Məhkəmə qərarları › İş №2(004)-4761/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4761/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4761/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1082,20 manat məbləğində pulun, habelə dövlət rüsumu qismində ödənilmiş 30,82 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 dekabr 2022-ci il tarixdə Cavabdeh1 ilə avtomobilin kirayəsi müqaviləsi bağlayaraq, mülkiyyətində olan 77CS253 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı minik avtomobilini gündəlik 30 manat kirayə haqqı məbləğində sonuncunun istifadəsinə vermişdir. Həmin avtomobilin idarə edilməsinə dair etibarnamə və avtomobilin təhvil-təslimi aktla rəsmiləşdirilib. Cavabdeh1 avtomobilin idarə edilməsi zamanı çoxsaylı yol hərəkəti qaydalarının pozuntusuna yol vermişdir. Həmin cərimə məbləğlərinə görə ona məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair bildirişlər almışdır. Dəfələrlə cərimə borclarını ödəməyi xahiş elsə də, ödəyəcəyini söyləmiş, lakin heç birini ödəməmişdir. Buna görə də 492.20 manat məbləğində yaranmış yol hərəkəti pozuntularına görə borcu ödəmək məcburiyyətində qalmışdır. Bundan əlavə avtomobil təhvil verilərkən, tam saz və qüsursuz vəziyyətdə təhvil verilmişdir, lakin ona geri təhvil verildikdə avtomobilin qapılarında, ön və arxa hissələrində batıqlar, əziklər mövcud olmuşdur. Həmin qüsurlara görə maddi ziyan 500 manat məbləğində müəyvən edilmişdir. Bütün bunlardan sonra avtomobilin geri qaytarmasını tələb etdikdə, avtomobili 26 avqust 2023-cü il tarixində geri qaytarmışdır. Kirayə haqqı üzrə 3 günün ödənişini də etməmişdir. Bu isə 90 manat edir. Həm cərimə borcları, həm də avtomobildə yaranmış qüsurlarla bağlı zərərə görə cavabdeh məsuliyyət daşıdığını yazılı şəkildə etiraf etmiş və ödəyəcəyinə söz vermişdir. Hazırda cavabdehin ümumilikdə 1082,20 manat məbləğində borcu yaranıb. Bugünə qədər heç bir ödəniş etməmişdir. Hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 06 dekabr 2022-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Avtomobilin kirayə müqaviləsi üzrə zaminliyi qəbul etmişdir. Bu isə o deməkdir ki, o həmin müqavilə üzrə mövcud öhdəliklərin təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, iddia ərizəsində göstərilən avtomobili Cavabdeh1 müqavilə ilə icarəyə vermişdir. Oğlu Cavabdeh2 isə zamin olmuşdur. Onlar maşını istifadə etdikləri qısa müddət ərzində avtomobilə 400 manata yaxın cərimə yazıldı. Avtomobilə ziyan da vurulub. Bu, təqdim etdiyi fotoşəkillərdə öz əksini tapıb. Ümumilikdə 492 manat cəriməni o ödəmişdir. Avtomobilə dəymiş ziyan isə 500 manat miqdarındadır. Bundan başqa 3 gün ödəniş haqqını ödəməyiblər. O bununla bağlı tərəfə məktub da ünvanlamışdır. O, avtomobili idarə etmək üçün cavabdehlərə 3 aylıq etibarnamə də vermişdir. Sonuncu dəfə etibarnamə vermək istəmirdi. Lakin cavabdehlər and içib, xahiş etdiklərinə görə və ərizə yazdıqlarına görə onlara yenidən etibarnamə vermişdir. Lakin bundan sonra da ödəniş etmədilər, zənglərinə cavab vermədilər. O da buna görə onlara yazılı müraciət etməyə başlamışdır. Cavabdeh yazdığı ərizədə 944 manatı qəbul edib. Lakin cavabdeh cərimələr də edib ki, bunlar da həmin məbləğin üzərinə gəlib. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli avtomobilin kirayəsi müqaviləsinə əsasən İddiaçı buraxılış ili 2008-ci il olan Toyota Prius markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 istifadəsinə verməyi, Cavabdeh1 isə bunun üçün İddiaçı günə 30 manat məbləğində olmaqla kirayə haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən buraxılış ili 2008-ci il olan Toyota Prius markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh1 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 **-CS-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı minik avtomobilinin xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi üzrə öhdəliklərinin icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə İddiaçı qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 36 manat, 20 manat, 10 manat, 10 manat, 40 manat məbləğlərində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 59,5 manat, 11,9 manat, 23,4 manat məbləğlərində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 51,2 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 64 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 12,7 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 25,6 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 128 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 25,6 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 25 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 12,4 manat, 12,5 manat, 12,5 manat məbləğlərində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 40 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 63 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar üzrə 41,2 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh1 ünvanlanmış xx.xx.2023-ci il tələb məktubdan görünür ki, 06 dekabr 2022-ci il tarixli avtomobilin kirayəsi müqaviləsinə əsasən **-CS-*** qeydiyyat nişanlı Toyota Prius markalı avtomobil onun istifadəsinə verilmişdir. Avtomobilin idarə edilməsi zamanı yol verdiyi yol hərəkəti üzrə hüquq pozmalarına görə cərimələri yaranmış, habelə avtomobilə maddi ziyan dəymişdir. Bununla bağlı X2 avtomobil üzərinə həbs qoyulmasına dair mütəmadi ismarıclar alır. Hazırda bu günə olan borcu cərimələr üzrə 476 manat və avtomobilə dəymiş maddi ziyan üzrə 500 manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli tələb məktubdan görünür ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli avtomobilin kirayəsi müqaviləsinə əsasən istifadəsinə verilmiş avtomobilin idarə edilməsi zamanı yol verdiyi yol hərəkəti üzrə hüquq pozmalarına görə 476 manat cərimə və avtomobilə dəymiş maddi ziyana görə 500 manat borcu yaranmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə birgə məsuliyyət daşıyırlar. Müqavilə üzrə borcun ödənilməsi xahiş edilir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı **-CS-*** qeydiyyat nişanlı Toyota Prius markalı avtomobilin mülkiyyətçisidir. İş materiallarında olan Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, o, **-CS-*** qeydiyyat nişanlı avtomobili sürdüyü müddətdə maşına dəyən 500 manat dəyərində ziyanı, 394 manat məbləğində yol hərəkət qaydasını pozduğu üçün cəriməni, 50 manat məbləğində ödənilməyən pulu və ümumilikdə 944 manat olmaqla, borcunu həmin avtomobilin sahibi İddiaçı xx.xx.2023-cü il tarixinə kimi ödəyəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli avtomobilin kirayəsi müqaviləsinə əsasən İddiaçı buraxılış ili 2008-ci il olan Toyota Prius markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 istifadəsinə verməyi, Cavabdeh1 isə bunun üçün İddiaçı günə 30 manat məbləğində olmaqla kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən buraxılış ili 2008-ci il olan Toyota Prius markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh1 təhvil verilmişdir. Bununla yanaşı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 **-CS-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı minik avtomobilinin xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi üzrə öhdəliklərinin icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə İddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 avtomobilin idarə edilməsi zamanı çoxsaylı yol hərəkəti qaydalarının pozuntusuna yol vermişdir. İddiaçı cavabdehdən dəfələrlə cərimə borclarını ödəməyi xahiş elsə də, ödəyəcəyini söyləmiş, lakin heç birini ödəməmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1082,20 manat məbləğində pulun, habelə dövlət rüsumu qismində ödənilmiş 30,82 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, o, **-CS-*** qeydiyyat nişanlı avtomobili sürdüyü müddətdə maşına dəyən 500 manat dəyərində ziyanı, 394 manat məbləğində yol hərəkət qaydasını pozduğu üçün cəriməni, 50 manat məbləğində ödənilməyən pulu və ümumilikdə 944 manat məbləğində ziyanı qəbul etmişdir. Belə ki, qanunvericiliyə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Belə ki, iddiaçı 1082,20 manat məbləğində tələb irəli sürsə də, bu məbləğdə maddi ziyanı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də iddia tələbi Cavabdeh1 etiraf etdiyi həcmdə - 944 manat məbləğində təmin olunmalıdır. Borcun digər Cavabdeh2 tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı deyil və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən 944 manat maddi ziyanın ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməli, iddia tələbi qismən təmin olunmalı Cavabdeh1 944 (doqquz yüz qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir İddia tələbi 944 manat məbləğində təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 944 (doqquz yüz qırx dörd) manat məbləğində pul vəsaiti, və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar