Məhkəmə qərarları › İş №2(004)-4805/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4805/2020

27.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4805/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X1 qarşı ilkin alqı-satqı və öhdəlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin və Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı mənzil və qarajın boşaldılaraq təhvil verilməsi və ya pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə iddiaçının nümayəndəsinin mülki işlərin birləşdirilməsi barədə vəsatətinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X1 qarşı ilkin alqı-satqı və öhdəlik müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı mənzil və qarajın boşaldılaraq təhvil verilməsi və ya pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəsatət ilə məhkəməyə müraciət edərək Yasamal rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsi tələbinə dair 2(004)- 4075/2020 saylı mülki işin olduğunu, hazırki mülki işlə həmin işin bir-biri ilə əlaqəli olduğundan birgə baxılmalı olduğunu bildirərək mülki işlərin birləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi iddiaçının nümayəndəsinin vəsatətinə etiraz etməyərək işlərin birləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi iddiaçının nümayəndəsinin vəsatətinə etiraz etməyərək işlərin birləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X1 qarşı ilkin alqı-satqı və öhdəlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin və Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı mənzil və qarajın boşaldılaraq təhvil verilməsi və ya pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(004)-4805/2020 saylı mülki iş Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(004)-4075/2020 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçının nümayəndəsinin vəsatəti təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X1 qarşı ilkin alqı-satqı və öhdəlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin və Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı mənzil və qarajın boşaldılaraq təhvil verilməsi və ya pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(004)- 4805/2020 saylı mülki iş Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(004)-4075/2020 saylı mülki işə birləşdirilsin. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar