Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-495/2021 18.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Paşayev Elçin Tofiq oğlunun katibliyi İddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəmə müraciət edərək son nətigədə 2500 manat məbləğində icarə haqqının, icarə müqaviləsinin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarının icarə müqaviləsinin qüvvədə olması nəzərə alaraq ödənilməmiş müddətə ödənilməsi, yarasızlaşdırılmış icarə sahəsinin istismara yenidən yaralı hala gətirilməsi və bərpa olunması üçün 25000 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında 42 saylı Notariat ofisində bağlanmış 04 avqust 2018-ci il tarixli icarə müqaviləsinə əsasən Yasamal rayonu, Ə.Haqverdiyev 2 C ünvanda yerləşən 73.6 kv/m tam mülkiyyət hüququ əsasında ona mənsub olan qeyri-yaşayış binasının 66 kv/m-ni X2 04.08.2020-ci il tarixədək icarəyə vermişdir. İcarə haqqı tərəflərin razılığına əsasən 2500 manat məbləğində müəyyən edilməsinə baxmayraraq icarə müqaviləsində səhvən 500 manat göstərilmişdir. Cavabdeh icarə haqqını 03 aprel 2020-ci il tarixdən ödəməmişdir. Bu Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısının 13 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmişdir. Eyni zamanda cavabdeh tərəfindən icarə müqaviləsinin 10 və 12-ci bəndləri üzərinə götürdüyü öhdəliklər icra edilməmiş və kommunal xidmət haqları, icarə haqqında vergilər ödənilməmişdir. Külli miqdarda borc yaranmışdır. Cavabdeh obyekti tamamilə yararsız hala salmışdır. Müşahidə kamerası və avadanlıqlar məhv edilmişdir. O cümlədən televizor, telefon, TVR və yaddaş diski də sıradan çıxmışdır. Cavavbheh müqavilənin 6,9,11-ci bəndlərinin tələblərini pozaraq icarə obyektində texniki təhlükgsizlik qaydalarını əməl etməmiş, iddiaçının razılığı olmadan obyektdə 4-cü təndir tikmişdir. Bundan əlavə cavabdeh icarə müqaviləsinin 7-ci bəndinə zidd olaraq əmlakı ikinci əldən icarəyə vermişdir. Yararsız hala salınmış obyektin təmirinə və qanunsuz tikilmiş təndirin sökülməsinə və arakəsmənin bərpasına görə 25 000 manat ziyandadır. İcarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti 04.08.2020-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müdddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İcarə müqaviləsi ləğv edilmədiyindən cavabdeh müqavilənin qüvvədə olduğu müddətdə müqavilə ilə razılşdırılmış bütün xərcləri ödəməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı mülkiyyətində olan 73,6 kv/m qeyri yaşayış sahəsinin 66,0 kv/m hissəsini cavabdehə iki il müddətində icarəyə vermişdir. İcarəyə götürdüyü sexi 2019-cu ilin iyun ayında iddiaçının razılığı ilə tanışı X1 təhvil vermişdir. Onlar arasında üeni icarə müqaviləsi bağlanmış və cavabdeh həmin işdən kənarlaşmışdır. İddiaçı bu xüsusatı qəbul etməsə də, bu, iddiaçının polisə yazdığı şikayət əsasında qəbul edilmiş 13.04.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq edilir. Həmin icraat zamanı Abdi Səbuhi 03.04.2020-ci il tarixli şikayət ərizəsində məhz Xalid Hüseynzadədən şikayət etmiş və tələbini ona qarşı yönəltmişdir. Eyni zamanda 14.08.2019-cu il tarixdə Abdi Səbuhi ilə Xalid Hüseynzadə arasında həmin sahəyə dair, hətta daha çox-73,6 kv/m olmaqla icarə müqaviləsi bağlamışlar. O, 2019-cu ilin iyul ayına kimi sexi işlətmişdir. İşlətdiyi müddətdə hər ay iddiaçıya 2500 manat icarə haqqı vermişdir. İşdən görünür ki, Abdi Səbuhi 04.08.2018-ci il tarixli icarə müqaviləsində mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 66,0 kv/m hissəni hər ay 500 manata Cavabdeh Çingiz oğluna icarəyə verdiyi halda, 14.08.2019-cu il tarixli icarə müqaviləsində qeyri-yaşayış sahəsini bütünlüklə, 73,6 kv/m sahəni cəmi 100 manata Xalid Hüseynzadəyə icarəyə vermişdir. İddiaçının özünün təqdim etdiyi sənədlərdən görünür ki, Cavabdeh sonra 2020-ci ilin aprel ayına kimi ikinci icarəçi ilə münasibətlərini davam etdirmişlər. Hətta polisə yazdığı şikayətdə Abdi Səbuhinin ona qarşı pretenziyası olmamışdır. Bundan başqa, iddiaçı onun özünə icarə müddətində hər ay 300 manat olmaqla torpaq icarəsinə görə icarə haqqı borcu olduğunu göstərmişdir. Lakin mövcud icarə müqaviləsindən görünür ki, iddiaçı ona mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yalnız 66,0 kv/m hissəsini icarəyə vermişdir. İcarə müqaviləsində torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulmamışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı Abdi Səbuhi arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 204 saylı, 17.03.2017-ci il tarixli müqaviləyə görə 168,6 kv/m torpaq sahəsi iddiaçının icarəsində olmuşdur. Lakin həmin sahənin ona icarəyə verilməsi iş materiallarından görünmür. Həmçinin həmin müqavilənin 2.2 bəndinə görə iddiaçı icarəsində olmuş 168,6 kv/m torpaq sahəsinin subicarəyə vermək səlahiyyəti olmamışdır. Cavabdehin iddiaçıya kommunal xidmətlərə görə, vergi ödəmələrinə görə hər hansı borcu yoxdur. Eyni zamanda işlətdiyi müddətdə tərəfindən onun sexinə hər hansı ziyan vurulmamışdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26.07.2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən bir qayda olaraq «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. İddia ərizəsində göstərdiyi zərərin həqiqətən mövcud olması və məhz onun tərəfindən vurulması qərəzlidir. Qeyd olunanlara və MPM-nin 154-cü maddəsinə əsasən iddiaçının iddia ərizəsinə etiraz edir və icarəyə götürülən sexə görə onun iddiaçıya borcu qalmadığından iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia ərizəsində göstərilənlərin həqiqətə uyğun olmadığını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2. -ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İlk öncə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş ləğvi qaydasına əməl olunmasa da icarə sahəsinin məhz 2019-cu ilin iyun ayınadək cavabdehin istifadəsində olması təqdim olunmuş sübutlarla - Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısının 13 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq olunur. Həmin qərardan görünür ki, iddiaçı şikayət ərizəsi ilə Polis Bölməsinə müraciət edərək Yasamal rayonu, Ə.Haqverdiyev 2 C ünvanda yerləşən «Gəncə» çörəkbişirmə sexini Xalid adlı şəxsə icarəyə verdiyin və həmin 31.03.2020-ci il tarixdə icarə haqqını verməyərək icarə obyektini açarını özü ilə apardığını bildirmişdir. Eyni zamanda iddiaçı şikayət üzrə verdiyi izahatında da həmin halı təsdiq etmişdir. Göründüyü kimi həmin qərarla icarə sahəsinin iddiaçının razılığı əsasında Xalid adlı şəxsə verilməsi təsdiq edilmişdir. İddiaçının 08 dekabr 2020-ci il tarixdə məhkəmə təqdim etdiyi 30 noyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, kommunal borclar 01 may 2019-cu ildən, əsas etibarı ilə isə 01.02.2020-ci il tarixdən sonrakı dövrə,yəni cavabdehin istifadəsində olmadığı dövrə aiddir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçınüın cavabdehdən 01 may 2019-cu il tarixdən hal-hazıradək olan dövr üçün icarə həqqı, komunnal haqları və vercilərin ödənilməsi tələbi əsassızdır və iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus icarə obyektinə dəymiş zərər tələbi qismən təmin edilməlidir. İddiaçı cavabdeh tərəfindən onun razılığı olmadan ona məxsus sahədə dördüncü təndirin tikilməsi və əlavə təmir-tikinti işlərinin aparılmasını bildirsə də məhkəmədə cavabdeh tərəfindən ona məxsus sahədə quraşdırılmış və onun mobil telefonuna qoşulmuş kameralar vasitəsi ilə obyektdə aparılan təmir işlərinə nəzarət etdiyini, hətta təmir işləri ilə bağlı məsləhətlər də verdiyini, cavabdehin dördüncü təndirin quraşdırılması barədə müraciətinə bunun «Azəriqaz»la razılaşdırılmalı olması barədə məsləhət verdiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia iddiaçının razılığı olmadan cavabdeh tərəfindən aparılmış təmir-tikinti işləri nəticəsində iddiaçıya zərər dəyməsi tələbi də əsassızdır və rədd edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia iddiaçıya məxsus qaz sayğacının yararsız hala salınması nəticəsində dəymiş zərər tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, Bakı Regional Qazın Satışı Departamentinin rəis müavininin 20 may 2020-ci il tarixli məktubundan, 05 iyul 2019-cu il tarixli aktdan görünür ki, icarə obyektində olmuş qaz sayğacı cavabdehin istifadəsində olduğu müddətdə yararsız hala salınmış və 17.09.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, yeni sayğacın alınması üçün iddiaçı tərəfindən «Azəriqaz» İstehsalat Birliyinə 529,43 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, qaz sayğacına dəymiş zərərə görə 529,43 manat cavabdehdən tutularaq iddiaçıya öədnilməldir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 529,43 manat (beş yüz iyirmi doqquz manat qırx üç qəpik) dəymiş zərər tutularaq İddiaçı ödənilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-495/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-495/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver