Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6783/2025 25.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Gəncə Şəhəri 1 saylı Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi) “ölüm və qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizə üzrə tələb: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Gəncə Şəhəri 1 saylı Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi) “ölüm və qohumluq faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X15 1941-ci ildə ölməsi və X25 ilə X8 doğma qardaş olması, yəni qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin mahiyyəti: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Mehrablı küçəsində yerləşən 4 saylı ev X15 adına qeyd edilmişdir. Bunu Hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Arayışı bilavasitə təsdiq edir. X8 dediyinə görə qardaşı X25 1920-ci ildə anadan olmuşdur. Anadan olan gündən onda ürək xəstəliyi ilə bağlı problemlər yaşayırmış. 1941-ci ildə ürəkdən əziyyət çəkdiyindən, kəskin ürək çatışmazlığından dünyasını dəyişib. Yaşasaydı indi 105 yaşı olardı. X19 görməyib və harada dəfn olunduğunu bilmir. Yaşlı qohumları və qonşular onun təxminən X17 başlayandan bir neçə ay sonra, yəni 1941-ci ilin axırlarında rəhmətə getməsini deyirlər və ehtiyac olduğu halda məhkəmədə bu haqda izahat verə bilərlər. X17 başladığından rəhmətlik X15 dəfn mərasimi atasının dediyinə görə təşkil edilməmiş və yalnız bir neçə yaxın qohum ilə dəfn mərasimi yola verilmişdir. Həmin şəraitdə onu el adət ilə dəfn etmiş və hər hansı rəsmiyyətin aparılmasının yadına gəlmədiyini xatırlamışdır. Deyirdi ki, molla gəldi, yaxın qohum əqrəbəylə aparıb basdırıblar. Əminin ölümündən sonra çox gec doğulduqlarından harada və necə dəfn edildiyini bilmirlər. Qeyd olunan mülkdə X20 və onun ailəsi yaşamış və 1988-ci ildə X21 ilə Ərizəçi2 ailə qurduqdan sonra, həmin miras mülkdə onlar ailəlikcə yaşamış və hal-hazıradək rəsmi pasport qeydiyyatında olmaqla yaşayırlar. X20 1977-ci ildə, X21 isə 2020-ci ildə rəhmətə gediblər. Sözügedən miras mülkü vərəslik etmək məqsədilə Gəncə şəhər 2 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisi məktub verərək, 3 saylı Ərazi İdarəsindən mülkün ölmüş şəxsə məxsus olması haqqında arayış alınmasını bildirdilər. Həmin məktubda qeyd olunan arayışı almışdır. Lakin, bundan sonra notariat ofisi bildirib ki, mülk sahibi olan X15 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Azərbaycan Milli Dövlət Arxiv İdarəsinin Gəncə filialına müraciət edərək, X15 doğum və ölüm haqqında qeydlərinin, həmçinin X8 doğum haqqında qeydinin olub-olmamasını dəqiqləşdirmək üçün müraciət edib. Həmin İdarənin məktublarına əsasən, X15 ölüm və doğum qeydləri, X8 doğum qeydi aşkar edilməmişdir. Həmçinin, Maraqlı şəxs1 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və hər iki qardaşın doğum aktları, X15 ölüm aktı aşkar edilməmişdir . Qeydiyyat şöbəsinin imtina məktubunda bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. X11 faktiki miras qalmış mülkə 60 ildən çoxdur ki, mirası faktiki qəbul edərək miras qoyanın qardaşı X20 və sonra isə onun ailə üzvləri mirası faktiki idarə edərək qəbul edib istifadə etməklə yaşayırlar. X25 ilə X8 doğma qardaş olması (soyad və ata adları bilavasitə bunu sübut edir, həmçinin yaşlı qohum qonşular təsdiq edir), onların qohumluq faktının müəyyən edilməsi Azərbaycan Milli Arxiv İdarəsinin Gəncə filialında doğum haqqında qeydlərin, həmçinin Maraqlı şəxs1 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində hər iki qardaşın doğum aktlarının mövcud olmaması və X16 həmin qurumlarda ölüm qeydi olmadığından və həmin sənədlərin başqa qaydada alınması mümkün deyil. Məhkəmə icraatı iştirakçıların izahatları: Məhkəmə iclasında Ərizəçi1 ərizənin məzmununa uyğun çıxış edərək əlavə olaraq qeyd etdiki, o, X20 onun atası, X25 isə onun əmisi olmuşdur, atasının deməsinə görə əmisi Musa 1941-ci ildə Gəncə şəhərində, ürək xəstəliyindən vəfat edib. Sonda ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 çıxışında bildirdi ki, o, X8 oğlu X21 ildə 1988-ci ildə ailə qurub, əri Əli 2020-ci ildə vəfat edibdir. Ərinin deməsinə görə onun Musa adında bir əmisi olub və o, 1941-ci ildə vəfat edib. Sonda ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X26 çıxışında bildirdi ki, Ərizəçi1 onun qonşusudur. Yeganə isə Fatmanın qardaşı Əlinin arvadıdır. X18 atasıdır. Böyüklərdən eşitdiyinə görə Məmmədin Musa adında 1 qardaş olub. Hətda Məmməd özü danışanda deyib ki, qardaşı müharibə vaxtı cavan yaşında rəhmətə gedib. Məhkəmə iclasında şahid X4 çıxışında bildirdi ki, Ərizəçi1 onun xalası qızıdır. X18 atasıdır. 1976 və ya 1977-ci illər vəfat etdiyini xatırlayır. Məmmədin Musa adında qardaşı olduğunu anası danışanda eşidib, ancaq özü heç vaxt onu görməyib. Məmmədin anası həmişə ağlayaraq oğlu Musanın müharibə vaxtı öldüyünü deyirmiş. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - Hüquqların ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Mehrabi küçəsi, ev 4 xüsusi mülkiyyət hüququ əsasında X22 məxsudur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 06 oktyabr 2025-ci il tarixli, 3-48-DA- 4F/2-1776//6/2025 nömrəli məktubundan görünür ki, 1941-ci il tarixli ölüm aktlarının qeydləri yoxlanılmış, X15 ölüm qeydi aşkar olunmamışdır. - Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15/2561 nömrəli məktubundan görünür ki, avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydləri kitabı yoxlanılmış, lakin X15 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 01 oktyabr 2025-ci il tarixli, 3-48-DA- 4F/2-Ə-1774//6/2025 nömrəli məktubundan görünür ki, Gəncə Şəhər Nikah Evi arxiv fondunun 1936-1948-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri və Stalin Rayon Vətəndaşlıq X1 Şöbəsi arxiv fondunun 1940-1948-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, X15 doğum qeydi aşkar olunmamışdır. - Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, 1920-ci ildə Gəncə şəhərində doğulmuş X15 vətəndaşlıq vəziyyətinə dair (doğumu, ölümü və nikahı) haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin X15 adına heç bir vətəndaşlıq vəziyyətinə dair akt qeydi aşkar olunmamışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 01 oktyabr 2025-ci il tarixli, 3-48-DA- 4F/2-Ə-1775//6/2025 nömrəli məktubundan görünür ki, Gəncə Şəhər Nikah Evi arxiv fondunun 1936-1948-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri və Stalin Rayon Vətəndaşlıq X1 Şöbəsi arxiv fondunun 1940-1948-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, X8 doğum qeydi aşkar olunmamışdır. - AZ-İİ seriyalı, 061462 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1977-ci il tarixdə kəskin ürək damar çatışmazlığından ölmüşdür. Ölüm haqqında akt qeydləri kitabında 906 nömrə ilə qeyd edilmişdir. - Kəlbəcər Rayon Qeydiyyat şöbəsinin 06 noyabr 2025-ci il tarixli arayışından görünür ki, X8 xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: arvadı X12, qızı Ərizəçi1, oğlu X21 və qızı X5r. - Kəlbəcər Rayon Qeydiyyat şöbəsinin 06 noyabr 2025-ci il tarixli arayışından görünür ki, X20 və X6 nikahı Maraqlı şəxs1ndə xx.xx.1949-cu ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 351 nömrə ilə qeydə alınmışdır .Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Yusibova soyadı verilmişdir. - AZ-İ seriyalı, 636769 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 28 noyabr 2013-cü ildə ağciyər ödemindən ölmüşdür. Ölüm haqqında akt qeydləri kitabında 790 nömrə ilə qeydiyyata alınmışdır. - İ-ИЕ seriyalı, 872431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1952-ci ildə doğulmuşdur. X3r - JQ seriyalı, 434594 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 ilə X9 xx.xx.1977-ci ildə nikaha daxil olmuşlar. Nikahın bağlanması haqqında akt qeydləri kitabında 1154 nömrə ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. - İ-ИЕ seriyalı, 481685 nömrəlidoğum haqqınd şəhadətnamədən görünür ki, X21 30 yanvar 1958-ci ildə doğulmuşdur. X3r - AZ- İİ seriyalı, 031846 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 21 aprel 2020-ci ildə dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxmasından ölmüşdür. Ölüm akt qeydləri kitabında 131 nömrə ilə qeydiyyata alınmışdır. - İ-ИЕ seriyalı, 917234 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23 fevral 1960-cı ildə doğulmuşdur. - Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi2 13 may 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.1-ci maddəsinə əsasən Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi və 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə ərizəçilərin və şahidlərin izahatını dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, X25 1941-ci ildə vəfat etməsi və onun X8 qardaş olması faktı iş materialları ilə təsdiq olunur. Lakin, ərizəçilər bu halı təsdiq edəcək sübutları başqa qaydada əladə edə bilmədiklərindən, X11 qalmış mirasa dair müvafiq sənədləri əldə edə bilmirlər. Bu səbəbdən ərizəçilər hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktların müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, X15 1941-ci ildə Gəncə şəhərində ölməsi və X25 ilə X8 qardaş olması faktı məhkəməyə təqdim edilmiş sübutlar və şahid ifadələri ilə təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X15 1941-ci ildə ölməsi və X25 ilə X8 qardaş olması faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi1 və Ərizəçi2 aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. X15 1941-ci ildə Gəncə şəhərində ölməsi və X25 ilə X8 qardaş olması faktı müəyyən edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-6783/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6783/2025
25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver