Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4812/2021 13.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 12.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 453,70 manat zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 483,70 manat pulun Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə baxışı iclasının 13.09.2021-ci il tarixə saat 12:35-ə təxirə salınması barədə tərəflərə məlumat verilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı nümayəndəsi Zümrüd Alieva ərizə ilə 13.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona aid olan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında işin mahiyyəti üzrə həll olunmasını tələb etmədi və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh “Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 453,70 manat zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 483,70 manat pulun Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4812/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4812/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver