Məhkəmə qərarları › İş №2(004)-4706/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4706/2021

10.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4706/2021 10.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri 50 saylı Notariat Ofisi) mülki işə 10 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın SSR-də anadan olmuşdur. Anası - Əliyeva (X6) Kifayət Yusub qızı, atası isə - X7r. Hələ erkən yaşlarında valideynlərinin Erməninstan SSR-də olduğu vaxtda ailə münasibətləri korlanmış və nikahları pozulmuşdur. Bundan sonra, məlum hadisələrlə əlaqədar Ermənistan SSR-dən erməni faşistləri tərəfindən deportasiya olunmasının nəticəsində o anası Kifayət Əliyeva ilə birgə Azərbaycana gələrək Bakı şəhərində məskunlaşmışdır. Bu illər ərzində anası ilə birgə yaşamışdır, anasının həmişə, eləcə də 12.12.2019-cu il tarixində vəfat etdiyi gün də onun yanında olmuşdur. Anasının vəfatından sonra ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzil miras qalmışdır. Bir neçə vaxtdan sonra o, mirasın açılması ilə əlaqədar Bakı şəhəri 50 saylı Notariat Ofisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin 09.06.2021-ci il tarixli, 1376 nömrəli cavab məktubu ilə Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi göstərilmişdir ki, onun tərəfindən təqdim olunan doğum haqqında şəhadətnamədə miras qoyan arasında bildirdiyi qohumluq əlaqəsi təsdiq olunmur. Həmçinin bildirilmişdir ki, miras qoyanın şəxsiyyət vəsiqəsi ilə doğum haqqında şəhadətnaməsində ana qrafısnda göstərilən qeydlə kəskin fərq var. Belə olduğu təqdirdə ona tövsiyyə görülmüşdür ki, miras qoyan ilə qohumluq münasibətlərini təsdiq edən sənədlərdə düzəliş edildikdən və yaxud qohumluq münasibətlərini təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olacaqdır. Belə olduğu təqdirdə miras qoyanla qohumluq münasibətlərinin mövcud olması faktının və Ərizəçi doğum haqqında şəhadətnaməsində ana qrafasında olan şəxs X8 18.06.2020-ci il tarixli, AZ-İİ 103065 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən şəxs X12 eyni şəxs olması faktı müəyyən ediməlidir. Çünki Ərizəçi bildirir ki, o və anası Kifayət Əliyeva (Abdullayeva) Ermənistanda anadan olmuşdurlar və bu səbəbdən də onların doğum haqqında olan arxiv məlumatları Azərbaycan Respublikasında mövcud deyildir. Amma buna baxmayaraq onları (yəni, Ərizəçi və anası X10) tanıyanlar – qonşular, qohumları bu fakt hamıya bəllidir. Ancaq bu belə olsa da , bu fakt rəsmi qeydə alınmadığına görə hüquqi əhəmiyyət kəsb etmir. Beləliklə, o, anasının vəfatıyla əlaqədar vərəsəlik işinin açılmasıyla əlaqədar notariat ofislərinə müraciət edə bilmir. Nəticə etibarı ilə anasından qalmış miras əmlakı üzrə müvafiq sənədləşmə işinin aparılmasına nail ola bilmir. Belə olduğu halda, yeganə çıxış yolu yalnız bu faktı məhkəmə qaydasında müəyyənləşdirməkdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizənin dədiqləşdirilməsi barədə ərizə təqdim edərək və ərizənin məzmununa uyğun izahat verərək, Əliyeva (Abdullayeva) Kifayət Yusub (Yusif) qızının onun anası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri 50 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ermənistanın VVAQ Şöbəsi tərəfindən verilmiş İ-ЗЖ seriyalı 752461 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə Ermənistanın Krasnoselo rayonunda anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx xxxxxx 1965-ci il tarixdə 8 nömrə ilə qeyd edilmişdir; X2, anası X3r. İş materiallarında olan 18 iyun 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 12 dekabr 2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Nizamil RPİ tərəfindən 23.01.2009-cu il tarixdə verilmiş AZE seriyalı 06834091 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 25.12.1941-ci ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş X13 ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Bakı şəhəri 50 saylı Notariat Ofisinin Ərizəçi ünvanladığı 08 iyun 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, miras qoyan ilə onun qohumluq münasibətlərini ərizəsinə əlavə etdiyi sənədlər əsasında müəyyən etmək mümkün olmadığından X9 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Əalvə olaraq qeyd edilmişdir ki, miras qoyan ilə qohumluq münasibətlərini təsdiq edən sənədlərdə müvafiq düzəliş edildikdən və yaxud qohumluq münasibətlərini təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdən sonra qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi üçün müraciət edə bilər. Beləliklə, ərizəçinin nümayəndəsinin izahatı və işdə olan mötəbər sübutlarla müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, onun doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının adı X6, 18 iyun 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə isə anasının adı X4 qeyd olunmuşdur. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin anası X6 ilə X2nun nikahları onun erkən yaşlarında Ermənistan Respublikasında pozulmuşdur. Nikah pozulduqdan sonra, X1 Abdullayevadan Əliyevaya dəyişmişdir. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 25.12.1941-ci ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş və 12 dekabr 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş Əliyeva (Abdullayeva) Kifayət Yusub (Yusif) qızının Ərizəçi anası olması faktı məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla təsdiq olunduğundan, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 25 dekabr 1941-ci ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş və 12 dekabr 2019-cu il tarixdə Bakı şəhərində ölmüş Əliyeva (Abdullayeva) Kifayət Yusub (Yusif) qızının Ərizəçi anası olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar