Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4954/2021 19.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC - nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC - nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********00756 olan İPHONE XR markalı telefon üçün 1697,4 (min altı yüz doxsan yeddi manat 40 qəpik) manat ödənilməmiş hissə, 451 (dörd yüz əlli bir) manat dəbbə; 12.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41434 Meizu 15 LİTE markalı telefon üçün 340 (üç yüz qırx) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, ümumilikdə, 2588,4 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2618,4 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "‘ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “"xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 24.02.2020-cu il və 12.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********00756 İPHONE XR və İMEİ kodu **********41434 Meizu 15 LİTE markalı telefonlar almış və nəticədə 2588,4 (iki min beş yüz səksən səkkiz,40 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2137,4 (iki min yüz otuz yeddi manat 40 qəpik) manat (18 ay x 94,3 manat + 440 manat ilkin ödəniş) İMEİ kodu **********00756 İPHONE XR markalı telefon üçün ümumilikdə,2148,4 (iki min yüz qırx səkkiz manat 40 qəpik) manat olmaqla ondan,1697,4 (min altı yüz doxsan yeddi manat 40 qəpik) manat ödənilməmiş hissə, 451 (dörd yüz əlli bir) manat dəbbə; 12.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444 () manat (12 ay x 37 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********41434 Meizu 15 LİTE markalı telefon üçün ümumilikdə 440 manat olmaqla ondan, 340 (üç yüz qırx) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 544 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında sözügedən mobil telefonları iddiaçı İddiaçı MMC-dən aldığını, lakin müqavilə üzrə ödənişləri maddi vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilmədiyini bildirdi. Məhkəmədən müqavilələr üzrə hesablanmış cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 24.02.2020-ci il tarixli, 20124428 №-li nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 2137,4 (iki min yüz otuz yeddi manat 40 qəpik) manat (18 ay x 94,3 manat + 440 manat ilkin ödəniş) dəyərində əşyanı (İPHONE XR markalı telefon) hər ay 94,3 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 20032665 nömrəli 12.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 444 (dörd yüz qırx dörd) manat (12 ay x 37 manat + 0 manat ilkin ödəniş) olan əşyanı (Meizu 15 LİTE markalı telefon) hər ay 37 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. İş materiallarında olan 24.02.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20124428 nömrəli alqı-satqı müqaviləsi üzrə İPHONE XR markalı telefon, 12.01.2020-ci il tarixli təhviltəslim aktına əsasən 20032665 nömrəli alqı-satqı müqaviləsi üzrə Meizu 15 LİTE markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan X3 əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 24.02.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh tərəfindən 440 manat ödəniş edilmiş, həmin müqavilə üzrə onun 1697,4 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 451 manat cərimə, 12.01.2020-ci il tarixli müqavilə üzrə isə alıcı Cavabdeh tərəfindən 104 manat ödəniş edilmiş, həmin müqavilə üzrə onun 340 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 100 manat cərimə hesablanmışdır. Hər iki müqavilə üzrə cəmi ödənilmiş məbləğ 544 manat olmuşdur, ödənilməmiş məbləğ isə 2037,4 manat, dəbbə pulu 551 manat olmaqla, ümumilikdə Cavabdeh 2588,4 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 24.02.2020-ci il və 12.01.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış 24.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 451 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 45 manat məbləğində müəyyən edilməsini və 12.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 100 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.02.2020-ci il tarixli 20124428 nömrəli müqavilə üzrə 1697,4 manat borc və 45 manat dəbbə pulu, 12.01.2020ci il tarixli 20032665 nömrəli müqavilə üzrə 340 manat borc və 10 manat dəbbə pulu olmaqla ümumilikdə 2092,4 (iki min doxsan iki manat qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24.02.2020-ci il tarixli 20124428 nömrəli müqavilə üzrə 1697.4 (bir min altı yüz doxsan yeddi manat qırx qəpik) manat borc və 45 (qırx beş) manat dəbbə pulu, 12.01.2020-ci il tarixli 20032665 nömrəli müqavilə üzrə 340 (üç yüz qırx) manat borc və 10 (on) manat dəbbə pulu olmaqla, ümumilikdə 2092.4 (iki min doxsan iki manat qırx qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4954/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4954/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver