Məhkəmə qərarları › İş №2(004)-4857/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4857/2023

22.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4857/2023 22.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq alınmış su pulunun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq alınmış su pulunun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ondan əsassız olaraq alınmış 1463 manat 30 qəpik məbləğin və 35 manat dövlət rüsumunun, cəmi 1498 manatın cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin iyul ayında Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsindəki 7 №-li evi Orxan Şıxəliyevdən satın almışdır. Evin üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi **********34-1 1301, qeydiyyat nömrəsi ********** olmaqla dövlət qeydiyyatına alınmış və bu barədə iddiaçıya çıxarış verilmişdir. Aldığı ev Orxan Şıxəliyevin mülkiyyətində olsa da, uzun müddət faktiki orada yaşayan olmamışdır. Evdə faktiki yaşayışın olmadığı 2022-ci ilin iyun ayına qədər “Azərişıq”ın xidmətindən, yəni elektrik enerjisindən istifadə edilmədiyi barədə 2017-2023-cü illərin dövriyyə cədvəlindən (əlavə olunur 5 vərəqdə) və “Azəri qaz” ın 2018-2023-cü illərə aid dövriyyə cədvəlindən (əlavə olunur 3 vərəqdə) də görünür. İddiaçı evi aldıqdan sonra məlum olmuşdur ki, evin əvvəlki mülkiyyətçisi Orxan Şıxəliyevin adına əsassız olaraq 2017-2022-ci illərdə (yəni xx.xx.2023-cü il tarixədək) 2153m3 su sərfıyyatı hesablanmışdır. Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi həmin “borcun” ödənilməsini iddiaçıdan israrla tələb etmiş, borc ödənilməyincə onunla sudan istifadəyə görə abonent müqaviləsi bağlamamış və 2023-cü ilin iyun ayında suyunu bağlamaq hədəsi ilə, əsassız olaraq Orxan Şixəliyevə hesabladıqları 2153m3 suya görə 1463 manat 30 qəpiq borcu ödəməyə iddiaçını məcbur etmişdir. İddiaçı məcbur olub həmin məbləği, sonrakı sərfıyyatla birlikdə 1500 manat məbləğində 13 iyun 2023-cü il tarixdə ödəmişdir. Bundan sonra Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi 06 iyul 2023-cü il tarixdə onunla sudan istifadəyə görə müqavilə bağlanmışdır (müqavilə № 4743 1705 əlavə olunur). Göründüyü kimi, cavabdeh onu əvvəlki mülkiyyətçinin adına əsassız hesablanmış 1463 manat 30 qəpik borcu ödəməyə məcbur etmişdir. Həmin məbləği iddinaçıa təzyiq və hədə ilə qeyri-qanuni aldığı üçün həmin məbləğ cavabdehdən tutularaq ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, idia ərizəsinin məzmununa uygun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, ünvan 1 ünvanında su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə müqavilə xx.xx.2007-ci il tarixində X1 adına abonent kodu açılmış və xx.xx.2012-ci il tarixdə Alfasu markalı, 50108057 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2015-ci ildə smart sayğacın elektron hissəsi işləmədiyinə görə mexaniki hissənin göstəricisi əsasında uçotun aparılmasına başlanılmışdır. Alfasu markalı smart sayğacın istifadəyə yararsız hala düşməsinə görə xx.xx.2022ci ildə CSS-20 markalı mexaniki sayğac quraşdırılmışdır. Mexaniki sayğac quraşdırıldıqdan sonra “Sudan istifadə qaydalarf’na əsasən (7.9. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz qüraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir) xx.xx.2023-cü il tarixdə sərfiyyat getməyən dövrlər üçün (xx.xx.2017-ci ildən xx.xx.2023-cü ilədək) ortalama günlük sərfiyyat hesablanmış və 1456,30 manat borc yaranmışdır. xx.xx.2023-cu il tarixində 1500 manat ödəniş edilmişdir. Bundan başqa hesablanmış borc sayğac dəyişdirilən dövrədək hesablanmış, ondan sonra isə iddiaçı sayğaca uyğun ödənişlər etmişdir. Hesab edir ki, borcun xx.xx.2023-cü ilədək hesablanması sadəcə texniki səhvdir. Eyni zamanda onu da bildirmişdir ki, qeyd olunan ünvanda sayğac dəyişdirilərkən akt tərtib olunmamış və təhviltəslim aktı ilə bağlı sənədlər mövcud olmadığından təqdim edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsindəki 7 №-li evi İddiaçı satmışdır. - Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüququ şəxsin çıxarışışndan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsindəki 7 №-li ev mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur. xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərsu ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Abonent kartından görünür ki, 2017ci il üzrə abonent Orxan Şıxəliyevin heç bir borcu olmamış, 2005-2017-c illər ödəniş edilmişdir. 2017-2022-ci illər üzrə hesabat göstərilməmiş, 2023-cü ilin yanvar ayına 1463,30 manat borc, göstərilmiş hal-hazırda isə heç bir borc yoxdur. Sayğac xx.xx.2015-ci ildə, xx.xx.2022-ci il tarixlərdə sökülmüşdür. - Azərsu ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilədən görünür ki, tərəflər arasında sudan istifadə qaydalarına dair müqavilə bağlanmışdır. - Azərsu ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Abonent kartından görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə görə abonent İddiaçı həmin dövrə 146 manat borcu vardır. - Azərişıq ASC tərəfindən verilmiş Abonent haqqında çıxarışdan görünür ki, 2017-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək Abşeron Mexkalon 23 ünvanında heç bir işıq sərfiyyatı olmamışdır. - Abonent saldosundan görünür ki, 2018-ci il üzrə qalıq borc 4,6 manat, 2020-ci il üzrə 1,2 manat, 2021-ci il üzrə 0,80 manat məbləğində qaz sərfiyyatı olmuş, 2022-ci ilin yanvar-fevral ayları üzrə isə ümumiyyətlə sərfiyyat olmamışdır. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Orxan Şıxəliyev adlı abonentin Azərsu hesabına 1500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Azərsu ASC tərəfindən İddiaçı ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, məktubda qeyd edilmişdir ki, Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim edilən sənədlərə istinadən xx.xx.2007 -ci il tarixdə vətəndaş Orxan Şıxəliyevlə 28722393 nömrəli müqavilə bağlanaraq **********000 saylı abonent kodu açılmış və ailə təkibinə uyğun olaraq hesabat aparılmış, xx.xx.2012-ci il tarixindən isə su xətti üzərində quraşdırılmış ALFASU-15 markalı, 50108057 nömrəli smart-kart tipli suölçən cihazın göstəricisinə əsasən hesabat aparılmişdır. xx.xx.2022-cu il tarixində həmin sayğac işləməməsi səbəbindən CSS-20 markalı, 22015573 nömrəli mexaniki tipli sayğacla əvəzlənmişdir. xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə abonentin hesabına sonuncu sayğacın göstəricisi əsasında istifadə edilən su sərfiyyatına əsasən orta aylıq sərfiyyat nəzərə alınmaqla 2153 m3 (1463.30 manat) sərfiyyat hesablanmışdır. Mülkiyyətçi dəyişdiyindən həmin kodu üzrə tam ödənişlərin olunması nəzərə alınmaqla Orxan Şıxəliyevlə bağlanmış 28722393 saylı müqavilə ləğv edilmiş və xx.xx.2023-cü il tarixində təqdim edilən sənədlərə istinadən **********000 saylı kod ad dəyişmə edilərək 47431705 saylı müqavilə əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırda sayğac göstəricisi 478 m3oimaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sözügedən ünvanın abonent hesabında borc yoxdur. Azərsu ASC tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, məktubda qeyd edilmişdir ki, qeyd olunan ünvanda su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə müqavilə xx.xx.2007-ci il tarixində X1 adına abonent kodu açılmış və xx.xx.2012-ci il tarixdə Alfasu markalı, 50108057 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2015-ci ildə smart sayğacın elektron hissəsi işləmədiyinə görə mexaniki hissənin göstəricisi əsasında uçotun aparılmasına başlanılmışdır. Alfasu markalı smart sayğacın istifadəyə yararsız hala düşməsinə görə xx.xx.2022-ci ildə CSS-20 markalı mexaniki sayğac quraşdırılmışdır. Mexaniki sayğac quraşdırıldıqdan sonra “Sudan istifadə qaydalarına əsasən (7.9. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir) xx.xx.2023-cü il tarixdə sərfiyyat getməyən dövrlər üçün (xx.xx.2017-ci ildən xx.xx.2023-cü ilədək) ortalama günlük sərfiyyat hesablanmış və 1456,30 manat borc yaranmışdır. xx.xx.2023-cu il tarixində 1500 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixində abonentin müraciəti əsasında köhnə müqavilə ləğv edilərək ad dəyişikliyi edilmiş və İddiaçı Novruz qızı ilə yeni müqavilə bağlanılmışdır. Hazırda abonentin 146,00 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 14-cü maddəsinə görə bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun, su təchizatı məişət (təsərrüfat)-içməli məqsədləri üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun. AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsindəki 7 №-li evi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmçinin müəyyən edilmişdir ki, 2017-2022-ci illər ərzində qeyd edilən evdə yaşayış olmamışdır. Belə ki, işıq, qaz və ya su sərfiyyatı olmamışdır. İddiaçının bildirdiklərinə görə su sayğacı dəyişdirilərkən onlara istifadə olunmuş suya görə borclarının olmadığı, hətta 6 manat əlavə ödəniş edildiyi bildirilmişdir. Daha sonra Azərsu ASC-dən iddiaçıya bildirilmişdir ki, əvvəlki illər (2017-2022) üzrə borc məblği vardır və borc ödənilmədiyi təqdirdə su kəsiləcəkdir. İddiaçı tərəf də məcbur olaraq borc məbləğini ödəmişdir. Lakin sonradan araşdırma aparmış və müəyyən etmişdir ki, borc məbləğinin hesablandığı dövr ərzində qeyd edilən mənzildə yaşayış olmamışdır. Bundan başqa məhkəmə tərəfindən Azərsu ASC-yə sorğu ünvanlanaraq sayğacın təhvil təslim anına borc barədə aktın, sayğacın yararsız olması barədə aktın olub-olmaması soruşulsa da ASC tərəfindən heç bir məlumat verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh Azərsu ASC tərəfindən iddiaçıya ünvanlanmış məkrubdan görünür ki, sudan istifadəyə görə borc xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə abonentin hesabına sonuncu sayğacın göstəricisi əsasında istifadə edilən su sərfiyyatına əsasən orta aylıq sərfiyyat nəzərə alınmaqla 2153 m3 (1463.30 manat) sərfiyyat hesablanmışdır. Lakin sayğac sonuncu dəfə xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir. Borc olduğu təqdirdə belə, qalıq borc həmin dövrədək hesablanmalı, onan sonraki dövr isə yeni quraşdırılmış sayğacın üzərindəki gösdərəciyə uygun hesablanmalı olduğu halda cavabdeh Azərsu ASC xx.xx.2023-cü il tarixədək borc hesablamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bunun səbəbini izah edə bilməmiş, texniki yalnışlıq olduğunu qeyd etmişdir. Bundan başqa işin halalrı ilə o da, müəyyən edilmişdir ki, yeni saygac ruraşdırıldaq sonra iddiaçı tərəfindən sayğacın gösdəricisinə uygun olaraq ödənişlər edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Lakin Azərsu ASC tərəfindən son 5 (beş) illik dövr hesablanmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borcun olduğu təqdirdə belə, həmin borc tələbi ilə ASC əvvəlki mülkiyyətçiyə, yəni Orxan Şıxəliyevə qarşı iddia qaldıra bilərdi. Lakin qeyd edildiyi kimi, işin halları ilə həmin mənzildə borc məbləği hesablanan dövr üçün yaşayış olmamış, sudan istifadə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ASC-dən 1463,30 (bir min dörd yüz altmış üç manat 30 qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-dən 1463,30 (bir min dörd yüz altmış üç manat 30 qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar