Məhkəmə qərarları › İş №2(013)-773/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-773/2024

25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-773/2024 25.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin qohumluq münasibətində olması və ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 onun oğlu olmaqla qohumluq faktının və mərhum oğlu X2 14 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyasının Voronej şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxslər Ağdam rayon Qeydiyyat Şöbəsinin və Ağdam rayon X6 nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdilər, nə də ki, işin baxılmasının təxirə salınmasını xahiş etməmişdilər. Ona görə də məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi izahatında ərizəni müdafiə etdiyini, mərhum oğlu X2 05 dekabr 1976-cı il tarixdə Ağdam rayonunun Quzanlı kəndində anadan olduğunu, onun atasının X7 olduğunu, oğlunun 14 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyasının Voronej şəhərində vəfat etdiyini, mərhum oğlu vəfat etdikdən sonra vərəsəliklə bağlı notariat orqanlarına, müraciət etdikdə ondan oğlunun doğum haqqında şəhadətnaməsi və ölüm haqqında şəhadətnaməni tələb etdiklərini, lakin mərhum oğlu X4 barəsində nə doğumu, nə də ölüm haqqında şəhadətnaməni almadıqlarını, hazırda məcburi zərurətlə bağlı olaraq doğum və ölüm haqqında şəhadətnamənin tələb olunduğunu, bu barədə Ağdam rayon qeydiyyat şöbəsinə müraciət etsədə doğumun və ölümün qeydə alınmasına əsas verən sənədlərin olmadığını, bu barədə aidiyyəti üzrə məkəməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, X2 14 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyasının Voronej şəhərində vəfat etmişdir və mərhumun Ağdam rayon Quzanlı qəbristanlığında dəfn olunmuşdur. X1 Ərizəçi doğma oğludur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, X2 14 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyasının Voronej şəhərində vəfat etmişdir və mərhumun Ağdam rayon Quzanlı qəbristanlığında dəfn olunmuşdur. X1 Ərizəçi doğma oğludur. Məhkəmə iş üzrə ərizəçinin və şahid izahatlarını dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən, Ərizəçinun müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, №-700-05/15 saylı məktubdan görünür ki, 05 dekabr 1976-cı tarixdə atası X7, anası Ərizəçi olmaqla Ağdam rayonu, Quzanlı kəndində doğulmaqla X4 ilə bağlı Ağdam Rayon Qeydiyyat Şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda heç bir məlumat aşkar edilməmişdir. Doğum faktının qeydə alınmasına əsasən verilən zəruri sənədləri (doğum haqqında tibbi şəhadətnamə, məhkəmə qətnaməsi və s.) təqdim edə bilmədiyi üçün doğum faktı qeydə alınmamış, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Ağdam rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 14 sentyabr 2023-cü il tarixdə ölümü ilə bağlı Ağdam Rayon Qeydiyyat Şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda heç bir məlumat aşkar edilməmişdir. Doğum faktının qeydə alınmasına əsasən verilən zəruri sənədləri (doğum haqqında tibbi şəhadətnamə, məhkəmə qətnaməsi və s.) təqdim edilmədiyi üçün doğum faktı qeydə alınmamış, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Ağdam rayon İHB-nin Quzanlı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 05 dekabr 1976-cı il təvəllüdlü Ağdam rayonu, Quzanlı kəndində doğulmuş X4 14 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Anası, Ərizəçi onun varisidir. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin faktının müəyyən edə bilər. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçinin hüquqlarının bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edərək, şəxslərin qohumluq münasibətlərinin, yəni X2 Ərizəçi doğma oğlu olması və X2 14 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyasının Voronej şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 Ərizəçi doğma oğlu olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 14 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyasının Voronej şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar