Məhkəmə qərarları › İş №2(004)-496/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-496/2021

22.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-496/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, X1 cavabdehlər 3 saylı Bakı “Asan Xidmət” X4, Cavabdeh2, Cavabdeh3 və üçünçü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, reyestr qeydiyyatının etibarsız hesab edilməsi, vərəsəlik paylarının müəyyən edilməsi, 3 saylı Bakı “Asan Xidmət” X4 yeni vərəsəlik şəhadətnaməsinin verilməsinin həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdehlər 3 saylı Bakı “Asan Xidmət” X4, Cavabdeh2, Cavabdeh3 və üçünçü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, reyestr qeydiyyatının etibarsız hesab edilməsi, vərəsəlik paylarının müəyyən edilməsi, 3 saylı Bakı “Asan Xidmət” X4 yeni vərəsəlik şəhadətnaməsinin verilməsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı Cavabdeh1 notariat ofisinin xüsusi notariusu R.M.Şahgəldiyev tərəfindən xx.xx.2019-cu il tarixdə 2v/-694 bömrəsi ilə reyestr qeydinə alınmış olan, “Səid” Kiçik müəssiəsinə dair qardaşları adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən onlara bərabər paylar üzrə verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və bununla əlaqədar aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi, miras əmlak olan Səid kiçik müəssisısi üzrə vərəsəlik paylarının müəyyən edilməsi, həmin paylara uyğun olaraq 3 saylı Bakı “Asan Xidmət” X4 yeni vərəsəlik şəhadətnaməsinin verilməsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı xx.xx.2021-ci il tarixə saat 11:30-a təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi və “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilmişdir. Lakin tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 cavabdehlər 3 saylı Bakı “Asan Xidmət” X4, Cavabdeh2, Cavabdeh3 və üçünçü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, reyestr qeydiyyatının etibarsız hesab edilməsi, vərəsəlik paylarının müəyyən edilməsi, 3 saylı Bakı “Asan Xidmət” X4 yeni vərəsəlik şəhadətnaməsinin verilməsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar