Məhkəmə qərarları › İş №2(004)-4769/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4769/2023

13.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4769/2023 13.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı X1 cavabdehlər Bakı şəhəri 23 saylı Notariat Kontoruna, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 Töşü oğluna və Cavabdeh4 İsmail oğluna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Bakı şəhəri 23 saylı Notariat Kontoruna, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 Töşü oğluna və Cavabdeh4 İsmail oğluna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh5 ilə Cavabdeh2 arasında Bakı şəhəri, 23 saylı Notariat Kontorunda bağlanmış 21 fevral 2006-ci il tarixli, 4 Ə/1-48 saylı “Alqı-satqı müqaviləsi”nin, Cavabdeh2 ilə Cavabdeh3 Töşü oğlu arasnda bağlanmış Bakı şəhəri 7 saylı Notariat Kontorunda bağlanmış 11 dekabr 2006-ci il tarixli, AN-İ N0099247 saylı, Cavabdeh3 Töşü oğlu ilə Cavabdeh4 İsmail oğlu arasında bağlanmış Bakı şəhəri 34 saylı Notariat Kontorunda 10 aprel 2008-ci il tarixli, AN-İ N0159983 saylı “Daşınmaz əmlakın Alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-ü il tarixdə iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizəyə əsasən mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 170, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı X1 cavabdehlər Bakı şəhəri 23 saylı Notariat Kontoruna, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 Töşü oğluna və Cavabdeh4 İsmail oğluna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı X2 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar