Məhkəmə qərarları › İş №2(004)-4885/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4885/2025

21.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4885/2025 21.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının, birləşdirilmiş iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə1, Birləşdirilmiş iş üzrə iddiaçının, ilk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə2, X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz tətbiq edilən tarifin ləğv edilməsi, yeni tarifin tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “mənzildə aparılmış dəyişikliyin əvvəlki vəziyyətə qaytarılması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz tətbiq edilən tarifin ləğv edilməsi, yeni tarifin tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçı qarşı qanunsuz tətbiq olunan tarifin (0,30 və 0,40 manat/kv.m.) ləğv edilməsi və qanuna uyğun tarifin (0,02 manat/kv.m.) tətbiq olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Zahid Xəlilov küçəsi, ev 30 A, mənzil 16 ünvanı ona məxsusdur. Cavabdeh tərəfindən mənzilə görə onunla müqavilə bağlamadan qanunsuz olaraq mütəmadi kommunal ödənişlər tələb edirlər. Halbuki Nazirlər Kabineti yanında Tarif Şurasının təsdiqlədiyi birinci əlavəyə əsasən, yaşayış sahəsi üçün hər kvadrat metrə görə 2 qəpik, məişət tullantılarının daşınması üçün isə mənzildə yaşayan hər bir şəxsə görə 1 manat ödənilməlidir. Lakin, cavabdeh qanunla müəyyən olunmuş bu tarifləri pozaraq hər kvadrat metrə görə qanunsuz şəkildə 30 qəpik tələb etmiş, sonradan bu məbləği 10 qəpik də artıraraq 40 qəpiyə çatdırmışdır. Bu tələblər mövcud qanunvericiliyə ziddir və vətəndaşların hüquqlarının pozulmasına səbəb olur. O, bu ödənişlərə məcbur edilmişdir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona qarşı qanunsuz tətbiq olunan mənzilin hər bir kv.m. üçün 0,3 və 0,4 manat məbləğində tarifin ləğv edilməsi, qanuna uyğun tarifin (0,02 manat/kv.m., liftlərdən istifadə haqqı hər bir şəxsə ayda 0,2 manat, məişət tullantılarının daşınması üçün isə mənzildə yaşayan hər bir şəxsə görə 1 manat ödənilməlidir) tətbiq olunması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “mənzildə aparılmış dəyişikliyin əvvəlki vəziyyətə qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən aparılmış qanunsuz dəyişikliklərin öz hesabına ləğv edilməsi və ilkin vəziyyətə qaytarılması; xx.xx.2021-ci il tarixindən 2025-ci ilin avqust ayına qədər ödənilməmiş 3168 (üç min yüz altmış səkkiz) manat kommunal xidmət haqqı borcunun və ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2018-ci il tarixli əvəzləşdirmə müqaviləsinə və xx.xx.2019-cu il tarixli həmin müqaviləyə bir saylı əlavəyə əsasən ümumi sahəsi 147 kv.m. olan mənzilin inşa olunaraq İddiaçı təhvil verilməsi razılaşdırılmışdır. "xxxx" MMC tərəfindən müqavilə öhdəlikləri tam icra edilmiş və ümumi sahəsi 147 kv.m. olan mənzil İddiaçı təhvil verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən etibarən həmin ünvanda yaşamaqdadır. ünvan 2ında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2021-ci il tarixli ümumi yığıncağının qərarı ilə sözügedən binanın idarə edilməsi və kommunal xidmətlərinin göstərilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Həmçinin, həmin yığıncağın qərarı ilə kommunal xidmətlərin qiyməti də müəyyənləşdirilmişdir. Qeyd etmək zəruridir ki, bina premium səviyyədə inşa olunmuş və geniş həyətyanısahə, liftlər, qapı-pəncərə sistemi, uşaq meydançası, istirahət zonası, kompleksin fasiləsiz mühafizəsi, yanğından mühafizə xidməti və s. kimi amillər sözügedən yaşayış kompleksini ətrafda olan digər komplekslərdən fərqləndirir. İddiaçı xx.xx.2021-ci il tarixindən etibarən yuxarıda qeyd olunan mənzili təhvilalaraq yaşamasına baxmayaraq, bu ünvanda yaşayır və kompleksdə göstərilən bütün kommunal xidmətlərdən yararlanır. Lakin həmin tarixdən etibarən heç vaxt kommunal xidmətlərə görə ödənişlərietməmişdir. Bu barədə İddiaçı dəfələrlə rəsmi xəbərdarlıq məktubları göndərilmiş və kommunal xidmətlərə görə yaranmış borclarının ödəmələri barədə xahiş edilmişdir. Buna baxmayaraq, bu günə kimi İddiaçı ona edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən üzərinə düşən vəzifələri icra etməkdən boyun qaçırmaqdadır. İddiaçı iddia ərizəsi məhkəməyə təqdim olunan tarixə xx.xx.2025-ci il tarixə 3168 manat kommunal xidmət haqqı borcu yaranmışdır. Cavabdeh kimi sakinlərin qanunvericiliklə üzərinə düşən vəzifələrini yerinə yetirməməsi səbəbindən MMC rəhbərliyi kompleksin pis vəziyyətə düşməməsi üçün hər ay öz vəsaiti hesabına müəyyən xərcləri ödəyir. Əlavə olaraq, İddiaçı tərəfindən ona təhvil verilmiş mənzildə qanunsuz dəyişikliklər aparılmışdır. Belə ki, ümumi sahəsi 147 kv.m. olan mənzil təhvil verilsə də, İddiaçı tərəfindən sonradan qanunsuz konstruktiv dəyişikliklər aparılmış və həmin mənzil iki ayrı mənzilə bölünərək iki ayrı giriş qoyulmuşdur. Bununla da, binanın xüsusilə də, həmin mərtəbənin dayanıqlılığına zərər dəymiş və konstruktiv zərər dəymişdir. Həmçinin, cavabdeh İddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsində "xxxx" MMC-yə qarşı “qanunsuz tətbiq olunan tarifin ləğv edilməsinə dair” tələbinə dair iddia ərizəsi qaldırılmışdır. Tələb onunla əsaslandırılmışdır ki, ümumi yığıncağın qərarı ilə təyin edilmiş qiymət Nazirlər Kabineti yanında Tarif Şurasının təsdiqlədiyi qiymətlərə uyğun gəlmir. Belə ki, iddia olunmaqdadır ki, qanunla müəyyən edilmiş tarif məişət tullantılarının daşınması üçün yaşayış sahəsinin hər kv.m. üçün 2 qəpik, hər bir şəxs üçün isə 1 manat təşkiledir. Nəzərə alınmalıdır ki, istinad edilən qanunvericilik ilə işin faktiki halları heç bir şəkildə üst-üstə düşməməkdədir. Belə ki, Tarif Şurasının qərarı məişət tullantılarının daşınması üçün nəzərdə tutulan haqqı tənzimləməkdədir. Həmçinin, həmin qərarın müstəqil fəaliyyət göstərən MMC-yə tətbiq edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh İddiaçı Cavabdeh MMC-nin iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddianı tamamilə əsassız və qeyri-qanuni hesab edir. Belə ki, cavabdehin iddia etdiyinin əksinə olaraq o, mənzildə hər hansı bir dəyişiklik etməmişdir. Mənzil cavabdeh tərəfindən ona təhvil verilmiş ilkin vəziyyətində qalmaqdadır. Məhkəmə tərəfindən yerli baxış keçirilərsə bunu gözlə rahat şəkildə görmək mümkündür. Hətta o, mənzildə hər hansı bir dəyişiklik etsəydi də bunun cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, binanın yükdaşıyan hissələrində (sütun və riger) toxunmamaq şərti ilə o, öz mənzilinin daxilində hər hansı bir dəyişiklik apara və təmir işləri görə bilər. Bundan başqa cavabdehin iddia etdiyi ikinci qapı onun özü tərəfindən quraşdırılmışdır. Hətta digər mərtəbələr də eyni yerdə eyni qapıların mövcud olduğunu görə bilərsiz. Həmçinin qeyd etmişdir ki, cavabdehin belə bir qarşılıqlı iddia qaldırmaq üçün ümumiyyətlə subyektiv hüququ yoxdur. Subyektiv hüququn olmaması ilə birbaşa iddianın rədd edilməsi üçün əsasdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarmda ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin tələblərindən də göründüyü kimi cavabdeh irəli sürdüyü qarşılıqlı iddiamn bu hissəsi ilə bağlı subyektiv hüquqa malik deyil. Cavabdeh ondan 147 kv.m. sahəyə görə kommunal xərclərin ödənilməsini tələb edir. Halbuki, bu real vəziyyəti əks etdirmir. Belə ki, onun sahəsi 137 kv.m.-dən ibarətdir. Bundan başqa mənzilin sahəsinin real ölçüsü dövlət organ tərəfindən ölçülərək çıxarışda müəyyən edilir. İddia ərizəsində belə deyilir ki, ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərin xx.xx.2021-çi il tarixli ümumi yığıncağının qərarı ilə sözügedən binanın idarə edilməsi və kommunal xidmətlərinin göstərilməsi "xxxx" MMC-yə edilmişdir. Həmçinin, həmin yığıncağının qərarı ilə kommunal xidmətlərin qiyməti də müəyyənləşdirilmişdir. Yalnız onların çoxmənzilli binası ünvan 4 ünvanda yerləşir. Bundan başqa, 3168 manat kommunal xidmət haqqı hər kv.m. üçün 40 qəpikdən hesablamışdır. Halbuki, bu məbləğ 2021-ci ilin sentyabr ayından 2025-ci ilin iyul ayına qədər 30 qəpikdən hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 373.3-ci maddəsinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Ona görə də hesablama 2023-cü ildən aparılmalıdır. Qarşılıqlı iddianın digər hissəsi də tamamilə əsassızdır. Əvvəlki məhkəmə iclasında iddiaçı müqavilənin "xxxx" MƏNZİL- TİKİNTİ KOOPERATİV üzvlərinin ümumi yığıncağında bağlandığını iddia edib. Niyə 172 kooperativin üzvündən 75 nəfərin iclasda qərar qəbul olundu? "xxxx" MƏNZİL-TİKİNTİ KOOPERATİV onunla üzvlük müqaviləsi bağlamadığından o, bu kooperativin ümumi yığıncaqlarında iştirak etməmiş və "xxxx" MMC-dən müqavilə bağlanarkən haqqında rəyi nəzərə alınmamışdır. 2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinə əsasən, dövlət mənzil fondunun idarə edilməsi müvafiq dövlət orqanları, bələdiyyə mənzillərinin idarə edilməsi yerli hakimiyyət orqanları tərəfindən, fərdi yaşayış evlərinin idarə edilməsi isə ya birbaşa mülkiyyətçi tərəfindən, ya da idarəetmə şirkəti ilə bağlanmış müqavilə əsasmda həyata keçirilir. Buna görə də, xüsusi mülkiyyət sahibləri mənzil istismar agentlikləri ilə müqavilə bağlamaq və onların xidmətlərindən ödənişli istifadə etmək hüququna malikdirlər. Ancaq belə bir sənəd olmadan hər hansı rüsum qanunsuzdur. Bundan başqa, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən, mənzil istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə yalnız ikitərəfli müqavilə əsasında xidmət göstərə bilərlər. Belə ki, əvvəla onunla cavabdeh arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı bir müqavilə bağlamamışdır. Həmçinin göstəriləcək kommunal xidmətlərin dəyəri tərəflər arasında razılaşdırılmamışdır. Belə olan halda cavabdehin nəyə əsaslanaraq qarşılıqlı iddia ərizəsində göstərilən məbləği ondan tələb etməsi aydın deyil. Bundan başqa cavabdehin göstərdiyini iddia etdiyi kommunal xidmətlər tamamilə bərbad vəziyyətdədir. Belə ki, 5 (beş) ilə yaxın müddət ərzində yaşadığı həyətdə olan yaşıllıq və ərazidə sakinlər və uşaqların istirahəti üçün nəzərdə tutulmuş qurğular tamamilə yararsız hala düşmüşdür. Lakin buna baxmayaraq cavabdeh qeyd edilən məsələlərin həll edilməsi ilə bağlı bu günə qədər heç bir iş görməmişdi. O, məhkəmə iddia qaldırdıqdan sonra tələm tələsik orada olan qurğuların bəziləri dəyişdirilərək yenilər ilə əvəz edildi. Bundan başqa yaşadığı həyətdə antisanitariya hökm sürür. Belə ki, zibil qabları dolub daşır və zibil həyətə dağılır. Cavabdeh isə bununla bağlı da heç bir tədbir görmür. Bundan əlavə, tullantıların yığılmasına rayon İcra Hakimiyyəti cavabdehdir. Bu xidmətin göstərilməsi və ödənilməsi üçün bu təşkilatla müqavilənin surətini təqdim etməlidir. Həmçinin zibil qablarının yanında əhalinin su tələbatını ödəmək üçün xüsusi su qurğusu quraşdırılmışdı. Həmin qurğunun kanalizasiya qoşulmaması səbəbindən oradan axan su asfaltın üstünə tökülərək orada gölməçə yaradır və antisanitariya mənbəyinə çevrilir. Binanın liftinin ventilyasiyası işlək vəziyyətdə deyil. Bu səbəbdən də isti aylarda həmin liftdən istifadə zamanı adam boğulur. Yük liftinin içi isə tamamilə bərbad vəziyyətdədir. Binada təmizlik işləri vaxtında və keyfiyyətlə icra edilmir. Sadəcə görüntü xətrinə təmizlik işlərinin icra edilməsi görüntüsü yaradılır. Binanın daxili divarları bərbad vəziyyətdədir. Orada cavabdeh tərəfindən heç bir cari təmir işləri görülmür. Bütün qeyd etdiyi qüsurlarla bağlı dəfələrlə cavabdehə müraciət etsə də cavabdeh bu günə qədər qeyd edilən problemləri aradan qaldırmamışdır. Lakin buna baxmayaraq göstərmədiyi və keyfiyyətsiz göstərdiyi xidmətlərə görə kommunal xidmət haqqı tələb edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5360/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “qanunsuz əməllərin dayandırılması və pul” tələbinə dair və Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMCnə qarşı qanunsuz tətbiq edilən tarifin ləğv edilməsi tələbinə dair 2(004)-5360/2025 saylı mülki işlər bir icraatda birləşdirilməsi və mülki işə 2(004)-4885/2025 saylı nömrənin verilməsi qərara alınmışdır. Cavabdeh İddiaçı xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə tətbiq edərək bildirmişdir ki, icraatda Cavabdeh MMC aparılmış qanunsuz dəyişikliklərin öz hesabına ləğv edilməsi və ilkin vəziyyətə qaytarılması, xx.xx.2021-ci il tarixindən 2025-ci ilin avqust ayına qədər ödənilməmiş 3168 (üç min bir yüz altmış səkkiz) manat məbləğində kommunal xidmət haqqı borcunun və ödənilmiş dövlət rüsumunun məndən alınaraq Cavabdeh MMC-yə verilməsi haqqında qarşılıqlı iddia ərizəsi üzrə iş vardır. Hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tələbin bir hissəsi üzrə iddia müddətini keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 373.3-ci maddəsinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki halda iddiaçının tələbinin yaranma əsası tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsaslandığından hazırkı iddia tələbinə münasibətdə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, oxşar iş üzrə məhkəmə təcrübəsini əks etdirən və qanuni qüvvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin qətnaməsi məlumat üçün təqdim edilmişdir. Həmçinin, texniki səhvliklə hüquqşünasa Elite-1 yaşayış kompleksinə aid sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı təqdim edilmişdir. Hal-hazırda həmin səhvlik müəyyən edilərək aradan qaldırılmış və Elite-2 yaşayış kompleksinə aid sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı sistemə əlavə edilmişdir. Qeyd etmişdir ki, 172 mənzil mülkiyyətçisindən 119 mülkiyyətçinin imzası ilə həmin qərar təsdiqlənmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının birləşdirilmiş iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını, birləşdirilmiş iş üzrə iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, cavabdeh qanunsuzluq edərək, müəyyən olunmuş tarifin qiymətini qaldırmışdır. Bununla bağlı onlara əvvəlcədən məlumat verilməmişdir. Tullantı qutuları azdır, bir müddət sonra pis qoxu verməyə başlayır, uşaqlar üçün müəyyən olunmuş meydança antisanitariya qaydalarına uyğun deyil, bloklar təmizlənmir. Keçən il bu hallara görə evinə siçan girmişdi. Bu kimi hallara baxmayaraq, tarif qiyməti artırılmış və düzgün xidmət göstərilmir. Ona verilən suallara cavab olaraq bildirdi ki, onun tərəfindən "xxxx" MTK-ya və Cavabdeh MMC-nə hər hansı kommunal ödənilş edilməmişdir. Müqavilədə mənzilinin ümumi sahəsi 147 kvadrat metrdir. Hesab edir ki, cavabdeh tərəf iddia müddətini ötürüb. Müqavilə bağlanılması ilə bağlı ona müraciət olunmamışdır. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçının, ilk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, kommunal xidmətlər üçün ümumi yığıncaq keçirilməklə, tarif qiyməti müəyyən edilir. Bunun üçün tərəflərlə müqavilə bağlanılması şərt deyil. MTK ilə olan münasibəti nə Tarif Şurası, nə də Nazirlər Kabineti müəyyənləşdirilmir. Ona verilən suallara cavab olaraq bildirdi ki, ümumi yığıncaq qərarı ilə əksər sakinlər tərəfindən tarif qiymətini vaxtında və problemsiz ödəyirlər. "xxxx" MTK-nın ümumi yığıncağı nəticəsində mənzillərə verilmiş nömrədir. "xxxx" MTK ilə aralarında müqavilə var. "xxxx" MTK ilə 2021-ci il tarixindən müqavilə bağlanılmışdır. Bugünə kimi iddiaçı tərəfindən heç bir ödəniş olunmamışdır. Ümumi yığıncağın qərarı ilə qərar qəbul edilmir, sakinlərlə müqavilə bağlanılmır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin direktoru Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, əvvəlki tarif qiyməti ilə kommunal xidmətləri yerinə yetirmək mümkün olmadığı üçün, qiymətlər artırılmışdır. Hazırda binada 172 sakin yaşayır və əksəriyyət tərəfindən problemlə rastlaşmamışlar. Uşaqlar üçün müəyyən olunmuş meydançanı təkcə bina sakinləri yox, digər qonşu binaların uşaqları istifadə edir. Sakinlərə 18 növ xidmət göstərilir. Göstərilənləri nəzərə alıb İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz tətbiq edilən tarifin ləğv edilməsi, yeni tarifin tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 aprel 2018-ci il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən "xxxx" MMC ünvan 5 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi”yə məxsus olan 79,54 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə, güzəştli şərtlərlə təmirli 95 kv.m. ibarət olan, binanın -- blokunda, -- mərtəbədə, -- otaqlı mənzili “mülkiyyətçi”yə verməyi öhdəsinə götürmüşdür. - "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 15 avqust 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən sifarişçi bu müqavilədə göstərilənlərlə tam razılaşaraq və onlara qeyri-şərtsiz əməl edərək “Əvəzləşdirmə müqaviləsi”ndə qeyd edilən ünvanda əlavə təmirsiz, 52 m2 (brutt, eyvan,çöl divarın yarısı, daxili divar və kolonların tutduğu sahə daxil olmaqla) sahə almaq üçün, birdəfəlik tam 78000 (yetmiş səkkiz min) manat icraçıya ödəyir. Qeyd: Blok 2, mərtəbə 4, ümumi sahəsi 147 m2 (95 m2 təmirli, 52 m2 təmirsiz) olan mənzil. - Cavabdeh MMC-nin elanına əsasən yaşayış kompleksi üzrə sahə mülkiyyətçilərinə kommunal xidmətlərin normal və fasiləsiz göstərilməsi, avadanlıq və mexanizmlərin daim işlək vəziyyətdə saxlanılmasının təmin olunması, onların ehtiyat hissələrinin qiymətinin mövcud iqtisadi bahalaşma nəticəsində 3-4 dəfə artırılması, kompleksə xidmət edən idarə və müəssisələrin xidmət haqqını artırmalarını nəzərə alaraq hər kv.m. əlavə olaraq minimum 0,10 qəpik artırılması məqsədə müvafiq hesab edilmişdir. - Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 46/48, B blok, 4 mərtəbə, 90 saylı mənzil Qasımova Firəngiz Əsəd qızına məxsusdur. Mənzilin ümumi sahəsi - 147 m2- dir. 20 aprel 2018-ci il tarixində adı gedən mənzilin 79,54 m2 əvəzləşmə yolu ilə "xxxx" MMC tərəfindən verilmişdir. 67,46 m2 isə nağd ödəniş etməklə almışlar. Əvəzləşmə yolu ilə alınan mənzillərin aylıq kommunal xidmətlərə görə ödənişləri 0,30 man., alqı satqı yolu ilə alınan mənzillər isə 0,50 man. hesablanır. 79,54 m2 x 0.30 man. = 23,90 man. 57,6 manat (1 aylıq kommunal xidmətlərə görə ödəniş).67,46 m2 x 0.50 man. = 33,70 man. Qasımova Firəngiz Əsəd qızı xx.xx.2021-ci ildən yuxarıda qeyd olunan ünvanda yaşayır. 2021 ildən - 11 ay 2022 ildən - 12 ay 2023 ildən - 12 ay 55 ay x 57,6 = 3168 manat 2024 ildən - 12 ay 2025 ildən - 8 ay Ümumilikdə avqust 2025-ci il tarixinə Qasımova Firəngiz Əsəd qızının kommunal xidmətlərə görə - 3168 manat borcu yaranmışdır. - ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli binalarının yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilmə üsulunun seçilməsinə dair sahə mülkiyyətçilərinin ümumi yığıncağının 24 fevral 2021-ci il tarixli protokoluna əsasən ünvan 7 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış kompleksinin idarə edilməsi və kommunal xidmətlərin göstərilməsinin "xxxx" MMC-yə həvalə edilməsi; ünvan 7 ünvanında yerləşən yaşayış kompleksinin bütün mülkiyyətçiləri, yaşayış və qeyriyaşayış sahələri üzrə müvəqqəti istifadəçiləri və müvəqqəti sakinləri ilə kommunal xidmətləri haqqında müqavilənin bağlanmasının "xxxx" MMC-yə tapşırılması; binanın saxlanılması üçün nəzərdə tutulmuş xərcin məbləği hər kvadratmetr üçün 0.50 manat (əlli qəpik) müəyyən edilməsi; "xxxx" MMC-nin idarəetmə üsulu, prinsipləri, qaydaları onunla bağlanacaq kommunal xidmətlərin göstərilməsi Müqaviləsi və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənməsi; "xxxx" MMC-nin göstərdiyi xidmətin məbləği hər ay sahə mülkiyyətçilərindən yığılmış kommunal ödənişlərdən əldə olunmuş vəsait hesabına ödənilməsi; hər ay sahə mülkiyyətçilərindən yığılmış vəsaitdən binanın saxlanılması xərcləri çıxıldıqdan sonra qalan məbləğin "xxxx" MMC-yə xidmət haqqı ödənişi olaraq nəzərə alınması; "xxxx" MMC fəaliyyətinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun şəkildə həyata keçirilməsinin təmin etməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC çoxmənzilli yaşayış binasının ümumi əmlakına xidmət və idarəetmə funksiyalarını həyata keçirir. Ümumi yığıncağının qərarı ilə ünvan 7 ünvanında yerləşən yaşayış kompleksinin bütün mülkiyyətçiləri, yaşayış və qeyri-yaşayış sahələri üzrə müvəqqəti istifadəçiləri və müvəqqəti sakinləri ilə kommunal xidmətləri haqqında müqavilənin bağlanmasının "xxxx" MMC-yə tapşırılmış, binanın saxlanılması üçün nəzərdə tutulmuş xərcin məbləği hər kvadratmetr üçün 0.50 manat (əlli qəpik) müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2018-ci il tarixli əvəzləşdirmə müqaviləsinə və xx.xx.2019-cu il tarixli həmin müqaviləyə bir saylı əlavəyə əsasən ümumi sahəsi 147 kv.m. olan mənzilin inşa olunaraq İddiaçı təhvil verilməsi razılaşdırılmışdır. "xxxx" MMC tərəfindən müqavilə öhdəlikləri tam icra edilmiş və ümumi sahəsi 147 kv.m. olan mənzil İddiaçı təhvil verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən etibarən həmin ünvanda yaşamaqdadır. Cavabdeh İddiaçı tərəfindən 3168 (üç min yüz altmış səkkiz) manat kommunal xərclərin ödənilməməsi mülki işin mübahisəsiz halıdır. Məhkəmə bildirir ki, ünvan 8 ünvanında yerləşən çoxmərtəbəli binalarının yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilmə üsulunun seçilməsinə dair sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə sözügedən binanın idarə edilməsi və kommunal xidmətlərinin göstərilməsi Cavabdeh MMC-yə həvalə edildiyindən və kommunal xidmət haqlarının da məbləği müəyyən edildiyindən, İddiaçı Cavabdeh MMC tərəfindən ona qarşı qanunsuz tətbiq olunan mənzilin hər bir kv.m. üçün 0,3 və 0,4 manat məbləğində tarifin ləğv edilməsi, qanuna uyğun tarifin (0,02 manat/kv.m., liftlərdən istifadə haqqı hər bir şəxsə ayda 0,2 manat, məişət tullantılarının daşınması üçün isə mənzildə yaşayan hər bir şəxsə görə 1 manat ödənilməlidir) tətbiq olunması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması tələbi sassızdır və təmin edilməməlidir. Nəzərə alınır ki, tərəflər arasında müvafiq münasibətlərlə bağlı müqavilə bağlanmamış, öhdəlik münasibətləri yaranmamışdır. Məhz bu səbəbdən, iddia tələbinin qanuni əsası qismində öhdəlik münasibətlərinin çıxış etməsi istisna olunur. Cavabdehin mülkiyyətində olmuş mənzil binanın tərkib hissəsi olması xüsusatı əsas götürülməklə iddiaçı tərəfindən binanın saxlanılması, ümumi mülkiyyətin qorunması, təminatı, müdafiəsi və s. ilə bağlı zəruri yaxşılaşdırıcı tədbirlər görülmüşdür. Yəni, iddiaçı tərəf özgə işlərini tapşırıqsız icra etmişdir ki, həmin işlərin görülməsi mülkiyyətçilərin, həmçinin cavabdehin ümumi maraqlarına uyğundur. Lakin, qanunçuluq və hüquqi sabitliyin təmin olunması üçün iddiaçı vətəndaşlarla müqavilə bağlamaqla müvafiq haqqların (ödəniş) tələb edilməsində fəallıq göstərməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün belə müqavilə bağlandığı andan və ya yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və ya kommunal xidmətlərə görə haqdan ibarətdir. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Birləşdirilmiş iddia ərizəsi üzrə iş materiallarından göründüyü kimi, cavabdeh İddiaçı tərəfindən mənzildə layihəyə zidd dəyişikliklər aparılmış, eləcə də xx.xx.2021-ci ildən 2025-ci ilin avqust ayına qədər Cavabdeh MMC-yə xidmət haqqı ödənilməmişdir. MMC-nin təqdim etdiyi maliyyə arayışı, hesablama qaydası, düsturuna əsasən, ümumi borc məbləği 3168 manat təşkil edir. Cavabdeh İddiaçı iddia müddətinin tətbiqi barədə ərizə vermiş, bu ərizə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 və 374-cü maddələrinə əsasən məhkəmə tərəfindən əsaslı hesab edilmişdir. Buna görə, yalnız son üç il (2022-ci ilin sentyabr ayından 2025-ci ilin sentyabr ayına qədər) olan dövr üzrə 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat borcun tutulması qanunauyğun sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin əks iddiası qismən təmin edilməlidir – yəni, iddia müddətinə görə yalnız son 3 ilin kommunal xidmət haqqı tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı cavabdeh tərəfindən aparılmış qanunsuz dəyişikliklərin öz hesabına ləğv edilməsi və ilkin vəziyyətə qaytarılması hissəsində iddiaçının subyektiv hüququ olmadığından tələb həmin hissədə əsassızdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz tətbiq edilən tarifin ləğv edilməsi, yeni tarifin tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin iddiası qismən təmin edilməli, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində pul iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulmalı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Cavabdeh MMC-nin iddiası qismən təmin edildiyindən, ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsinin birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçı Cavabdeh MMC-nə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz tətbiq edilən tarifin ləğv edilməsi, yeni tarifin tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin iddiası qismən təmin edilsin. Birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində pul iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulsun. Ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsi birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulsun, dövlət rüsumu qalan hissədə iddiaçı Cavabdeh MMC-nə aid edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar