyrinə imtina etmişdir. Cavabdeh4 2011-ci ildən 2017-ci ilin aprel ayınadək Cavabdeh1 MTK-nın Yasamal rayonu Ç.Mustafayev küçəsi 43 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının komendantı işləyərkən, Cavabdeh1 MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X17 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə özgə əmlakını ələ keçirmə məqsədilə Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu və xx.xx.2011-ci il tarixli müqavilələrə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən 90.000 manata, Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 24 kv.m olan qarajı (avtomobil dayanacağı) xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 15.000 ABŞ dollarına (11.700 manat) X1, əldə edilmiş 101.700 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirərək İddiaçı maddi zərər vurmuşdur. İddiaçı qeyri-yaşayış sahələrinin başqa şəxsə satıldığını öyrəndikdən sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. Bundan sonra fakta görə cinayət işi başlanmış, Cavabdeh4 iddiaçıya qarşı dələduzluq cinayəti törətdiyi, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsini və avtomaşın dyanacağını (qaraj) qanunsuz olaraq başqasına satdığı üçün cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-263/2018 nömrəli hökmü ilə Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 02 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 01 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını tam, əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə ona qəti olaraq 03 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə eyni zamanda zərərçəkmiş şəxs İddiaçı və X4 mülki iddiası tam, X12 mülki iddiası isə qismən təmin edilmiş, Cavabdeh4 101.700 manat zərərçəkmiş şəxs İddiaçı xeyrinə, 280.500 manat zərərçəkmiş şəxs X4 xeyrinə, 192.340 manat isə zərərçəkmiş şəxs X12 xeyrinə tutulmuş, maddi sübutlar: iş materiallarına əlavə edilmiş X18, İddiaçı, X13, X19, X15, X28, X20, X8, X2 adlarına mənzil, qeyri-yaşayış və qaraj sahələri satılmasının rəsmiləşdirilməsinə dair müqavilələr və maliyyə arayışları iş materiallarında saxlanılması nəzərə alınmış və ekspertiza tədqiqatına sərf edilmiş 234 manat Cavabdeh4 dövlət nəfinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-477/2019 nömrəli qərarı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-477/2019 nömrəli qərarından kassasiya şikayəti vermişdir. Cavabdeh2 qızı X8 vasitəsilə alqı-satqı nəticəsində əldə edilmiş 109.400 manat pul vəsaitinin məhkum Cavabdeh4 ittihamından zərərçəkmiş şəxsin mənafeyinə toxunduğundan xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini bir sıra dəlillərlə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(102)-28/2020 nömrəli qərarı ilə zərərçəkmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh4 barəsində olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-477/2019 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi bu hissədə yeni apellyasiya baxışına təyin edilmişdir. Ali Məhkəmə vurğulamışdır ki, məhkum Cavabdeh4 zərərçəkmiş şəxs İddiaçı qarşı dələduzluq etməklə ona 101.700 manat zərər vurması işə baxan məhkəmələrin gəldikləri nəticə əsaslıdır və heç bir şübhə doğurmur. Amma məhkəmə kollegiyası onu da apellyasiya məhkəməsinin diqqətinə çatdırmışdır ki, İddiaçı qarşı dələduzluq epizodu üzrə Asif Həsənovun 211.000 manat zərər vurmaqla dələduzluq etməsi, yəni konkret olaraq məhkuma 109.300 manat əlavə ittiham verilərək təqsirli bilinməsi anlaşılan deyildir və heç bir sübuta söykənmir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-518/2020 nömrəli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı müdafiəçisi Vəkil və məhkum Cavabdeh4 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Həsənov Asif Əfsərağa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(101)- 263/2018 saylı hökmü dəyişdirilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 07 (yeddi) ilə endirilsin və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaların toplanması barədə müddəa xaric edilmişdir. xx xxxxxx 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanununa əsasən Cavabdeh4 X16 qarşı 32.340 (otuz iki min üç yüz qırx) manat dələduzluq cinayətini törətməsi barədə ittihamda nəzərdə tutulmuş “külli miqdarda” sözü “xeyli miqdarda” sözü ilə əvəz edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Məhkəmənin hökmündən müəyyən edilir ki, payçı İddiaçı əvvəlcə ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki 103 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyərinin 50 %-i (60.000 manat) Cavabdeh1 MTK-ya ödəmişdir, qalan vəsaiti isə xx.xx.2015-ci il tarixə kimi ödəməklə, borcun olmaması barədə xx.xx.2015-ci il tarixli məliyyə arayışı almışdır. İddiaçı ünvan 2 ünvanda yerləşən binada 24 kv.m olan qaraj sahəsinin pay dəyərini 10.800 manatı MTK-ya ödəmişdir. Göründüyü kimi, həm zərərçəkmiş şəxs İddiaçı, həm də X14 ifadələrində ittihamın predmeti olan əmlaklara görə zərərçəkmiş şəxs İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya ümumilikdə 130.800 manat pul verildiyini mübahisəsiz şəkildə təsdiq etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qəbul etdiyi xx.xx.2020-ci il tarixli 1(103)-518/2020 nömrəli qərarında hesab etmişdir ki, törədilmiş cinayət əməli nəticəsində İddiaçı vurulmuş ziyanın miqdarı, Cavabdeh4 əmlakları satmasından əldə etdiyi gəlir olan pul məbləği ilə yox (həmin pul məbləğini ona Cavabdeh2 ödəmişdir), İddiaçı qeyd olunan əmlaklara dair hüquqlarının yaranması üçün MTK-ya ödədiyi pay haqqının miqdarı ilə müəyyən edilməlidir və həmin pul məbləğinin miqdarı yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi 130.800 manat təşkil edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-518/2020 nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 24 kv.m olan qarajın törədilmiş cinayət əməli nəticəsində əlindən çıxmasına görə, vurulmuş maddi zərərin ümumi məbləği 130.800 manat təşkil edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-263/2018 nömrəli hökmü ilə zərərçəkmiş İddiaçı mülki iddiası təmin edilməklə, İddiaçı vurulmuş 130.800 manat zərərin 101.700 manat hissəsi Cavabdeh4 zərərçəkmiş şəxs İddiaçı xeyrinə tutulmuşdur. Qalan 130.800-101.700=29.100 manat isə ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, İddiaçı vurulmuş 130.800 manat zərərin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-263/2018 nömrəli hökmü ilə tututulmuş 101.700 manat hissəsi çıxılmaqla, qalan 29.100 manatı zərərvuran Cavabdeh4 tutularaq İddiaçı ödənilməlidir. Qalan hissələrdə iddia tələbi rədd edilməlidir. Çünki, İddiaçı cinayət işinə baxılarkən əmlaklarının cinayət yolu ilə əlindən çıxması nəticəsində vurulmuş maddi zərərin (əmlakların dəyərinin) ödənilməsini tələb etmiş, əmlakın geri qaytarılması barədə iddia tələbi irəli sürməmişdir. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-263/2018 nömrəli hökmü ilə İddiaçı təqdim etdiyi 101.700 manat pul tutulmasına dair mülki iddia ərizəsi tam təmin edilmiş, Cavabdeh4 101.700 manat pul zərərçəkmiş şəxs İddiaçı xeyrinə tutulmuşdur. Yəni, İddiaçı cinayət işinə baxılarkən 101.700 manat pul tutulması tələbinə dair mülki iddia ərizəsini təqdim etməklə, qeyri-yaşayış sahəsi və qaraj üzərində maraqlarının itdiyini nümayiş etdirmişdir. Bundan əlavə, Cavabdeh1 MTK ilə X11 arasında xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixli müqavilələr bağlanarkən X5 Cavabdeh1 MTK tərəfindən ona satılan əmlakların digər şəxsə, yəni İddiaçı məxsus olmasından məlumatı olmamış, vicdanlı aolıcı kimi hər iki əmlakın tam dəyərini Cavabdeh1 MTK-ya ödəməklə, istifadəsinə və sahibliyinə qəbul etmişdir. Sonradan isə həmin əmlaklardan xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilələrə əsasən öz əmlakları kimi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar müvafiq kompensasiya almaqla Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xeyrinə imtina etmişdir. Cavabdeh3 Elsever qızı vicdanlı alıcı olduğuna görə, onun həmin əmlaklara görə aldığı kompensasiya məbləği də özünə çatmalıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Elsever qızının İddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur və ona maddi zərər vurmamışlar. İddiaçı əmlaklarının satışından əldə olunan vəsaitin Cavabdeh1 MTK-nın komendantı Cavabdeh4 və Cavabdeh1 MTK-nın sədri X17 tərəfindən ələ keçirilməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq edilmiş və cinayət işinə baxılarkən hökmlə zərərçəkmiş İddiaçı mülki iddiası təmin edilmiş və əmlaklarının cinayət yolu ilə əlindən çıxmasına görə vurulmuş maddi zərərin əvəzi kimi 101.700 manat vəsait Cavabdeh4 zərərçəkmiş İddiaçı xeyrinə tutulmuşdur. Cavabdeh1 MTK ilə X11 arasında xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MTK ilə X11 arasında xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixli müqavilələrin bağlanması zamanı X11 vicdanlı əldə edən olduğuna, cinayət işinə baxılan zaman zərərçəkmiş İddiaçı mülki iddiası tam təmin edilməklə, əmlaklarının cinayət yolu ilə əlindən çıxmasına görə vurulmuş maddi zərərin əvəzi kimi 101.700 manat vəsait Cavabdeh4 zərərçəkmiş İddiaçı xeyrinə tutulduğuna görə, müqavilələr etibarsız hesab edilə bilməz. İddiaçı yalnız əmlaklarının cinayət yolu ilə əlindən çıxmasına görə vurulmuş 130.800 manatdan hökmlə tutulması qət edilmiş 101.700 manat çıxılmaqla, qalan 29.100 manatın ödənilməsini tələb edə bilər və bu məbləğin ödənilməsini yalnız cinayət əməlini törətmiş Cavabdeh4 tələb etməkdə yaqlıdır. Cavabdeh1 MTK ilə X11 arasında xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixli müqavilələrin bağlanmasından İddiaçı ən azından cinayət işinin başlanması üçün ərizə verdiyi vaxtdan, yəni 2017-ci ilin əvvəllərindən məlumatı olmuşdur. İddiaçı müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də də buraxmış, xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixlərdə bağlanmış müqavilələri xx.xx.2020-ci il tarixdə məhkəmədə mübahisələndirmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı halda yuxarıda qeyd olunduğu kimi Rzayeva (Babayeva) Ləman Elsever qızı bağladığı əqdlərə münasibətdə vicdanlı olmuş, əqdlərin legitimsizliyi barədə onda hər hansı şübhə olmamışdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2009-cu il tarixli və xx.xx.2011-ci il tarixli müqavilələrə əsasən ümumilikdlə 130.800 manat ödəməklə Cavabdeh1ndən əldə etdiyi Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsinin və sahəsi 24 kv.m qarajın (avtomobil dayanacağının) Cavabdeh4 tərəfindən cinayət yolu ilə özgəninkiləşdirildiyinə görə vurulmuş maddi zərərin əvəzi kimi hökmlə Cavabdeh4 İddiaçı xeyrinə tutulmuş 101.700 manat çıxılmaqla, (130.800-101.700=29.100) qalan 29.100 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 29.130 manat pul Cavabdeh4 tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissələrində əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2009-cu il tarixli və xx.xx.2011-ci il tarixli müqavilələrə əsasən ümumilikdlə 130.800 manat ödəməklə Cavabdeh1ndən əldə etdiyi Bakı şəhəri Ç.Mustafayev küçəsi 43 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsinin və sahəsi 24 kv.m qarajın (avtomobil dayanacağının) Cavabdeh4 tərəfindən cinayət yolu ilə özgəninkiləşdirildiyinə görə vurulmuş maddi zərərin əvəzi kimi hökmlə Cavabdeh4 İddiaçı xeyrinə tutulmuş 101.700 manat çıxılmaqla, (130.800-101.700=29.100) qalan 29.100 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 29.130 (iyirmi doqquz min yüz otuz) manat pul Cavabdeh4 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-470/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-470/2021
18.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver