Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4912/2023 18.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi nümayəndəsi və vəkili X8 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə mərhum anası X2 mülkiyyətə verilmiş “0,45 ha pay torpağına” və “həyətyanı torpaq sahəsinə” mülkiyyət hüququnu təsdiq edən JN-218A kod 41003005 nömrəli şəhadənamənin mərhum anası X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X5 02 mart 2011-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra vərəsəliyin qəbulu ilə əlaqədar notariat orqanına ərizə vermişdir. Anasına məxsus Şamaxı rayonu Astraxanovka kəndində yerləşən yaşayış evi və onun həyətyanı sahəsinə, eləcə də pay torpaq sahəsinə aid ona vərəsəlik qaydasında mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi xahişi ilə müraciət etmişdir. Həmin idarədən ona mülkiyyət hüququ haqqında şəhadətnamə verməkdən imtina edərək bildirmişlər ki, həmin sənədlə anasının şəxsiyyət vəsiqəsindəki göstərilən adla eyni deyildir. Belə kki, sözügedən şəhadətnamədə anasının adı “Simuzər” deyil, “Samirə” yazılmışdır və bu səbəbdən də problem yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X13 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş JN-218A kod 41003005 nömrəli şəhadətnamənin surətinə əsasən mülkiyyətçi kimi X6 göstərilmiş, daha sonra Qızmeydan icra nümayəndəliyi tərəfindən “Samirə” adına “Simuzər” kimi düzəliş qeydi aparılmışdır. İş materiallarında olan xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi anası X4r. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ 467236 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli **********97 saylı məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-218A kod 41003005 nömrəli şəhadətnamə mərhumun adı səhv göstərildiyindən və sənədi verən orqan ləğv edildiyindən adlarda olan səhvvlərin düzəldilməsi mümkün deyildir. Bu məsələ ilə əlaqədar sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X12 ifadəsində göstərmişdir ki, ərizəçi qardaşı, mərhum X5 isə anasıdır. Anasına məxsus Şamaxı rayonunda yerləşən torpaq sahəsi və həyatyanı sahəyə dair mülkiyyət sənədində onun adı səhvən Samirə göstərilmişdir. Anası 2011-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X14 şahid X12 ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin anası X1 rayonunda 0,45 hektar torpaq sahəsinin (həyətyanı sahə daxil olmaqla) sahibi olmuş və xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair sənəddə onun adı “Samirə” kimi, ölüm haqqında şəhadətnamədə isə “Simuzər” kimi qeyd olunmuşdur . Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komissiyasının Şamaxı rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-218A KOD 41003005 nömrəli şəhadətnamənin 02 mart 2011-ci il tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şamaxı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komissiyasının Şamaxı rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-218A KOD 41003005 nömrəli şəhadətnamənin 02 mart 2011-ci il tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4912/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4912/2023
18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver