Məhkəmə qərarları › İş №2(004)-4841/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4841/2021

11.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4841/2021 11.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 , Cavabdeh4 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1̇, Cavabdeh5, Cavabdeh4, Bakı şəhəri 11 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsini Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1̇, Cavabdeh5, Cavabdeh4, Bakı şəgəri 11 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsini Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Baki Ərazi İdarəsinə ışraq̇ vərəsəlik hüququ üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hissəsinə Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında göstərilən evin ¼ hissəsinə dair Cavabdeh1 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilmələri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə dair Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında göstərilən evin ¼ hissəsinə dair Cavabdeh4 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilmələri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə dair Cavabdeh5 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilmələri, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair mirası qəbul etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 işə mahiyyəti üzrə baxılmasını tələb etmiş və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 11.11.2021-ci il tarixə, saat 14:30-a təyin olunmuş məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar və cavabdehlər Cavabdeh1, Cavabdeh5, Bakı şəhəri 11 saylı Notariat Ofisinin nümayəndəsi və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi əməkhəṁ iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Bakı şəhəri 11 saylı Notariat Ofisinin nümayəndəsinin və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin ıkaritşi̇ olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsində mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya notariat orqanına müraciət etməmiş, bununla bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1̇, Cavabdeh5, Cavabdeh4, Bakı şəgəri 11 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsini Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Baki Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 izah edilsin ki, onlar ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar