Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4815/2021 26.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X21 10.09.1958-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, hazırki ərizə ilə hüquq qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan X21 10.09.1958-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. X21 və X7 1981-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan o, yəni Ərizəçi və X19 anadan olmuşdur. 2017-ci ildən başlayaraq X12 davranışında dəyişiklik baş verməyə başlamış, emosionallığı azalmış, digər şəxslərlə ünsiyyət zamanı söz tapmaqda çətinliklər çəkməyə başlamışdır. X21 müayinə və müalicə olunması məqsədi ilə, həmin vaxt Türkiyə Respublikasında yaşayan qızı Könül Nağıyevanın yanına aparılmışdır. Türkiyə Respublikasında olduğu müddətdə X21 LİV X9 və Səhiyyə Nazirliyi Türkiyə X14 Beyoğlu Dövlət X15 Universiteti X25 Təhsil və X6 Poliklinikada müayinə olunmuş və müalicələr almışdır. LİV Hospital Ulus X1 adına verdiyi 11.05.2017- ci il tarixli epikrizdən görünür ki, xəstəxananın nevrologiya bölümünə daxil olarkən xəstənin (S.Nağıyeva) şikayəti unutqanlıqla bağlı olmuşdur. LİV X9 aparılmış müayinələr nəticəsində X16 “G93.9 - Beyin pozulmaları, təyin olunmamış M50.1-Servikal (boyun) disk pozulmaları, radikulopatiya ilə” ilkin diaqnoz qoyulmuşdur. X22 X15 Universiteti X25 Təhsil və X6 X2 adına verdiyi 16.10.2020-ci il tarixli epikrizdən görünür ki, xəstənin (S.Nağıyevanın) şikayəti - unutqanlıq, söz tapmaqda çətinlik, nitq məzmunuda azalma ilə bağlıdır. Həmin Poliklinikada 26.09.2020-ci il tarixdə aparılmış müayinə zamanı xəstədə sözlərin məzmununun azaldığı və verilən suallara cavab vermədiyi və bu vəziyyətdə ətraflı nöropsikiyatrik testlərin aparıla bilmədiyi müşahidə edilmişdir. Epikriz verilən tarixə xəstə hələ də həkimin müşahidə altında tutulduğu və orta dərəcədə irəliləyən frontotemporal demans diaqnozu ilə gündəlik həyat fəaliyyətinə tək davam edə bilməməsi və yaxından dəstəyə ehtiyacının olduğu qeyd edilmişdir. Göründüyü kimi X13 “Frontotemporal demans” xəstəliyi mövcuddur. Bu xəstəlik isə xəstədə davranış, dil və icra funksiyalarında dəyişikliklərin baş verməsi ilə müşahidə olunur. X13 da 2017-ci ildən inkişaf etməyi başlayan bu xəstəlik nəticəsində xəstədə unutqanlıq, düşüncənin azalması, başqa şəxslərlə ünsiyyət saxlamaqda çətinlik çəkməsini yaratmışdır. Başqa sözlə desək “Frontotemporal demans” X3 şəkildə öz hüquqlarını həyata keçiməyə, başqa şəxslərin X12 hüquqlarına edilən qəsdlərdən müdafiə edilməsinə imkan vermir. Bu səbəbdən mən, X12 övladı kimi, onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 10.09.1958-ci il tarixdə anadan olmuşdur. - 2 nömrəli klinik Psixiatriya Xəstəxanasının 03.08.2021-ci il tarixli, 902 saylı rəyindən görünür ki, X13 altseymer xəstəliyi nəticəsində dərin demensiya formasında xroniki psixi xəstəlik müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Məhkəmə Psixiatrik Ekspertizasının 22.09.2021-ci il tarixli, 2227 saylı rəyindən görünür ki, X13 ALTSEYMER XƏSTƏLİYİ NƏTİCƏSİNDƏ DƏRİN DEMENSİYA (AĞİL ZƏİFLİYİ) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar və halhazırki psixitarik müayinənin nəticələri - təqribən 2016-cı ildən yaddaşında pozuntuların meydana çıxması, Türkiyə Respublikasında, 2 nömrəli X4 müalicədə olması, həmçinin hazırki müayinə zamanı kobud yaddaş pozuntuları aşkar etməsi, təfəkkürünün az produktivliyi, intellektinin zəifləməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, tənqidinin olmaması və s. sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinir ki, X21 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X21 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X21 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 10.09.1958-ci il təvəllüdlü X12 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan, X21 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.09.1958-ci il təvəllüdlü X21 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4815/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4815/2021
26.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver