Məhkəmə qərarları › İş №2(004)-487/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-487/2023

13.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-487/2023 13.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1999-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qardaşı X10 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qardaşı anadangəlmə ikitərəfli selebral iflic xəstəliyindən əziyyət çəkir və bunun nəticəsində özünü idarə etmək iqtidarında deyil. Dəfələrlə həm ambulator, həm də stasionar müalicə alıb. Faktiki olaraq ona uzun müddətdir ki, o qulluq edir və qayğısına qalır. X1 xx.xx.2017-ci ildən 1-ci qrup əlildir və əmək qabiliyyətsizdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185 maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 178561 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X4. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli müayinəsinə dair çıxarışdan müəyyən olunur ki, xx.xx.1999-cu il təvəllüdlü X7 ona birinci qrup əlillik və ya sağlamlıq imkanının məhdudluğu təyin edilmişdir. İş materiallarında olan Uşaq nevroloji Xəstəxanasının xx.xx.2015-ci il tarixli rəyindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X7 uşaq serebral iflici, tetraparetik diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 167 saylı “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən müəyyən olunur ki, xx.xx.1999-cu il təvəllüdlü X6 “ağır əqli gerilik uşaq serebral iflici nəticəsində” aşkar olunmuş, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Beləliklə, məhkəmə hesab edir ki, X5 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar