Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4905/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan LG üçün 73 manat ödənilməmiş hissə, 22 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 420 manat ödənilməmiş hissə, 126 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı Soyuducu və Paltaryuyan üçün 1400 manat ödənilməmiş hissə, 420 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 2 ədəd Soyuducu LG, MİTSUBİSHİ ELECTRİC kondisioner üçün 4560 ödənilməmiş hissə, 1368 manat dəbbə, ümumilikdə 8389 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8419 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Paltaryuyan LG, Samsung LED TV, Samsung markalı Soyuducu və Paltaryuyan, 2 ədəd Soyuducu LG, MİTSUBİSHİ ELECTRİC kondisioner almış və nəticədə 8389 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 955 manat (12 ay x 72 manat + 91 manat ilkin ödəniş) Paltaryuyan LG üçün ümumilikdə, 95 manat olmaqla ondan, 73 manat ödənilməmiş hissə, 22 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1008 manat (12 ay x 84 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 546 manat olmaqla ondan, 420 manat ödənilməmiş hissə, 126 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2287 manat (11 ay x 175 manat + 362 manat ilkin ödəniş) Samsung markalı Soyuducu və Paltaryuyan üçün ümumilikdə, 1820 manat olmaqla ondan, 1400 manat ödənilməmiş hissə, 420 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4936 manat (12 ay x 380 manat + 376 manat ilkin ödəniş) 2 ədəd Soyuducu LG, MİTSUBİSHİ ELECTRİC kondisioner üçün ümumilikdə, 5928 manat olmaqla ondan, 4560 manat ödənilməmiş hissə, 1368 manat dəbbə borcu iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2733 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə etiraz təqdim etdi və əlavə olaraq izahatında qeyd etdi ki, iddiaçıya borcun olduğunu etiraf etdiyini lakin, iddia tələbində göstərilən faiz və dəbbə pulları artıq borc hesablanmışdır. Buna görə də məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişidir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 00408460 saylı müqavilədən görünür ki, iddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən cavabdehə 12 ay müddətinə aylıq 72 manat ödəmək şərti ilə, 91 manat ilkin ödənişlə ümumi məbləği 955 manat olan LG markalı Paltaryuyanverilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 00423738 saylı müqavilədən görünür ki, iddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən cavabdehə 12 ay müddətinə aylıq 84 manat ödəmək şərti ilə, ilkin ödənişsiz ümumi məbləği 1008 manat olan Samsung LED TV verilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00627045 saylı müqavilədən görünür ki, iddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən cavabdehə 11 ay müddətinə aylıq 175 manat ödəmək şərti ilə, 362 manat ilkin ödənişlə ümumi məbləği 2287 manat olan Samsung markalı Soyuducu və Paltaryuyan verilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00729923 saylı müqavilədən görünür ki, iddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən cavabdehə 12 ay müddətinə aylıq 380 manat ödəmək şərti ilə, 376 manat ilkin ödənişlə ümumi məbləği 4936 manat olan 2 ədəd Soyuducu LG və MİTSUBİSHİ ELECTRİC kondisioner verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh “xxxxxxxxxxx” MMC-yəxx.xx.2018-ci il tarixli, 00408460 saylı müqavilə üzrə 73 manat əsas borc, 22 manat cərimə borcu, ümumilikdə 95 manat, xx.xx.2018-ci il tarixli, 00423738 saylı müqavilə üzrə 420 manat əsas borc, 126 manat cərimə borcu, ümumilikdə 546 manat, xx.xx.2019-cu il tarixli, 00627045 saylı müqavilə üzrə 1400 manat əsas borc, 420 manat cərimə borcu, ümumilikdə 1820 manat, xx.xx.2019-cu il tarixli, 00729923 saylı müqavilə üzrə 4500 manat əsas borc, 1368 manat cərimə borcu, ümumilikdə 5928 manat olmaqla, cəmi 8389 manat borcu vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr bağlanmışdır. Lakin cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliyi pozmuşdur. Belə ki, cavabdehin xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan LG üçün 73 manat ödənilməmiş hissə, 22 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 420 manat ödənilməmiş hissə, 126 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı Soyuducu və Paltaryuyan üçün 1400 manat ödənilməmiş hissə, 420 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 2 ədəd Soyuducu LG və MİTSUBİSHİ ELECTRİC kondisioner üçün 4560 ödənilməmiş hissə, 1368 manat dəbbə, ümumilikdə 8389 manat borcu qalmaqdadır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan LG üçün 73 manat ödənilməmiş hissə, 5 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 420 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı Soyuducu və Paltaryuyan üçün 1400 manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 2 ədəd Soyuducu LG və MİTSUBİSHİ ELECTRİC kondisioner üçün 4560 ödənilməmiş hissə, 100 manat dəbbə borcu, ümumilikdə cəmi 6578 borc tutularaq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2020-ci il tarixli maliyyə arayışına görə cərimə pullarının xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 22 manat deyil, 5 manat məbləğində; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 126 manat deyil, 10 manat məbləğində; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 420 manat deyil, 10 manat məbləğində; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1368 manat deyil, 100 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki ProsessualMəcəlləsinin77.1-cimaddəsinəəsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, paltaryuyan LG üçün 73 (yetmiş üç) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə; xx.xx.2018-ci il tarixlimüqaviləyəəsasən, Samsung Led TV üçün, 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu və paltaryuyan üçün 1400 (bir min dörd yüz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2 ədəd soyuducu LG, Mitsubishi Electric kondisioner üçün ümumilikdə 4560 (dörd min beş yüz altmış) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə olmaqla, cəmi 6578 (altı min beş yüz yetmiş səkkiz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4905/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4905/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver