Məhkəmə qərarları › İş №2(004)-4945/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4945/2020

25.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4945/2020 25.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Məstanova (Zeynalova) Fatma Səlim qızına və Cavabdeh5 qarşı “daşınmaz əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Məstanova (Zeynalova) Fatma Səlim qızına və Cavabdeh5 qarşı “daşınmaz əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı qıznın mülkiyyətində olan 36/90 hissəsindən qalan hissəsinin 1/6 pay hissəsinin, həmin evin “Q” tikilisinin 2-ci mərtəbəsində yerləşən 1 və 2 saylı otaqları kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 36/90 hissəsindən 1/6 hissəsi paylı mülkiyyət hüququ üzrə ona məxsusdur. Hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış və ona müvafiq Çıxarış verilmişdir. Faktiki olaraq fərdi yaşayış evinin bir hissəsi real bölgü ilə ailəmizin istifadəsindədir. İstifadəsində olan hissə ilə bağlı hər hansı bir mübahisə yoxdur. Bu səbəbdən hesab edir ki, paylı mülkiyyət hüququ əsasında ona məxsus olan hissənin naturada müəyyən edilməsi doğru olar. Belə ki, digər payçıların bir çoxunun payı naturada müəyyən edilmiş və həmin müəyyən edilmiş hisssələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məlumat üçün bildirmişdir ki, fərdi yaşayış evi “A”, k'B”, “Q”, “D" tikililərindən ibarətdir. Faktiki olaraq onların istifadə etdiyi hissə Fərdi yaşayış evinin Texniki Pasportunda “Q” tikilisinin 2-ci mərtəbəsində yerləşən sahəsi 14.7 kv.m. kimi qeydiyata alınmış 1 saylı və sahəsi 21,9 kv.m. kimi göstərilmiş 2 saylı kimi göstərilən otaqlardır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 157 saylı evin 36/90 hissəsindən qalan hissəsinin 1/6 pay hissəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli sənədlərdən görünür ki, 12 saylı DNK-nın 2V-1-139 reyestr nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin X4 məxsus olmuş 1/6 hissəsi X2 adına keçmiş, 12 saylı DNK-nın 4Ə-341 reyestr nömrəli xx.xx.2014-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən İddiaçı Məcid qızının adına qeydiyyatdan keçmişdir. X1 xx.xx.2020-ci il tarixli, 371 nömrəli rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan tikililər müvafiq texniki pasport üzrə «Q» literli tikilinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 35,7 m2, o cümlədən yaşayış sahəsi 23,2 m2, yardımçı (köməkçi) sahəsi 12,5 m2 olan tikililərdir. Hesablama nəticəsində, İddiaçı payına düşən ümumi sahənin 32,89 m2, yaşayış sahəsinin 16,86 m2, yardımçı (köməkçi) sahənin 16,03 m2 təşkil etdiyini nəzərə alaraq, İddiaçı çatacaq 1/6 paydan 2,81 m2 (32,89-35,7) ümumi sahənin çox, o cümlədən 6,34 m2 (16,86-23,2) yaşayış sahəsinin çox və 3,53 m2 (16,03-12,5) yardımçı sahənin az düşdüyü müəyyən olunur. Ümumilikdə isə İddiaçı faktiki istifadəsində olan tikililərin onun pay hissəsinə mütənasib olduğunu qəbul etmək olar. Beləliklə, aparılmış tədqiqat nəticəsində, yuxarıda qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və təqdim olunmuş sənədlərə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan «Q» tikilisinin 2-ci mərtəbəsindəki 1 və 2 saylı tikililərin əmlakın dövlət reyestrində qeydiyyata alınmış pay hissəsinə mütənasib olduğunu qəbul etmək olar. Məhkəmə qeyd edir ki, tərəflərin hər biri müstəqil mülkiyyətçidir və hər birinin payı məlumdur, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213 və 214-cü maddələrinə əsasən onlar hər biri paylı mülkiyyətçidir. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olan 36/90 hissəsindən qalan hissəsinə 1/6 pay hissəsinin, həmin evin “Q” tikilisinin 2-ci mərtəbəsində yerləşən 1 və 2 saylı otaqları kimi müəyyən edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən və işin digər materiallarından da göründüyü kimi iddiaçının paylı mülkiyyətinin onun faktiki istifadəsində olan evin “Q” tikilisinin 2-ci mərtəbəsində yerləşən 1 və 2 saylı otaqları kimi müəyyən edilməsi mümkündür. Odur ki, məhkəmə hesab edir ki, ekspert rəyinə hüquqi qiymət verilərək o sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyin hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 371 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan «Q» tikilisinin 2-ci mərtəbəsindəki 1 və 2 saylı tikililərin əmlakın dövlət reyestrində qeydiyyata alınmış pay hissəsinə mütənasib olduğunu qəbul etmək olar. Məhkəmə qeyd edir ki, tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 371 nömrəli rəyinə uyğun bölgü cavabdehlərin hüquqlarının pozulmasına gətirib çıxarmır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində olan 36/90 hissəsindən qalan hissəsinin 1/6 pay hissəsi, həmin evin “Q” tikilisinin 2-ci mərtəbəsində yerləşən 1 və 2 saylı otaqları kimi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində olan 36/90 hissəsindən qalan hissəsinin 1/6 pay hissəsi, həmin evin “Q” tikilisinin 2-ci mərtəbəsində yerləşən 1 və 2 saylı otaqları kimi müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar