Məhkəmə qərarları › İş №2(125)-4848/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4848/2025

31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4848/2025 31.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X6, Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi) “ölümün və qohumluq münasibətində olma faktlarının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi) “ölümün və qohumluq münasibətində olma faktlarının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 1946-cı ildə anadan olması, atasının atası X5, anası – X4 olması, yəni qohumluq münasibətində olma faktının, atasının atası X2 1950-ci ildə,anası X1 1960-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Məhkəmə qeyd edir ki, ərizəçi qeyd edilən şəxslər barəsində olan “doğum və ölüm” şəhadətnamələrini almaq üçün ilk növbədə yaşadığı ərazi üzrə qeydiyyat şöbəsinə müraciət etməli olduğu halda, yəni qeydiyyat şöbəsinə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ərizəçi hazırki tələbləri ilə bağlı məhkəməyə müraciət etməzdən öncə qeydiyyat şöbəsinə müraciət etməli, qeydiyyat şöbəsi müvafiq hərəkətləri aparmaqdan hər hansı əsasla imtina etdikdə ərizəçi hazırki ərizəsində qeyd olunan faktların müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Daha sonra məhkəmə qeyd edir ki, Ərizəçi atası X3 1946-cı ildə anadan olması, atasının atası X5, anası – X4 olması faktının müəyyən edilməsi, habelə atasının atası X2 1950-ci ildə, anası X1 1960-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etməklə, bir neçə hüquqi əhəmiyyətli fakt barədə olan ərizə üzrə tələbini bir icraatda birləşdirmişdir. Halbuki, ərizəçi atasının barəsində doğumun qeyd edilməsi (yəni atası X3 1946-cı ildə anadan olması, atasının atası X5, anası – X4 olması) faktı üzrə, atasının atası və atasının anasının isə (yəni atasının atası X2 1950-ci ildə, anası X1 1960-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda ölməsi) ölüm faktının müəyyən edilməsi tələbi üzrə ayrı-ayrılıqda məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi) “ölümün və qohumluq münasibətində olma faktlarının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli və ərizəçiyə, müvafiq qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldım: Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi) “ölümün və qohumluq münasibətində olma faktlarının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçi müvafiq qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar