Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-470/2023 06.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunan X13 və X5 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 və X25 cəlb edilməklə Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə X22 şəhadətnamənin ləğv edilməsi və miras əmlakında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 və X25 cəlb edilməklə Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə X22 şəhadətnamənin ləğv edilməsi və miras əmlakında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinin xüsusi notariusu X17 tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-2 reyestr nömrəli qanun üzrə X22 şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsi, miras əmlak üzrə X3,DTXK Qəbələ rayon şöbəsinin 11,08.2000-ci il tarixində verilmiş seriya nömrəsi JN:0029L, KOD:40607018 olan dövlət aktına əsasən akta əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində yerləşən 0.61 ha olan torpaq sahəsinin X18 məxsus olan hissəsindən Cavabdeh2, iddiaçı X3, üçüncü şəxslər X5 və X13 hər birinin 1/5 hissədə miras payı müəyyən olunaraq, qanun üzrə X22 yeni şəhadətnamənin verilməsinin cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 53 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və X22 şəhadətnamənin verilməsi tələbinə dair” ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixində vəfat etmiş mərhum X7ndan miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 10 saylı qərarı ilə mərhum X7na (ailə tərkibi yoldaşı mərhum X19) Qəbələ rayonunda ayrılmış 0,61 ha Kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinə mirasın faktiki qəbul edilməsi üçün müəyyən olunmuş müddətin bərpa edilməsi və həmin mirasa dair onun adına qanun üzrə X22 şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5865/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Bakı şəhəri 53 saylı Notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə X22 şəhadətnamin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X14 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Qəbələ rayon şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixində verilmiş seriya nömrəsi JN:0029L, KOD:40607018 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.5529 ha olan torpaq sahəsinin X18 məxsus olan hissəsindən ibarətdir. X26 ilə X19 arasında nikah xx.xx.1962-ci il tarixində, Qəbələ rayonunun Zalam kənd İƏN-də bağlanmışdır. Tərəflərin birgə nikahlarından 5 övladı- xx.xx.1951-ci il təvəllüdlü Qəribova (Abdullayevə) Mahizər Bəkir qızı, xx.xx.1957-ci il təvəllüdlü Qəribova (Cəbiyeva) Zülal Bəkir qızı, xx.xx.1959-cu il təvəllüdlü Qəribova (Allahyarova) Tahirə Bəkir qızı, xx.xx.1962-ci il təvəllüdlü X25 və xx.xx.1964-cü il təvəllüdlü Qəribova (Abdullayeva) Məhsəti Bəkir qızı anadan olmuşdur. JN:0029 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi ataları X14 və X2nın mülkiyyətində olmuş və bu barədə akt qeydləri kitabında 6744 nömrə ilə qeydiyyat aparılmışdır. X2 xx.xx.2003-cü il tarixində, ataları X26 xx.xx.2020-ci il tarixində vəfat etmişdirlər. Valideynlərin vəfatından sonra hər biri faktiki olaraq onlardan miras qalmış əmlakları qəbul etmişdilər. Miras əmlaklara faktiki olaraq sahiblik etdiklərindən və ondan istifadə etdiklərindən, qanunun tələbinə əsasən həmin miras əmlak artıq onların mülkiyyəti sayıldığına görə, onlar vərəsəliklə bağlı sənədləşdirmənin aparılması üçün daha sonra müvafiq qurumlara müraciət etmək qərarına gəlmişdilər. İddiaçı və üçüncü şəxslər miras torpaq sahəsini faktiki olaraq mərhum valideynlərinin vəfatından sonra qəbul etmişlər və onların istifadəsindədir. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Lakin, vərəsə Cavabdeh2 məhkəməyə müraciət edərkən və notariat orqanında digər vərəsələrin olduğunu gizlətmiş, eyni zamanda, Bakı şəhəri 53 saylı Notariat ofisinin xüsusi notariusu X17 tərəfindən qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, digər vərəsələrin axtarılması üçün heç bir tədbir görmədən, qanunsuz şəkildə digər cavabdehin adına mirasdan tam pay alması barədə qanun üzrə X22 şəhadətnamə vermişdir. Digər tərəfdən, şəhadətnamə verilmiş torpaq sahəsi mərhum ataları X26 hələ 2005-ci ildə özgəninkiləşdirilmişdir. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində 1-ci növbə vərəsələr olan iddiaçı X3, üçüncü şəxslər X5 və X13 mülkiyyət hüquqlarını pozan qeyriqanuni hərəkətə yol vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, keçən hazırlıq iclasında iddiaçı özü də qəbul etdi ki, mirası faktiki olaraq qəbul etməmişdir. Lakin hazırki iclasda onun nümayəndəsi və vəkili bunun əksini deyir. İddiaçı mirası faktiki olaraq qəbul etməsi ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. Eyni zamanda üçüncü şəxs X32 Rayon Məhkəməsinin 28 yanvar 2020ci il tarixli qətnaməsi barəsində xəbərdar olmuş, həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin daha sonra şikayətini geri götürmüşdür, bu barədə qərardad var. Bu onu sübut edir ki, mirası faktiki olaraq qəbul etməmişlər. Hesab edirlər ki, 53 saylı notariat ofisinin verdiyi şəhadətnamə qanunauyğundur və o, qətnamənin icrası hesab olunur. Faktiki olaraq miras əmlakı Cavabdeh2 qəbul etmişdir. Bununla bağlı bələdiyyədən arayış təqdim etmişlər, həmin əmlak üçün vergiləri də cavabdeh ödəyir. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, həmçinin işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZ 629646 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxx 1964-cü ildə anadan olmuşdur. X7, anası X11r. İş materiallarında olan xx.xx.2004-cü il tarixli Qəbələ rayon Dövlət Notariat Kontoru tərəfindən JN:0029 nömrəli 40607018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi X14 və X9 adına qeydiyyata keçirilmişdir. Bu barədə dövlət aktı qeydiyyat kitabında 6744 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 28 aprel 2004-cü il tarixli müqaviləsinin surətindən görünür ki, X26 (satıcı) Aqrar islahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətinə verilməsinə dair JN:0029 nömrəli 40607018 kodlu olan şəhadətnaməyə və 6401 saylı arayışa əsasən ona məxsus olan 0,61 ha kvadrat metr torpaq sahəsini X6 bir milyon səkkiz yüz səksən min beş yüz yetmiş səkkiz manata satmışdır. Həmin müqavilə Qəbələ rayon Dövlət Notariat Kontorunun Dövlət Notariusu E.S. Alxasov tərəfindən təsdiq edildikdən sonra reyestrdə 4Ə-01-33 N° ilə 28 aprel 2004-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2m cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı ”mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair iddia tələbi təmin edilmiş, xx.xx.2020-ci il tarixində vəfat etmiş X10 miras qalmış Qəbələ rayon Aqrar islahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin iddiaçı Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İİ seriyalı 073781 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-cı il tarixdə 333 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Qəbələ Rayon Zalam kənd İƏN tərəfindən verilmiş, AZ-İİ seriyalı 178452 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 08 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan xx.xx.2002-ci il tarixdə Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunun Dövlət X1 tərəfindən təsdiqlənmiş Qanun üzrə X22 Şəhadətnamənin surətindən görünür ki, DTXK Qəbələ rayon şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə JN:0029 nömrəli 40607018 kodlu olan dövlət aktına əsasən ümümi birgə mülkiyyət hüququ üzrə ünvan 2i ünvanında yerləşən ümümi sahəsi 0.5529 ha olan torpaq hissəsinin və DƏDRX-dən əldə edilmiş xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi 457-01 olan arayışa əsasən X22 şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş,həbs altında deyil və özgələşdirilməsinə qadağan qoyulmamışdır vəfat etmiş X14 vərəsəsi- ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5865/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5865/2021 saylı mülki iş üzrə X25 marağına toxunan şəxs kimi tanınmış, 2(004)-5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən marağına toxunan şəxs X25 tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5865/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən marağına toxunan şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, xx.xx.2022-ci il tarixli, **********46 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun X20 qaytarılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki iş üzrə tərəflər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mərhum X26 və X9 övladlarıdır. Anaları- X19 2003-cü ildə, ataları-X26 isə xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7ndan miras qalmış Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin miras əmlak qismində qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2 (004)- 5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli,10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin iddiaçı Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs kimi tanınmış N.B.Qəribov apellyasiya şikayəti vermiş və daha sonra şikayətini geri götürmüşdür. Daha sonra Cavabdeh2 mərhum atasından miras qalmış ünvan 2i ünvanında yerləşən torpaq sahəsinə tam hissədə pay almış və qanun üzrə X22 şəhadətnamə əldə etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» 20 oktyabr 2011-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair» 13 dekabr 2011-ci il tarixli qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar qeyd etmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də 5 müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilərlər. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Hazırki iş üzrə vərəsəlik X14 vəfat etməsi ilə 28 yanvar 2020-ci il tarixdə açılmışdır. Həmin tarixdən 6 ay müddətində iddiaçı X4 miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə mirası qəbul etməsi iş materialları ilə müəyyən olunmur. Bunun əksinə olaraq cavabdehin sözügedən miras əmlakı faktiki surətdə idarə etməklə qəbul etməsi qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunur. İddiaçının atasının ölümündən sonra mübahisə predmeti olan torpaq sahəsini qəbul etməsi barədə hər hansı bir dəlil məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X14 ölümündən sonra iddiaçı X4 miras əmlakı qəbul etməsi sübut olunmadığından, vərəsəlik şəhadətnaməsinin ləğvi üçün əsaslar olmadığından iddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinin xüsusi notariusu X17 tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-2 reyestr nömrəli qanun üzrə X22 şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsi, miras əmlak üzrə X3,DTXK Qəbələ rayon şöbəsinin 11,08.2000-ci il tarixində verilmiş seriya nömrəsi JN:0029L, KOD:40607018 olan dövlət aktına əsasən akta əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində yerləşən 0.61 ha olan torpaq sahəsinin X18 məxsus olan hissəsindən Cavabdeh2, iddiaçı X3, üçüncü şəxslər X5 və X13 hər birinin 1/5 hissədə miras payı müəyyən olunaraq, qanun üzrə X22 yeni şəhadətnamənin verilməsinin cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinə həvalə edilməsinə dair iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 və X25 cəlb edilməklə Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə X22 şəhadətnamənin ləğv edilməsi və miras əmlakında payların müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-470/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-470/2023
06.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver