Məhkəmə qərarları › İş №2(004)-4742/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4742/2021

14.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4742/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəzliyə Nəzarət Dövlət Agentliyini maraqlı şəxs qismində cəlb edilməklə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəzliyə Nəzarət Dövlət Agentliyini maraqlı şəxs qismində cəlb edilməklə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 47 saylı binanın 3-cü mərtəbəsində SSR xalq artisti, bəstəkar Qara Qarayevin ev muzeyinin üstündə həyətə çıxan istiqamətdə ümumi lahıyədən kənar qanunsuz inşa etdiyi tikilinin (otağın) cavabdehlərin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin Baş planına uyğun olaraq, abadlıq-quruculuq işlərinin davamı olaraq Bakı şəhərinin görünüşünə xələl gətirən binaların fasadlarının təmir edilməsi, fasadların rənglənməsi, şəhərsalma normalarına uyğun olmayan tikililərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi İddiaçı tərəfindən mütəmadi olaraq həyata keçirilir. Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 47 saylı evin sakinləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Mədəniyyət nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinə ərizə ilə müraciətlər edərək yuxarıda qeyd olunan ünvanda təzə gələn qonşu tərəfindən Dövlət orqanlarından, qonşulardan və aidiyyəti qurumlardan icazə almadan binanın 3-cü mərtəbəsində Azərbaycan xalq artisti, bəstəkar Qara Qarayevin ev muzeyinin üstündə həyətə çıxan istiqamətdə əlavə artırmalar edərək otaq tikilməsini, ora ağır konstruksiyalar qoyularaq binanın uçmasına səbəb ola biləcəyini, binanın 100 ildən çox yaşı olduğunu, həmin binanın Azərbaycan mədəniyyət abidələrinin qorunması üçün reyestrə daxil edilməklə tarixi memarlıq abidəsi olduğunu qeyd edərək qanunsuz tikilmiş həmin otağın sökülməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 47 saylı evin 26 nömrəli mənzili həyat yoldaşı Cavabdeh1 məxsusdur. Çıxarılmış eyvan üçün yazılı olmasa da, şifahi olaraq İddiaçı və lazimi digər qurumlardan icazə almışlar. Bu vaxtadək heç kim onlara bu barədə irad bildirməmişdir. O binada belə artırmalar çoxdur. Sadəcə bir qonşunun şikayəti əsasında belə bir iddia verilib. Hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 və maraqlı şəxs Fövqalədə Hallar Nazirliyi Tikintidə X1 müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və maraqlı şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyinin 42 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən İddiaçınə ünvanlanmış 06.07.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri Yasamala rayonu Nizami küçəsi 47 saylı binanın 3-cü mərtəbəsində yaşayan Cavabdeh1 qanunsuz tikdiyi eyvan ona pretenziya məktubu göndərilməsinə baxmayaraq V.F.Hacinskaya tərəfindən həmin eyvan sökülməmiş və əvvəlki vəziyyətinə qaytarılmamışdır. İş materiallarında olan Bakı şəhər İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyinin 42 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən İddiaçınə ünvanlanmış 06.07.2021-ci il tarixli məktubda qeyd olunur ki, ünvan 3 saylı binanın 3-cü mərtəbəsində olan mənzil Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İddiaçı başçısına ünvanladığı 18.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən binaya edilən qeyriqanuni müdaxilənin aradan qaldırılaraq abidənin ilkin vəziyyətə gətirilməsi istiqamətində tədbirlərin görülməsi və nəticələrinə dair məlumatın verilməsi barədə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhər İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyinin 42 saylı Mənzil Kommunal İstismar sahəsinin 07.07.2021-ci il tarixli arayışından görünür ki, ünvan 3 saylı evin 26 saylı mənzili çıxarışa əsasən Cavabdeh1 sahibidir və həmin mənzildə qeydiyyata düşməyib. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi, ev 47, 26 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur və Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1194 nömrəli reyestr ktabının 108499 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 10/4460 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi, 47 saylı binanın 3-cü mərtəbəsində yerləşən, 26 saylı mənzildə həmin mənzilin texniki pasportunda öz əksini tapmayan bağlı eyvan tikilisinin inşa edildiyi müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin ülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.1.3-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən, bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1-ci bəndinə əsasən Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 02.08.2001-ci il tarixli 132 №-li qərarı və 3 nömrəli əlavədən görünür ki, 3673 inventar nömrəli, tarixi 1900-cü il olan 47 saylı yaşayış binası yeri əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 47 saylı binanın 3-cü mərtəbəsində 26 saylı mənzildə bəstəkar Qara Qarayevin ev muzeyinin üstündə həyətə çıxan istiqamətdə həmin mənzilin texniki pasportunda öz əksini tapmayan bağlı eyvan tikilisi yuxarıda göstərilən bəndlərin tələblərinə uyğun inşa olunmamış və dövlət orqanlarından müvafiq icazələr alınmadan inşa edilmişdir. Qeyd edilən hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 10/4460 saylı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə, tikili bəstəkar Qara Qarayevin ev muzeyinin üstündə həyətə çıxan istiqamətdə tikilmişdir. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən abidələrin bədiiestetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Azərbaycan respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən İddiaçı başçısına məktub ünvanlanaraq, binaya bxış keçirildiyi. Binanın kostruksiyasına müdaxilə edildiyi, binanın fasadında metal konstruksiyanın üzərində əlavə otaq tikildiyi, yeni otağa giriş üçün fasadın dağıdıldığı və binaya edilən qeyri-qanuni müdaxilənin aradan qaldırılaraq abidənin ilkin vəziyyətə gətirilməsi istiqamətində tədbirlərin görülməsi və nəticələrinə dair məlumatın verilməsi xahiş olunmuşdur. Əldə edilmiş nəticələrə əsasən məhkəmə hesab edir ki, həmin tikilinin sökülməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində olan ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 47 saylı binanın 3cü mərtəbəsində 26 saylı mənzildə bəstəkar Qara Qarayevin ev muzeyinin üstündə həyətə çıxan istiqamətdə həmin mənzilin texniki pasportunda öz əksini tapmayan inşa edilmiş bağlı eyvan tikilisi cavabdehlərin hesabına sökülsün. Ekspertiza xərcinə görə 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar