Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4871/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İş № 2(004)-4871/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 21 sentyabr 2021-ci il Bakı şəhəri Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, qızı- 10.11.1993cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1954-cü ildə ünvan 1 ünvanında öz ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda qızı- anadangəlmə kəmağıllıq və psixi qusur halından əziyyət çəkən 2-ci qrup əlil olan 10.11.1993-cü il təvəllüdlü X3 baxır. O, yetkinlik yaşına çatsa da, özünü tam sərbəst idarə edə bilmir və daim kənar şəxlərin köməyinə ehtiyacı var. Bütün bu səbəblərdən qızı onun himayəsində qalır və bütün tələbatları ailəsi ilə birlikdə, ödəyir. Lakin onun adından bəzi sənədlərin alınması və digər işlərin görülmasində sərbəst olmadığı üçün himayəsinə götürmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.1-ci maddələrini, Azərbaycan Respublikası MPM-nin 305.1.3, 317.2, 320.2, 321.2-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, Ərizəçi Bakı şəh., Yasamal ray., H.Cavid pr., ev 65 ünvanında ailəsi ilə birlikdə məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10.11.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. “Ana” qrafasında Ərizəçi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ambulator məhkəmə psixiatrik ekspertizasının 06.08.2021-ci il tarixli 1731 saylı rəyindən görünür ki, 10.11.1993-cü il təvəllüdlü X2 ‘‘ağır əqli gerilik davranış pozuntuları ilə” xroniki psixi xəstəliyi qeyd olunur və o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 10.11.1993-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 10.11.1993-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4871/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4871/2021
21.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver