Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4848/2021 13.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.12.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1157,2 (bir min yüz əlli yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə və 115 (yüz on beş) manat cərimə, 23.03.2020-ci il tarixli müqavilə üzrə Paltaryuyan HOFFMAN üçün 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə və 16 (on altı) manat cərimə olmaqla, ümumilikdə 1456,2 (bir min dörd yüz əlli altı manat iyirmi qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1357,2 (min üç yüz əlli yeddi, iyirmi qəpik) manat (18 ay x 75.4 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün - ümumilikdə 1272.2 (min iki yüz yetmiş iki manat iyirmi qəpik) manat olmaqla ondan 1157.2 (min yüz əlli yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 115 (yüz on beş) manat cərimə; 23.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 498 (dörd yüz doxsan səkkiz) manat (2 ay x 168 manat + 162 manat ilkin ödəniş) Paltaryuyan HOFFMANN üçün ümumilikdə 184 (yüz səksən dörd) manat olmaqla ondan 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 530 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 28 dekabr 2019-cu il tarixli 01167972 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Samsung LED TV almış və nəticədə 1272.2 (bir min iki yüz yetmiş iki manat iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1357.2 (min üç yüz əlli yeddi, iyirmi qəpik) manat (18 ay x 75.4 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün - ümumilikdə 1272.2 (bir min iki yüz yetmiş iki manat iyirmi qəpik) manat olmaqla ondan 1157.2 (min yüz əlli yeddi, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 115 (yüz on beş) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 23 mart 2020-ci il tarixli 20198068 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Paltaryuyan HOFFMANN almış və nəticədə 184 (bir yüz səksən dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 498 (dörd yüz doxsan səkkiz) manat (2 ay x 168 manat + 162 manat ilkin ödəniş) Paltaryuyan HOFFMANN üçün ümumilikdə 184 (yüz səksən dörd) manat olmaqla ondan 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə borcu hesablanmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 12 yanvar 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş 03 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 28.12.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 1157,20 (bir min yüz əlli yeddi manat iyirmi qəpik) manat əsas borc, 115 (yüz on beş) manat hesablanmış cərimə, 23.03.2020-ci il tarixli müqavilə üzrə 168 (yüz altmış səkkiz) manat əsas borc və 16 (on altı) manat hesablanmış cərimə, ümumilikdə 375 (üç yüz yetmiş beş) manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 530 (beş yüz otuz) manat təşkil edir. İş materiallarına əlavə olunmuş 05 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.12.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1157.2 (bir min yüz əlli yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə və 115 (yüz on beş) manat məbləğində cərimə, 23.03.2020-ci il tarixli müqavilə üzrə Paltaryuyan HOFFMAN üçün 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə və 16 (on altı) manat cərimə olmaqla, ümumilikdə 1456.2 (bir min dörd yüz əlli altı manat iyirmi qəpik) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28.12.2019-cu il tarixli müqavilə üzrə 1157,20 manat ödənilməmiş hissə və 115 manat cərimə, 23.03.2020-ci il tarixli müqavilə üzrə 168 manat ödənilməmiş hissə və 16 manat cərimə olmaqla, cəmi 1456,20 (bir min dörd yüz əlli altı manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4848/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4848/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver