Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4829/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada cəmi 9950 manat borc pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birgə Mingəçevir şəhərində yaşayır. Uzun müddətdir ki, işsizdir. 19.11.2019-cu il tarixdə Cavabdeh1 1 il müddətinə qaytarmaq şərtilə “İMEDİA TV YouTube Kanalı”na maddi dəstək məqsədilə 4000 manat borc pul vermişdir. Eyni zamanda, Cavabdeh1 həmin müddət ərzində hər ay 600 manat pul ödənişi etməyi öhdəsinə götürmüşdür. Həmin pulu Cavabdeh2 bank vasitəsilə ödəmişdir. Cavabdeh1 ilə aralarında borc pul məsələsi müqavilə ilə rəsmiləşdirilmişdir. 30.12.2019-cu il tarixdə Cavabdeh1 Aydm oğlu verdiyi borc puldan ona 600 manat ödəmişdir. Bundan sonra, o uzun müddət ödəniş etmədi. Dəfələrlə onunla əlaqə saxlamış, şifahi və yazılı xəbərdarlıq etmiş, lakin müsbət bir nəticə olmamışdır. Belə olduqda, AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəsmi şikayət etmişdir. Şikayət araşdırılan zaman ondan və cavabdehdən ifadələr alınmış, cavabdeh həmin ifadə və izahatlarında hər bir şeyi etiraf etmiş, tez bir zamanda pulu qaytaracağına söz vermişdir. Həmin vaxtlar cavabdehlərin atası Şükürlü Aydın da ona narahat olmamasını və borcun tam şəkildə ödəniləcəyinə dair söz vermişdir. Bundan sonra, təxminən 2020-ci ilin avqust ayında cavabdehlərin atası Şükürlü Aydının təşəbbüsü ilə 650 manat ödəniş olunmuşdur. Həmin vaxtdan sonra heç bir ödəniş olunmamışdır. O, cavabdehi uzun müddətdir tanıyır və bu müddətdə iddiaçının etibarını qazana bilmişdir. 2019-cu ilin təxminən oktyabr-noyabr aylarında internetdə şirkətə avadanlıqların alınması və pul yatırımı müqabilində aylıq ödəniş olunası ilə bağlı elana rast gəlmişdir. Əlaqə saxlamış və “İMEDİA TV YouTube Kanalı”nın fəaliyyətini görmüş və bundan sonra Cavabdeh1 ilə məsələnin detallarını müzakirə etmişdir. Cavabdeh1 ona konkret olaraq bildirmişdir ki, 4000 manat borc pul verildiyi təqdirdə və bir il müddətində əsas borc olan 4000 manatdan əlavə, iddiaçıya aylıq 600 manat ödəniş ediləcəkdir. Müqavilənin müddətinin bitməsinə yaxın o, cavabdehdən borcunu qaytarmasını tələb edərkən ona məlum olmuşdur ki, cavabdehin ciddi maliyyə problemləri və onun borcunu qaytarmaq belə istəmir. Cavabdehlə dəfələrlə şifahi söhbətlər aparsa da faydası olmamışdır. Cavabdehə indiyə qədər həm telefonla, həm şifahi şəkildə xəbərdarlıq etmişdir ki, pulu qaytarsın. Lakin cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd olunan məsələ ilə bağlı DİN Nazirinə müraciət ünvanlamış və müraciəti əsasında onu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə izahat verməsi üçün çağırmışlar. Çağırış əsasında İdarəyə getmiş və izahatında hər bir halı olduğu kimi qeyd etmişdir. Eyni zamanda cavabdehlər də izahatlarının alınması üçün İdarəyə dəvət olunmuşlar. İdarədən ona cavabdehlərin ataları ilə birlikdə burda olduğuna, izahatlarında hər bir halı etiraf etdiklərinə və borcu hissə-hissə ödəməyi qəbul etdiklərinə dair məlumat verilmişdir. Sonda qeyd etdi ki, 4000 manat məbləğində pulu Cavabdeh2 bank kartına köçürmüşdür və bu baradə qəbzi iş materiallarına əlavə etmişdir. Ümumi borcdan 1200 manat qaytarılmış, lakin 2800 manat məbləğində borc qalmaqdadır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19.11.2019-cu il tarixli, 1982 nömrəli müqavilədən görünür ki, İddiaçı 4000 manat məbləğində pul vəsiatini "xxxx" MMC-yə ödəmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən 25.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədən müəyyən olunur ki, Cavabdeh1 digər Cavabdeh2 məsələdən xəbərdar olmadığını, sadəcə olaraq pul vəsaitinin qardaşı Cavabdeh2 bank kartına köçürüldüyünü və həmin ərəfələrdə kartın özünün istifadəsində olduğunu etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.09.2021-ci il tarixli, 007-11819- 1221 saylı məktubla bildirilmişdir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı “Tap.az” saytında elan yerləşdirmiş "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə investisiya qoyuluşuna dair müqavilə bağlayaraq sonuncunun hesabına 4000 manat məbləğində pul köçürmüşdür. Məbləğ qaytarılmadığı üçün İddiaçı DİN-ə şikayət etmişdir. İş materiallarında olan 19.11.2019-cu il tarixli, 41941911 nömrəli qəbzdən müəyyən olunur ki, 4000 manat məbləğində pul Cavabdeh2 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə məhkəmə araşdırması zamanı Cavabdeh1 etirafına əsasən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən həqiqətən də 4000 manat məbləğində pul müqavilə əsasında "xxxx" MMC-nin təsisçisinə, yəni ona verilmişdir. İddiaçının izahatı ilə təsdiq edilir ki, cavabdeh sonradan həmin borcdan 1200 manat İddiaçı qaytarmışdır. Həmçinin, İddiaçı şikayəti əsasında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırılma nəticəsində Cavabdeh1 4000 manat iddiaçıdan pul aldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi pulun qaytarılması hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 2800 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin gecikdirilmiş faizlərə 5950 manat pulun verilməsi hissəsində məhkəmə qeyd edir ki, iddiaçı bu mələğin hansı qaydada hesablandığı, hansı əsasla tələb etdiyini ümumiyyətlə əsaslandırmamış və bu baradə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi digər Cavabdeh2 aid hissədə əsassız olduğu üçün və sübuta yetirilmədiyi üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4829/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4829/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver