Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-472/2022 11.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi AR Dövlət Gömrük Komitəsinin maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “daşınar əşyaların sahibsiz hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi AR Dövlət Gömrük Komitəsinin maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “daşınar əşyaların sahibsiz hesab edilməsi” barədə ərizə ilə 22.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Ümumi dəyəri 4205 (dörd min iki yüz beş) manat olan 925 (doqquz yüz iyirmi beş) əyarlı gümüşdən hazırlanmış və ümumi çəkisi 1729,44 (bir min yeddi yüz iyirmi doqquz tam yüzdə qırx dörd) qram təşkil edən 245 (iki yüz qırx beş) ədəd üzük, 6 (altı) ədəd bilərzik, 12 (on iki) ədəd təsbeh, 34 (otuz dörd) ədəd boyunbağı və 56 (əlli altı) ədəd kulonun sahibsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, 17.03.2009-cu il tarixdə Türkiyə Respublikasının “ME-MO-Lİ İHR Ticaret LTD” şirkətindən vətəndaş X3 adına **-VJ-***6/**-UM-*** nömrə nişanlı avtomaşınla daxil olmuş yükün gömrük nəzarəti altında boşaldılması zamanı yük üçün tərtib edilmiş **********33 nömrəli yük gömrük bəyannaməsində bəyan olunmayan, külli miqdarda, ümumi dəyəri 4205,00 manat təşkil edən, gümüş metaldan hazırlanan 245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulon Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin malların külli miqdarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə keçirilməsi faktı üzrə 03.06.2009-cu il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 206.1 -ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işinin istintaqı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə (indiki Əməliyyat-İstintaq Baş İdarəsi) həvalə edilmişdir. 03.06.2009-cu il tarixli qərar əsasında başlanmış cinayət işinin istintaq zamanı həmin karqo yükünü etibarnamə əsasında rəsmiləşdirmiş X7 şahid qismində dindirilən zaman karqo şirkətinin ona təqdim etdiyi əmtəə-nəqliyyat qaiməsi, daşınma cədvəli və invoys əsasında gömrük rəsmiləşdirilməsini apardığı, ona təqdim edilmiş sənədlərdə gümüş məmulatları göstərilmədiyindən və alıcı tərəfindən ona bu barədə heç bir məlumat verilmədiyindən bəyannamədə həmin malların öz əksini tapmadığı müəyyən edilmişdir. Həmçinin “Kürsoy” karqo şirkətinin anbarında saxlanılan içərisində gümüş məmulatları aşkar olunmuş kisəyə baxış keçirildikdə üzərində 062 rəqəmləri və “Aliyev Salman” sözlərinin yazıldığı müəyyən edilmişdir. “Kürsoy” karqo şirkətinin nümayəndəsi X2 şahid qismində dindirildikdə içərisində gümüş məmulatları aşkar edilmiş kisənin üzərində adı yazılan X6 Federasiyası vətəndaşı olduğunu və şübhəli yük daxil olduqdan sonra həmin malları götürmək üçün şirkətə gəlmədiyini göstərmişdir. “Kürsoy” karqo şirkətinin təqdim etdiyi faks məlumatında bir çuval tekstildən ibarət 062 №-li yükün Aliyev Salmanın adına göndərildiyi göstərilmişdir. Göstərilənlər nəzərə alınmaqla, Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Miqrasiya və Sərhəd Nəzarəti İdarəsinə sorğular verilmiş və 2008-ci ilin yanvar ayından 2009-cu ilin sentyabr ayına qədər Azərbaycan Respublikasının sərhədlərini keçmiş Aliyev Salman adlı şəxslərin siyahıları əldə edilmişdir. Siyahılarda haqqında sorğu verilmiş şəxsin atasının adı göstərilməmişdir. Qeyd olunan sorğulara verilmiş cavablardan sonra 14.10.2009-cu il tarixdə Dövlət Gömrük Komitəsi X1 Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə əməliyyat tapşırığı göndərilmişdir. Həmin əməliyyat tapşırığına 26.10.2009-cu il tarixdə alınmış cavabdan görünür ki, tapşırıqla bağlı müvafiq tədbirlər həyata keçirilsə də, lakin “Aliyev Salman” adlı şəxs barəsində məhdud müəyyənedici məlumatlar olduğundan, əməliyyat tapşırığının yerinə yetirilməsinin təmin edilməsi mümkün olmamışdır. Bundan sonra 15.09.2009-cu il tarixdə “Aliyev Salman” adlı şəxs haqqında dəqiq anket məlumatlarının əldə edilməsi məqsədi ilə Bakı Baş Gömrük İdarəsinə göndərilmiş sorğuya alınmış 28.09.2009-cu il tarixli cavabdan görünür ki, “Aliyev Salman” adlı şəxsin ata adı qeyd olunmadığı üçün aparılmış araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İstintaq İdarəsi tərəfindən 18.06.2009cu il tarixli qərarla məhkəmə fiziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilərək tədqiqat aparılması üçün müxtəlif növ zərgərlik məmulatları ekspertizaya təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi istintaq orqanının 18.06.2009-cu il tarixli qərarının icrası ilə əlaqədar 02.07.2009-cu il tarixli ekspert rəyini tərtib etmişdir. Həmin rəydən tədqiqata təqdim edilmiş zərgərlik məmulatları ümumi çəkisinin 1729,44 qram təşkil edən 925 əyarlı gümüşdən hazırlanmış zərgərlik məmulatlarında olan daş- qaşlar sadə daş-qaşlara aid olmaqla ümumi dəyərinin 4205 manat olması müəyyən edilmişdir. İstintaq İdarəsinin 19.10.2009-cu il tarixli qərarı ilə 4205 manat dəyərində gümüşdən hazırlanmış 245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulon cinayətin predmeti olduğundan maddi sübut qismində tanınmışdır. İstintaq İdarəsi tərəfindən tərtib edilmiş 03.11.2009-cu il tarixli maddi sübutun təhvil verilməsi haqqında protokoldan görünür ki, iş üzrə maddi sübut hesab olunan 4205 manat dəyərində gümüşdən hazırlanmış cəmi 245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulon saxlanılması üçün Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. İstintaq İdarəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə bütün istintaq və prosessual hərəkətlərin yerinə yetirilməsinə baxmayaraq cinayət əməlini törətmiş şəxsləri müəyyən etmək mümkün olmadığından 26.10.2009-cu il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. İstintaq orqanı tərəfindən 17.06.2020-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi, Azərbaycan Respublikasının CM-nin 206.1 -ci maddəsi ilə istintaqı aparılan cinayət işinə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01,05.2020-ci il tarixli Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, iş üzrə əməldə inzibati xətanın tərkib əlamətləri olduğu nəzərə alınaraq cinayət işindən müvafiq sənədlərin surətləri ayrılaraq inzibati məsuliyyət məsələsinə baxılması üçün aidiyyəti üzrə təhqiqat orqanına Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilməsi, iş üzrə maddi sübut - 4205 manat dəyərində gümüşdən hazırlanmış cəmi 245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulonun Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılmasının nəzərə alınması barədə qərar qəbul edilmişdir. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən 09.09.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 482.1 -ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata başlamışdır. Təhqiqat orqanı tərəfindən inzibati xətanı törədən şəxsin müəyyən edilməsi məqsədilə Əməliyyat İdarəsinə əməliyyat tapşırığı verilmişdir. Həmin tapşırığa Əməliyyat İdarəsindən alınmış cavab məktubunda inzibati xətanı törədən şəxsin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası İXM-nin 104.1.3-cü maddəsinin tələbi nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Təhqiqat şöbəsi tərəfindən 04.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X4 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, hüquqpozma predmeti kimi götürülmüş gümüşə bənzər metaldan hazırlanmış 245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulon 03.11.2009-cu il tarixli protokolla Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilməsinin nəzərə alınması, qərarın surəti bu qərarın 2-ci bəndində nəzərdə tutulan malların dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Hüquqi Təminat İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Dövlət Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən qəbul edilmiş 03.06.2009-cu il tarixli cinayət işinin başlanması haqqında qərarın surətinə əsasən 17.03.2009-cu il tarixdə Türkiyə Respublikasının “ME-MO-Lİ İHR Ticaret LTD” şirkətindən vətəndaş X3 adına **-VJ-***6/ **-UM-*** nömrə nişanlı avtomaşınla daxil olmuş yükün gömrük nəzarəti altında boşaldılması zamanı yük üçün tərtib edilmiş 00100/9033033 nömrəli yük gömrük bəyannaməsində bəyan olunmayan, külli miqdarda ümumi dəyəri 4205 manat olan, gümüş metaldan hazırlanan 245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulon Bakı Baş Gömrük idarəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 22.06.2009-cu il tarixli, 8607/08 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 925 əyarlı gümüş məmulatların (245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulon) ümumi dəyəri 4205 manat müəyyən edilmişdir İş materiallarında olan AR Dövlət Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən qəbul edilmiş 17.06.2020-ci il tarixli cinayət işinə xitam verilməsi haqqında qərarın surətinə əsasən 93928 nömrəli cinayət işinə xitam verilmiş, iş üzrə əməldə inzibati xətanın tərkib əlamətləri olduğundan cinayət işindən müvafiq sənədlərin surətləri ayrılaraq inzibati məsuliyyət məsələsinə baxılması üçün aidiyyatı üzrə təhqiqat orqanına –Dövlət Gömrük Komitəsi əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan AR Dövlət Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqında 04.11.2020-ci il tarixli, 10000/1786 nömrəli qərarının surətinə əsasən 10000-0034/20 saylı inzibati xəta haqqında iş üzrə icrata xitam verilmiş, hüquqpozma predmeti kimi götürülmüş gümüşəbənzər metaldan hazırlanmış 245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulonun Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilməsinin nəzərə alınması və həmin malların dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Hüquqi Təminat İdarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, ərizə təmin olunmalıdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, ümumi dəyəri 4205 (dörd min iki yüz beş) manat olan 925 (doqquz yüz iyirmi beş) əyarlı gümüşdən hazırlanmış və ümumi çəkisi 1729,44 qram təşkil edən 245 (iki yüz qırx beş) ədəd üzük, 6 (altı) ədəd bilərzik, 12 (on iki) ədəd təsbeh, 34 (otuz dörd) ədəd boyunbağı və 56 (əlli altı) ədəd kulondan ibarət daşınar əşyaların sahibi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, ümumi dəyəri 4205 (dörd min iki yüz beş) manat olan 925 (doqquz yüz iyirmi beş) əyarlı gümüşdən hazırlanmış və ümumi çəkisi 1729,44 qram təşkil edən 245 (iki yüz qırx beş) ədəd üzük, 6 (altı) ədəd bilərzik, 12 (on iki) ədəd təsbeh, 34 (otuz dörd) ədəd boyunbağı və 56 (əlli altı) ədəd kulon sahibsiz hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ümumi dəyəri 4205 (dörd min iki yüz beş) manat olan 925 (doqquz yüz iyirmi beş) əyarlı gümüşdən hazırlanmış və ümumi çəkisi 1729,44 qram təşkil edən 245 (iki yüz qırx beş) ədəd üzük, 6 (altı) ədəd bilərzik, 12 (on iki) ədəd təsbeh, 34 (otuz dörd) ədəd boyunbağı və 56 (əlli altı) ədəd kulon sahibsiz hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-472/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-472/2022
11.01.2022 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver