Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-49/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı2, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri – anası Cavabdeh2 və bacısı Karahanlı (Əliyeva) Aybəniz Novruzəli qızı ilə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onların paylarına düşən hissəsinin naturada ayrılaraq onların sahiblik və istifadələrinə verilməsinə dair qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-120/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onlar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə vərəsə kimi tanınmış və məhkəmənin həmin qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə İddiaçı1 1/5 hissədə, İddiaçı6 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, İddiaçı5 1/15 hissədə, İddiaçı4 1/15 hissədə və İddiaçı3 1/15 hissədə payı müəyyən edilmiş və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 oktyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış alınmışdır. Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə cavabdehlər - Cavabdeh1 və onun ailə üzvləri - anası Cavabdeh2 və bacısı Karahanlı (Əliyeva) Aybəniz Novruzəli qızı da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə vərəsə kimi tanınmış və məhkəmənin həmin qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə hər birinə ayrı-ayrılıqda 1/15 hissədə pay müəyyən edilmişdir. Lakin Cavabdeh1 və ailə üzvləri qeyd olunan fərdi yaşayış evinin ümumi sahəsinin 1/2 hissəsini qanunsuz olaraq zəbt edib orada yaşayırlar. Onlar cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri - anası Cavabdeh2 və bacısı Karahanlı (Əliyeva) Aybəniz Novruzəli qızının qanunsuz olaraq zəbt etdikləri onlara məxsus mənzil sahəsini boşaltmaları üçün onların özlərinə və ərazi üzrə Bakı şəhəri Yasamal rayonu, İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı Kommunal İstismar Sahəsinin rəisinə Bildiriş və Xəbərdarlıq Məktubları göndərmişlər. Lakin onlara məxsus olan mənzil sahəsi cavabdehlər tərəfindən hal-hazıra kimi boşaldılmamışdır. Bununla da cavabdehlər tərəfindən onların qanunla qorunan mülkiyyət hüquqları pozulur. Odur ki, mübahisəli fərdi yaşayış evinin onların payına düşən hissəsinin naturada ayrılaraq onların sahiblik və istifadəsinə verilməsi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı1 xx.xx.2023-cü il tarixdə öldüyü müəyyən olunduğundan onun hüquqi varisi müəyyən olunanadək mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq notariat ofisi tərəfindən poçt vasitəsilə məhkəməyə təqdim edilmiş İddiaçı1 vərəsəlik işinin təsdiq edilmiş surətinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı4 İddiaçı1 vərəsəsidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qəraradadı ilə mülki iş üzrıə icraat təzələnmiş və İddiaçı4 İddiaçı1 hüquqi varisi kimi tanınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə İddiaçı1 1/5 hissədə, İddiaçı4 1/15 hissədə, Cavabdeh1 1/15 hissədə, İddiaçı6 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, İddiaçı5 1/15 hissədə, İddiaçı3 1/15 hissədə, Cavabdeh3 1/15 hissədə, X3 1/15 hissədə payı müəyyən edilmiş və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 oktyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-120/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4 və İddiaçı3, müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3 və Cavabdeh2 qanun üzrə vərəsə kimi tanınmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə İddiaçı1 1/5 hissədə, İddiaçı4 1/15 hissədə, Cavabdeh1 1/15 hissədə, İddiaçı6 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, İddiaçı5 1/15 hissədə, İddiaçı3 1/15 hissədə, Cavabdeh3 1/15 hissədə, X3 1/15 hissədə payı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texnikası ekspertizasının 10 avqust 2023cü il tarixli, 10/4062 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən A fərdi yaşayış evi və zirzəminin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsinin “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 2.2-ci bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə qeyd edir ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin, paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. Bu halda Mülki Məcəllənin 220.6-cı maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarındakı mövqeyinə əsasən iddiaçının hüquqi vardır ki, paylı mülkiyyətlərində olan əmlakın açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilərin paylarına uyğun olaraq aralarında bölüşdürülməsini tələb etsin. Lakin, hazırki iş üzrə iddiaçı bu barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin göstərişinə görə hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçılar yalnız əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbi barədə iddiası təmin edilməməlidir. Bundan başqa, MPM-in 115.0.1-ci maddəsinin tələbinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı4 aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-49/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-49/2024
23.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver