Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-494/2021 13.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Müəyyən etdi: İddiaçı cavabdeh Aqrarkredit QSC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə "xxxx" arasında tərtib olunmuş 02.09.2010-cu il tarixli 10635 saylı kredit müqaviləsinin etibarsız hesab olunmasına, həmin kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin İddiaçı hesabından silinməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqqiləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı ilə "xxxx" arasında tərtib olunmuş 07.09.2010-cu il tarixli 10635 saylı və 24.09.2021-ci il tarixli 10678 saylı kredit müqavilələrinin etibarsız hesab olunmasına, həmin kredit müqavilələrinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin İddiaçı hesabından silinməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Aqrar kredit QSC BOKT qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 24.09.2010-cu il tarixli, 10678 saylı və 07.09.2010-cu il tarixli,10935 saylı kredit müqavilələri üzrə (hər iki müqavilə üzrə) faiz borcu 424.448,37 manat cəmi 424.448,37 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub Cavabdeh QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Aqrarkredit QSC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh QSC-nin cavabdeh İddiaçı 24.09.2010-cu il tarixli, 10678 saylı kredit müqaviləsi üzrə faiz borcu 317.356,67 (üç yüz on yeddi min üç yüz əlli altı manat , altmiş yeddi qəpik) manat, 07.09.2010-cu il tarixli, 10935 saylı kredit müqaviləsi üzrə faiz borcu 107.091,70 (yüz yeddi min doxsan bir manat yetmiş qəpik) manat , hər iki müqavilə üzrə cəmi 424.448,37 manat (dörd yüz iyirmi dörd min dörd yüz qırx səkkiz manat, otuz yeddi qəpik) manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub Cavabdeh QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, müqqvilələr etibarsız əqdlərdir və bu səbəbdən də iddiaçıdan həmin heç bir borc tələb edilə bilməz. 28.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək ilkin iddia üzrə cavabeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC tərəfindən məhkəməyə qarşılıqlı iddia tələbinin iddia müddətinin buraxılması ilə verildiyindən həmin qarşılıqli iddia tələbinin rədd olunmasına, İddiaçı ilə "xxxx" Nəqliyyat filialı arasında tərtib olunmuş 07.09.2010-cu il tarixli 10635 saylı və 24.09.2021-ci il tarixli 10678 saylı kredit müqavilələrinin etibarsız hesab olunmasına, həmin kredit müqavilələrinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin İddiaçı hesabından silinməsinə dair müvafiq qətnamə qəbul edilməsini dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi izahatının qarşılıqlı iddia ərizəsinə uyğun olduğunu, ilkin iddia tələbinin əssasız olduğunu, imzaların İddiaçı məxsus olduğunu, müqavilələr üzrə faiz borcunun yarandığını bildirmiş və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 07.09.2010-cu il tarixli 10935 saylı kredit müqaviləsinə əsasən müəyyən edilir ki, borc verən Azərbaycan Respublikası Beynəlxalq X3 borcalan İddiaçı 840.000 (səkkiz yüz qırx min) manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalana verilən kreditdən istifadə müddəti 36 aydır. İş materiallarında 29.09.2010-cu il tarixli 10678 saylı müqaviləyə əsasən müəyyən olunur ki, borc verən Azərbaycan Respublikası Beynəlxalq X3 borcalan İddiaçı 870.000 (səkkiz yüz yetmiş min) manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalana verilən kreditdən istifadə müddəti 36 aydır. İş materiallarında olan 24.09.2014-cu il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 865.650 manat məbləğində pulu Azərbaycan Beynəlxalq Bankı ASC-dən almışdır. İş materiallarında olan 21.12.2011-ci il tarixli kassa məxaric orderinə əsasən 564.744 manat məbləğində pul Azərbaycan Beynəlxalq Bankı ASC-dən alınmışdır. İş materiallarında olan 11.08.2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Cavabdeh QSC-yə güzəşt edilməsinə dair müqaviləyə əsasən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlaması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570№-li fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı” ASC fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünəməxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, Cavabdeh QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da “Aqrarkredit QSC-yə güzəşt etmişdir. İş materiallarında olan 19.06.2017-ci il tarixli SFK nömrəli akta əsasən borclu İddiaçı 424.448,37 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan Cavabdeh QSC tərəfindən təqdim olunmuş 17.02.2021-ci il tarixli arayışa əsasən İddiaçı 07.09.2010-cu il tarixli, 10935 saylı müqavilə üzrə 107091,70 manat, 24.09.2010-cu il tarixli, 10678 saylı müqavilə üzrə 317356,67 manat məbləğində borcu vardır. İş materiallarında olan 31.08.2021-ci il tarilxi 4/1137 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 181-187-ci vərəqlərində olan "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı adlarından olan 24 sentyabr 10-cu il tarixli kredit müqaviləsinin 1-6-cı vərəqlərinin aşağı sağ küncündəki imzalar, 7-ci vərəqin aşağı sağ tərəfində “Borc alan:” qrafasındakı imza və “Babayev Ə” yazısı, 189-195-ci vərəqlərində "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı adlarından olan 7 sentyabr 2010-cu il tarixli, 10935 nömrəli kredit müqaviləsinin 2-6-cı vərəqlərinin aşağı sağ küncündəki imzalar, 7-ci vərəqinin aşağı sağ tərəfində “Borc alan:” qrafasındakı imza və “İddiaçı” yazısı və 196-cı vərəqində "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı adlarından olan 24 sentyabr 2010-cu il tarixli kassa məxaric orderində “orderdə göstərilən məbləği aldım” qrafasındakı imza (cəmi -14 imza) - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 188-ci vərəqində "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı adlarından olan FJB**********950 nömrəli kassa məxaric orderində “Müsterinin imzası” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, təqdim olunmuş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı ididda tələbi rədd edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində onunla Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarına, ekspert rəyinə əsasən hesab edir ki, qeyd edilən müqavilələrdə imzanın ilkin iddia üzrə İddiaçı məxsus olması iş materialları ilə müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış 07.09.2010-cu il tarixli 10935 saylı və 29.09.2010cu il tarixli 10678 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi və iddiaçının kredit borcunun və ona hesablanmış faizlərin silinməsi üçün əsaslar iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə həmçinin Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən qeyd edir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edilən normalara əsasən bildirir ki, ilkin iddia üzrə iddiaçı hər bir halda Mülki Məcəllənin 354-cü maddəsində qeyd edilən müddətləri ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının iddia müddətini ötürməsinə dair ərizə rəqdmi etməsi, iddia müddətinin tətbiq edilərək qarşılıqlı iddia tələbinin rədd edilməsini tələb etməsi dolayısı ilə ilkin iddia üzrə iddiaçının qeyd edilən müqavilələrin etibarsız əqdlər olmadığını qəbul etməsi kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İddiaçı ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında tərtib olunmuş 07.09.2010-cu il tarixli 10635 saylı və 24.09.2010-cu il tarixli 10678 saylı kredit müqavilələrinin etibarsız hesab olunması, həmin kredit müqavilələrinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin İddiaçı hesabından silinməsi barədə ilkin iddia tələbi rədd edilməli və iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh QSC-nin cavabdeh İddiaçı 24.09.2010-cu il tarixli, 10678 saylı kredit müqaviləsi üzrə faiz borcu 317.356,67 (üç yüz on yeddi min üç yüz əlli altı manat , altmiş yeddi qəpik) manat, 07.09.2010-cu il tarixli, 10935 saylı kredit müqaviləsi üzrə faiz borcu 107.091,70 (yüz yeddi min doxsan bir manat yetmiş qəpik) manat , hər iki müqavilə üzrə 424.448,37 manat (dörd yüz iyirmi dörd min dörd yüz qırx səkkiz manat, otuz yeddi qəpik) manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub Cavabdeh QSC-nin xeyrinə ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı oölu ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanmış 07.09.2010-cu il tarixli 10935 saylı və 29.09.2010-cu il tarixli 10678 saylı kredit müqavilələrinin müddəti 36 ay təşkil etmiş və 07.09.2010-cu il tarixli 10935 saylı müqavilənin müddəti 07.09.2013-cü ildə, 29.09.2010-cu il tarixli 10678 saylı müqavilənin müddəti 29.09.2013-cü il tarixdə bitmişdir. Yəni iş üzrə pozulmuş hüququn müdafiəsi üçün iddia müddət ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən iddia verilməsi üçün müddət ötürüldüyünə görə qarşılıqlı iddia tələbi təmin edilməməli və iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən qeyd edir ki, iş üzrə İş üzrə aparılmış 126 (bir yüz iyirmi altı) manat məbləğində ekspertiza xərcinin yarısı 63 manat ilkin iddia üzrə İddiaçı, yarısı-63 manat isə qarşılıqlı iddia üzrə iddiaçı AqrarKredit” QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİKCTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İddiaçı ilə "xxxx" ASCnin Nəqliyyat filialı arasında tərtib olunmuş 07.09.2010-cu il tarixli 10635 saylı və 24.09.2010-cu il tarixli 10678 saylı kredit müqavilələrinin etibarsız hesab olunması, həmin kredit müqavilələrinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin İddiaçı hesabından silinməsi barədə iddia tələbi rədd edilsin. İlkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh QSC-nin cavabdeh İddiaçı 24.09.2010-cu il tarixli, 10678 saylı kredit müqaviləsi üzrə faiz borcu 317.356,67 (üç yüz on yeddi min üç yüz əlli altı manat , altmiş yeddi qəpik) manat, 07.09.2010-cu il tarixli, 10935 saylı kredit müqaviləsi üzrə faiz borcu 107.091,70 (yüz yeddi min doxsan bir manat yetmiş qəpik) manat , hər iki müqavilə üzrə 424.448,37 manat (dörd yüz iyirmi dörd min dörd yüz qırx səkkiz manat, otuz yeddi qəpik) manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub Cavabdeh QSC-nin xeyrinə ödənilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə aparılmış 126 (bir yüz iyirmi altı) manat məbləğində ekspertiza xərcinin yarısı 63 manat ilkin iddia üzrə iddiaçı İddiaçı, yarısı-63 manat isə qarşılıqlı iddia üzrə iddiaçı AqrarKredit” QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİKCTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdə qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-494/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-494/2021
13.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver