Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-493/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası; Cavabdeh QSC BOKT-nın İddiaçı qarşı “kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə “xxxx” ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun və ona hesablanmış faizlərin İddiaçı hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh QSC BOKT İddiaçı qarşı “kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə “xxxx” ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 326.900 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh QSC BOKT-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı 2007-ci il tarixdən “xxxx” MMC-də mühafizəçi işləmişdir. “xxxx” MMC “xxxx” ASC-nin balansında olan binaların mühafizəsini həyata keçirmişdir. İddiaçı həmin vaxtlar, o cümlədən 2010-cu ili əhatə edən dövrdə bankın müxtəlif filiallarında mühafizəçi kimi işləmişdir. Həmin vaxt rəisi İbrahim Hüseynov iddiaçını və digər iş yoldaşlarını “xxxx” ASC-nin Nəqliyyat filialına göndərərək, orada əmək müqaviləsini imzalamağı xahiş etmişdir. Bununla əlaqədar iddiaçı həmin filiala getmiş və hansısa sənədlərə imza etmişdir. Bu hadisə təxminən 2010-cu ilin ortalarında baş vermişdir. İddiaçı həmin vaxt imzaladığı sənədlərin məzmununu bilməmiş və həm də rəisin tapşırığı olduğu üçün sənədlərin məzmunu ilə maraqlanmamışdır. Həmin vaxt iddiaçıya heç bir pul vəsaiti verilməmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçının, habelə digər mühafizəçilərin imzaladıqları müqavilələr əslində kredit müqavilələri olmuşdur. Belə ki, İddiaçı ilə “xxxx” ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya guya 900.000 manat kredit verilmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçıya heç bir pul vəsaiti verilməmişdir. Həmin müqavilədə qeyd olunan 895.520 manat pul vəsaiti, habelə digər müqavilələr üzrə də rəsmiləşdirilən pullar bankın rəhbərliyi tərəfindən cinayət yolu ilə mənimsənilmişdir. Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-975/2016 nömrəli hökmü ilə “xxxx” MMC-nin rəhbəri İbrahim Hüseynov bankın digər rəhbər işçiləri ilə, o cümlədən “xxxx” ASC-nin İdarə Heyətinin sədri işləmiş Cahangir Hacıyevlə əlbir olub külli miqdarda bankın vəsaitlərini mənimsəməyə görə uzun müddətli həbs cəzalarına məhkum olmuşlar. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(103)- 845/2017 nömrəli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış və xx.xx.2017-ci il tarixdən hökm qanuni qüvvəyə minmişdir. Həmin hökmə əsasən İddiaçı adına rəsmiləşdirilmiş xx.xx.2010cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə 895.520 manat pul vəsaitinin iş üzrə təqsirləndirilən şəxslər tərəfindən mənimsənildiyi və zərərçəkmiş bankın mülki iddiasının təmin edildiyi, İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 895.520 manat pul vəsaitinin, onun adına xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə qeyri-qanuni açılmış 895.520 manat kreditin, “xxxx” ASC-yə vurulmuş ziyanın ödənilməsi kimi qiymətləndirilmişdir. İş üzrə vurulmuş maddi ziyanın məbləğlərinin məhkumlar İbrahim Hüseynov, Cahangir Hacıyev və qeyrilərindən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə hökmdən və qərardan görünür ki, iş üzrə dəymiş maddi ziyanın böyük hissəsi, o cümlədən iddiaçının adına rəsmiləşdirilmiş 895.520 manat kredit tam şəkildə “xxxx” ASC-yə qaytarılmışdır. Həmçinin iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər İbrahim Hüseynov, Cahangir Hacıyev və qeyriləri bildirmişlər ki, müxtəlif şəxslərin, o cümlədən iddiaçının adına rəsmiləşdirilmiş kreditlər üzrə onlara pul vəsaitləri verilməmiş, bankın sərəncamında qalmış və başqa şəxslərə daha yüksək faizlə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh QSC arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqaviləyə əsasən problemli aktivlər üzrə tələb hüququ Cavabdeh QSC-yə güzəşt edilmiş və xx.xx.2017-ci il tarixli SFK-35 saylı aktla iddiaçıya aid sənədlər Cavabdeh QSC-yə təhvil-təslim edilmişdir. Göründüyü kimi, iddiaçının adına kredit müqaviləsi rəsmiləşdirilsə də, həmin müqavilə üzrə kredit vasitələri iddiaçıya verilməmişdir və iddiaçı bu vəsaitdən faydalanmamışdır. Bu səbəbdən iddiaçıdan almadığı kreditə görə hesablanmış 326.900 manat faiz məbləğinin tələb edilməsi qanunsuz və əsassızdır. Həmçinin qarşılıqlı iddia üzrə xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə görə yaranmış borcun və hesablanmış faizlərin tələb edilməsi üçün üç illik iddia müddəti də ötürülmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğundan və iddia müddəti keçdiyinə görə rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh QSC BOKT-nın nümayəndəsi X6 məhkəmə iclasında İddiaçı iddiasını qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə Cavabdeh QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC-yə keçmişdir. Cavabdeh QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X22 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər Cavabdeh QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alması ilə bağlı İddiaçı dair sənədlər xx.xx.2017-ci il tarixli SFK-40 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh QSC-yə verilmişdir. “xxxx” ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsinə əsasən illik 14% hesablanmaqla 36 ay müddətinə İddiaçı 900.000 manat kredit verilmişdir. xx.xx.2020-ci il tarixli kassa məxaric orderinə əsasən 895.520 manat pulun İddiaçı ödənildiyi qeyd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)- 975/2016 nömrəli hökmündə İddiaçı adına rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə 895.520 manat pul vəsaitinin iş üzrə təqsirləndirilən şəxslər tərəfindən mənimsənildiyi və İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 895.520 manat pul vəsaitinin xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə “xxxx” ASC-yə vurulmuş ziyan kimi ödənilməsi öz təsdiqini tapsa da, xx.xx.2010-cu il tarixli müqavilə üzrə hesablanmış 326.900 manat faiz borcu ödənilməmişdir. Bu səbəbdən hesab edir ki, məhkəmənin hökmü ilə 895.520 manat pul vəsaitin İddiaçı verilmədiyi sübuta yetirilsə də, bank hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçı Cavabdeh QSC BOKT-nın qarşılıqlı iddiası rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə Cavabdeh QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC-yə keçmişdir. Cavabdeh QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X22 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər Cavabdeh QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu İddiaçı dair sənədlər xx.xx.2017-ci il tarixli SFK-40 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh QSC-yə verilmişdir. “xxxx” ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsində göstərilir ki, “xxxx” ASC-nin Nəqliyyat filialı ilə borcalan İddiaçı illik 14% hesablanmaqla 36 ay müddətinə 895.520 manat kredit vermişdir. xx.xx.2020-ci il tarixli kassa məxaric orderinə əsasən 895.520 manat pulun İddiaçı ödənildiyi qeyd edilmişdir. Kredit vəsaitindən istifadə müddəti xx.xx.2013-cü il tarixdə bitir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-975/2016 nömrəli hökmü ilə “xxxx” MMC-nin rəhbəri İbrahim Hüseynov bankın digər rəhbər işçiləri ilə, o cümlədən “xxxx” ASCnin İdarə Heyətinin sədri işləmiş Cahangir Hacıyevlə əlbir olub külli miqdarda bankın vəsaitlərini mənimsəməyə görə uzun müddətli həbs cəzalarına məhkum olmuşlar. Həmin hökmlə müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə 895.520 manat pul vəsaitinin iş üzrə təqsirləndirilən şəxslər tərəfindən mənimsənildiyi və zərərçəkmiş bankın mülki iddiasının təmin edildiyi, İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 895.520 manat pul vəsaitinin, onun adına xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə qeyri-qanuni açılmış 895.520 manat kredit, “xxxx” ASC-yə vurulmuş ziyanın ödənilməsi kimi qiymətləndirilmişdir. Yəni, xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixli kassa məxaric orderinə əsasən İddiaçı verildiyi iddia edilən 895.520 manat vəsait tam şəkildə vurulmuş maddi zərərin əvəzi kimi “xxxx” ASC-yə ödənilmişdir. İş üzrə vurulmuş maddi ziyanın məbləğlərinin məhkumlar İbrahim Hüseynov, Cahangir Hacıyev və qeyrilərindən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər İbrahim Hüseynov, Cahangir Hacıyev və qeyriləri bildirmişlər ki, müxtəlif şəxslərin, o cümlədən İddiaçı adına rəsmiləşdirilmiş kredit müqavilələri üzrə onlara pul vəsaitləri verilməmiş, bankın sərəncamında qalmış və başqa şəxslərə daha yüksək faizlə verilmişdir. Cinayət işinə məhkəmədə baxılarkən şahid qismində dindirilmiş İddiaçı, X7, X11, X18, X20, X4, X21, X8, X1, X15, X9 və X5 şahidlər X10, X16, X12, X13 və X27 ilə oxşar məzmunlu ifadələr verərək göstərdilər ki, “xxxx” MMC-nin rəhbəri İbrahim Hüseynovun tapşırığı ilə “xxxx” ASC-nin “Nəqliyyat” və “Nərimanov” filiallarına gedərək, adlarına kredit rəsmiləşdirilməsi üçün lazımi sənədləri imzalasalar da, bankdan pul götürməmişlər, adlarına rəsmiləşdirilən pulun məbləği, həmin pulun kim tərəfindən götürülməsi və nəyə sərf edilməsi barədə məlumatları olmamışdır. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-975/16 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi uydurma əqd olmuş, İddiaçı kredit verilməsi görüntüsü yaratmaq üçün bağlanmışdır. xx.xx.2010-cu il tarixli kassa məxaric orderində göstərilən 895.520 manat vəsait İddiaçı verilməmiş, bankın rəhbərliyi tərəfindən cinayət yolu ilə mənimsənilmiş, daha sonra cinayət işinə baxılan zaman İddiaçı verildiyi iddia edilən 895.520 manat vəsait tam şəkildə vurulmuş maddi zərərin əvəzi kimi “xxxx” ASC-yə ödənilmişdir. Eyni zamanda hökmdən görünür ki, İddiaçı həmin işdə şahid qismində dindirilmiş və həmin kredit müqaviləsi barəsində ən azından cinayət işinə baxılan zaman məlumatı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, İddiaçı xx.xx.2010-cu il tarixli əqdin məhkəmədə mübahisələndirilməsi üçün müəyyən olunmuş bir illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı 2016-cı ildə kredit müqaviləsindən və həmin kredit müqaviləsi üzrə onun adından kredit götürülməsindən məlumatı olduğu halda, yəni kredit müqaviləsinin etibarsızlığı əsasları barədə həmin tarixdə bildiyi halda, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən “Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.” Məhkəmə qeyd edir ki, İddiaçı Mülki Məcəllənin 354-cü maddəsi ilə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən kredit müqaviləsinin etibarsızlığını mübahisələndirmək hüququnu itirmişdir. Odur ki, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia təmin edilə bilməz və həmin hissədə iddia rədd edilməldir. Bununla yanaşı məhkəmə qeyd edir ki, tədqiq olunmuş sübutlarla xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin uydurma əqd olduğu və həmin kredit müqaviləsi ilə İddiaçı kredit verilmədiyi təsdiq edildiyindən, həmin kredit müqaviləsi üzrə iddiaçıdan hər hansı borcun tutulması tələb edilə bilməz. Odur ki, iddiaçının kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin iddiaçının hesabından silinməsi hissəsində iddia tələbi əsaslıdır və bu hissədə İddiaçı iddiası təmin edilməli, İddiaçı ilə “xxxx” ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə hesablanmış borc (əsas, faiz, dəbbə) İddiaçı hesabından silinməlidir. Qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə də qiymət verərək hesab edir ki, Cavabdeh QSC BOKT-nın qarşılıqlı iddiası əsassız olduğundan iddia müddətinin tətbiqinə lüzüm yoxdur. Əgər qarşılıqlı iddia əsaslı olsaydı belə, iddia müddətinin ötürülməsinə görə də qarşılıqlı iddia rədd edilməli idi. Çünki, xx.xx.2010-cu il tarixli kredit müqaviləsində göstərilən kredit vəsaitindən istifadə müddəti xx.xx.2013-cü il tarixdə bitmişdir. Tərəflər arasındakı müqavilə üzrə 985.520 manat vəsaitin həqiqətən də İddiaçı verildiyi təsdiq edildiyi təqdirdə belə, həmin müqavilə üzrə üç illik iddia müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Cavabdeh QSC BOKT üç illik iddia müddətini də buraxaraq İddiaçı qarşı “xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 326.900 manat faiz borcunun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə uyğun olaraq iddia müddətinin tətbiqinə dair xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə vermişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən-kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumu öz qərarında qeyd etmişdir ki, “Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə “xxxx” ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə hesablanmış borc (əsas, faiz, dəbbə) İddiaçı hesabından silinsin. İddia tələbi - İddiaçı ilə “xxxx” ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edilsin. Cavabdeh QSC BOKT-nın İddiaçı qarşı “İddiaçı ilə “xxxx” ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10682 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 326.900 (üç yüz iyirmi altı min doqquz yüz) manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh QSC BOKT-a ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh QSC BOKT-a aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-493/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-493/2021
30.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver