Məhkəmə qərarları › İş №2(004)-4820/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4820/2023

14.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4820/2023 14.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Ərizəçi “arvadının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “arvadının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci ildə Ağcabədi rayonunda doğulmuş arvadı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində göstərmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-in 149, 152 və 317-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Ərizəçi ərizəsində - arvadı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Ərizəçi isə X1 əri olmaqla, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işin qaldırılması üçün Azərbaycan Respublikası MPM-in 317.2ci maddəsində nəzərdə tutulmuş ərizə vermək səlahiyyətinə məxsus olan yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) sırasına daxil deyildir. Bu səbəbdən, hazırkı ərizə, onun imzalamağa hüquqi olmayan şəxs (ər) Ərizəçi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-in 149, 152 və 317-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyinə, ərizə onun imzalanmaq hüququna malik olmayan şəxs tərəfindən imzalandığına görə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 149, 150, 152, 152.1, 152.1.2, 317.2, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “arvadının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli GPP ********** nömrəli ödəniş sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar