Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4847/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,16.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********55067 Samsung Galaxy S10+ markalı telefon üçün 1260 (min iki yüz altmış) manat ödənilməmiş hissə, 378 (üç yüz yetmiş səkkiz) manat dəbbə, 16.09.2019-cu il tarixli müqavilə üzrə Mikrodalğah soba GORENJE, Mikser HOFFMANN və X5 üçün 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat dəbbə, 20.06.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN VFAC kondisoner üçün 615 (altı yüz on beş) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manat dəbbə, ümumilikdə 2757 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 16.09.2019-cu il, 16.09.2019-cu il və 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********55067 Samsung Galaxy S10+ markalı telefon, Mikrodalğalı soba GORENJE ,Mikser HOFFMANN və X5 və HOFFMANN VFAC kondisoner almış və nəticədə 2757 (iki min yeddi yüz əlli yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2359 (iki min üç yüz əlli doqquz) manat (12 ay x 180 manat + 199 manat ilkin ödəniş) İMEİ kod **********55067 Samsung Galaxy Sİ0+ markalı telefon üçün ümumilikdə, 1638 (min altı yüz otuz səkkiz) manat olmaqla ondan, 1260 (min iki yüz altmış) manat ödənilməmiş hissə, 378 (üç yüz yetmiş səkkiz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 451 (dörd yüz əlli bir) manat (11 ay x 41 manat + 0 manat ilkin ödəniş) Mikrodalğalı soba 'GORENJE ,Mikser HOFFMANN və X5 üçün ümumilikdə, 320 (üç yüz iyirmi) manat olmaqla ondan, 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 984 (doqquz yüz səksən dörd) manat (24ay x 41 manat + 0 manat ilkin ödəniş) HOFFMANN VFAC kondisoner üçün ümumilikdə, 799 (yeddi yüz doxsan doqquz) manat olmaqla ondan, 6115 (altı yüz on beş) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1673 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən dənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnaməyə əsasən nümayəndəsi X3 iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, 16.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********55067 Samsung Galaxy S10+ DUAL markalı telefon üçün 1220 (min iki yüz iyirmi) manat ödənilməmiş hissə, 284 (iki yüz səksən dörd) manat dəbbə, 16.09.2019-cu il tarixli müqavilə üzrə Mikrodalğalı soba GORENJE, Mikser HOFFMANN və X5 üçün 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə, 20.06.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN VFAC kondisioner üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat dəbbə, ümumilikdə 2456 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli 00917795 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 2359 (iki min üç yüz əlli doqquz) manat (12 ay x 180 (bir yüz səksən) manat + 199 manat ilkin ödəniş) “Samsung Galaxy S10+ DUAL” markalı telefon almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 1638 (bir min altı yüz otuz səkkiz) manat borc vəsaiti olmaqla ondan 1260 (bir min iki yüz altmış) manat ödənilməmiş hissə və 378 (üç yüz yetmiş səkkiz) manat dəbbə borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli 00917938 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 451 (dörd yüz əlli bir) manat (11 ay x 41 (qırx bir) manat + 0 manat ilkin ödəniş) “Mikrodalğalı soba GORENJE MO20A3B, Mikser HOFFMAN M5050, X5 S3500” markalı avadanlıqlar almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 320 (üç yüz iyirmi) manat borc vəsaiti olmaqla ondan 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə və 74 (yetmiş dörd) manat dəbbə borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2019-cu il tarixli 00733846 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 984 (doqquz yüz səksən dörd) manat (24 ay x 41 (qırx bir) manat + 0 manat ilkin ödəniş) “HOFFMAN VFAC” markalı kondisioner almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 799 (yeddi yüz doxsan doqquz) manat borc vəsaiti olmaqla ondan 615 (altı yüz on beş) manat ödənilməmiş hissə və 184 (yüz səksən dörd) manat dəbbə borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 14 yanvar 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. 05 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 16.09.2019-cu il tarixli 00917795 nömrəli müqavilə üzrə İMEİİ kod **********55067 Samsung Galaxy S10+ markalı telefon üçün 1220 (min iki yüz iyirmi) manat ödənilməmiş hissə, 284 (iki yüz səksən dörd) manat dəbbə, 16.09.2019-cu il tarixli 00917938 nömrəli müqavilə üzrə Mikrodalğalı soba GORENJE, Mikser HOFFMANN və X5 üçün 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə, 20.06.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN VFAC kondisoner üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat dəbbə, ümumilikdə 2456 manat borc borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının hər üç müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, 16.09.2019-cu il tarixli 00917795 nömrəli müqavilə üzrə 1220 manat məbləğində ödənilməmiş hissəyə hesablanmış 284 manat məbləğində dəbbə borcu 100 manat, 16.09.2019-cu il tarixli 00917938 nömrəli müqavilə üzrə 216 manat məbləğində ödənilməmiş hissəyə hesablanmış 65 manat məbləğində dəbbə borcu 20 manat, 20 iyun 2019-cu il tarixli 00733846 nömrəli müqavilə üzrə 585 manat məbləğində ödənilməmiş hissəyə hesablanmış 56 manat məbləğində dəbbə borcu 50 manat müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halnda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər üç müqavilə üzrə 2021 manat əsas borc və 170 manat cərimə olmaqla, cəmi 2191 (iki min yüz doxsan bir) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2021 manat əsas borc və 170 manat cərimə olmaqla, cəmi 2191 (iki min yüz doxsan bir) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4847/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4847/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver