Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1703/2023 31.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 may 1963-cü il tarixdə vəfat etmiş X7 1933-cü il tarixdə Şəki şəhərində vəfat etmiş X4 anası olması və X10 nənəsi olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbinin azaldılması barədə ərizə verərək, 02 may 1963-cü il tarixdə vəfat etmiş X7 1933-cü il tarixdə Şəki şəhərində vəfat etmiş X4 anası olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən Ərizəçi tərəfindən verilmiş iddia tələbinin azaldılması barədə ərizəsini icraata qəbul etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 13 iyul 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasporta əsasən X7 və X10 mülkiyyətlərində olmuşdur. Atası 1929-cu il təvəllüdlü X15 2006-cı ildə vəfat etmişdir. Atasının anası X11 1933-cü ilsə vəfat edib. 1877-ci il təvəllüdlü X13 isə nənəsi X4 anasıdır və o, 02 may 1963-cü ildə vəfat edib. X2 və atasının nənəsi X5 miras qalmış ünvan 2 ünvanında yeləşən miras əmlakla bağlı vərəsəlik işinin açılaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Şəki Regional Maraqlı şəxs1ndə Notariat Ofisinə müraciət etmişdir. Həmin vaxt Notariat Ofisində ondan X15 ilə miras qoyan X13 arasında qohumluq əlaqələrinin müəyyən edilməsi üçün müvafiq sənədləri, yəni atası X10 anası, 1933-cü ildə vəfat etmiş X4 doğum şəhadətnaməsi tələb edilmişdir. Həmin sənəd onda olmadığı və əldə edə bilmədiyi üçün Şəki Regional Maraqlı şəxs1ndə Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2023-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina haqqında qərar qəbul edilmişdir. Həmin sənədi o başqa qaydada ala bilmir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusu olub. Uşaqlıq dostudur. Xeyrənsə Yusif dayının nənəsi olub. Uşaqlıqda Eldar ilə həyətlərində oyun oynayan zaman Əsmər nənə onlara qulluq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Əsmər atasının nənəsi olub. Onun adına olan evin qardaşının adına keçirilməsini istəyirlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçinin atası ilə onun atası dost olmuşlar. Xeyrənsəni görməmişdir. Əsmər nənənin Xeyrənsə xalanın qızı olduğunu eşitmişdir. Mülki iş materiallarını araşdırıb, Ərizəçi və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, İşdə olan Şəki şəhər VVAQ şöbəsi tərəfindən 02 may 2006-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X15 22 aprel 2006-cı il tarixdə vəfat etmişdir. İşdə olan Şəki regional Maraqlı şəxs1ndə notariat ofisi tərəfindən verilmiş notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 30 aprel 2023-cü il tarixli qərardan görünür ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublikası X21 filialının 12 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Nuxa şəhər VVAQ Şöbəsinin 1929-cu ilin “Doğulanların qeydiyyat” kitablarına əsasən X10 və 1930-1933-cü illərin “Ölüm aktlarının qeydiyyat” kitablarına əsasən X4 ölümü barədə qeydiyyatlar tapılmamışdır. İşdə olan “Nöylübulaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 30 sentyabr 2023cü il tarixli, 522 nömrəli arayışdan görünür ki, X1 Əsmər Cabbar qızının qızıdır və hər ikisi “Nöylübulaq” məhəlləsi, M.Quliyev küçəsi, ev 32 ünvanında yaşamışlar.` İşdə olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 13 iyul 1964-cü il tarixli pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X7 və X10 mülkiyyətlərində olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 02 may 1963cü il tarixdə vəfat etmiş X7 1933-cü il tarixdə Şəki şəhərində vəfat etmiş X4 anası olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. 02 may 1963-cü il tarixdə vəfat etmiş X7 1933-cü il tarixdə Şəki şəhərində vəfat etmiş X4 anası olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №e-2(075)-1703/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1703/2023
31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver