Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4982/2021 13.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin və sazişin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin və sazişin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 fevral 2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Torpaq sahəsinin bölgüsü haqqında Sazişin və 19 fevral 2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Daşınmaz əmlakın alqı-satqısı haqqında AN-İ № ******* saylı müqavilənin etibarsız hesab edilməsi, 19 fevral 2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Daşınmaz əmlakın alqı-satqısı haqqında AN-İ № ******* saylı müqavilə üzrə ödənilmiş 4000 (dörd min) manat pul məbləğinin, həmin müqavilənin bağlanmasına çəkilən 450 manat xərcin, mənəvi ziyan üçün 2000 manat pul məbləğinin və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 2019-cu ilin fevral ayının əvvələrində Abşeron rayonun Məhəmmədi kəndində ev tikmək üçün torpaq sahəsi almaq üçün daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan X2 ilə danışmışdır. O, iddiaçıya Məhəmmədi kəndində torpaq satıldığını, həmin torpaq sahəsinin Cavabdeh məxsus olduğunu və 0.03 hektarına görə 4000 manata satıldığını bildirmişdir. Atası və o, həmin torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsi xoşuna gəldiyi üçün almaq qərarına gəlmişdirlər. Abşeron rayonu 2 saylı notariat ofisinə gedib 19 fevral 2019-cu il tarixdə Torpaq sahəsinin bölgüsü haqqında Saziş bağlamışlar. Həmin sazişin 1-ci maddəsinə görə Abşeron rayonu, 2 saylı notariat ofisində 4Ə-279 reyestrində qeyd olunmaqla rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0.108 ha torpaq sahəsinin 0.03 ha torpaq sahəsi bölünüb ona satılması barədə razılığa gəlmişlər. Eyni zamanda elə həmin günü Cavabdeh ilə 0.03 ha torpaq sahəsinin ona satılması barədə AN-İ № ******* saylı müqavilə bağlamışlar. Alqı satqı müqaviləsi bağlandıqdan təqribən bir ay sonra sərhədlərinin koordinatlarının müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi məqsədi ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları gəlib yerində baxış keçirərkən və sərhədlərinin koordinatlarının müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi zaman ona göstərilən torpaq sahəsinin X6 məxsus olduğunu bildirmişlər. Ona aldadaraq satdıqları torpaq sahəsi tamamilə başqa yerdə olduğu, ev tikməyə yararsız olan bir yer olduğu aşkar olunmuşdur. Bundan sonra o, cavabdeh tərəfə öz etirazını bildirib başqa torpaq sahəsinin satıldığını isə gəlib ona göstərilən torpağın X4 alıb onun adına rəsmiləşdirəcəklərini bildirmişdir. Amma ötən bu müddət ərzində hər dəfə zəng etdikdə, bir bəhanə taparaq ona göstərilən torpağı adına rəsmiləşdirməmişdir. Bundan sonra aldadıldığını, onlara qəti olaraq nə pulunu, nə də onlara göstərib satmadıqları torpağı ala bilməyəcəklərini görüb Abşeron Rayon Polis idarəsinə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsindən verilən məlumatda isə bu işin mülki xarakterli olması səbəbi ilə məhkəməyə müraciət etməkləri bildirilmişdir. Cavabdeh tərəfindən aldadılmağı, dəfələrlə zəng etməyi, ev tikə bilməməyi və eləcədə ailə həyatı qurmaq üçün gördüyü hazırlıqlar və nəticədə bir il ərzində bunları həyata keçirə bilməməyi, işindən qalmağı ona böyük iztiraba və mənəvi sarsıntıya səbəb olmuşdur. Hesab edir ki, 19 fevral 2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Torpaq sahəsinin bölgüsü haqqında Saziş və 19 fevral 2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Daşınmaz əmlakın alqı-satqısı haqqında AN-İ № ******* saylı müqavilə etibarsız hesab edilməli, 19 fevral 2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Daşınmaz əmlakın alqı-satqısı haqqında AN-İ № ******* saylı müqavilə üzrə ödənilmiş 4000 (dörd min) manat pul məbləği, həmin müqavilənin bağlanmasına çəkilən 450 manat xərci, mənəvi ziyan üçün 2000 manat pul məbləği və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirmiş və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu 2 saylı Notariat Ofisinə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: ******* №-li 19.02.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh (satıcı) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.108 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.03 ha hissəsini İddiaçı (alıcı) mülkiyyətinə verir. İddiaçı (alıcı) isə həmin daşınmaz əmlakı 4000 manat qiymətinə alır. Həmin müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra reyestrdə 4Ə- 279 N° ilə qeyd edilib. 19.02.2019-cu il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişdən müəyyən edilir ki, Cavabdeh və İddiaçı 2 saylı notariat ofisində 4Ə-279 reyestrdə qeyd olunmaqla rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında ünvan 1i ünvanında yerləşən 0.108 ha olan torpaq sahəsinin 0.03 ha hissəsinin İddiaçı bölünməsi barədə razılığa gəlmişdirlər. Abşeron rayonu 2 saylı Notariat Ofisinin tərəflər arasında bağlanmış 19.02.2019-cu il tarixli, 4Ə-279 reyestrdə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin və 3M-340 reyestrdə qeydə alınmıəş torpaq sahəsinin bölgüsü haqqında sazişə dair notariat işinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, cavabdehin əvəzinə müqaviləni və sazişi X10 imzalamışdır və notariat işinə Cavabdeh öz adından imzalamaq səlahiyyətini nümayəndə qismində X5 verməsini təsdiq edən 17.03.2018-ci il tarixli etibarnamə əlavə edilmişdir. Notariat işinə əlavə edilmiş **********151 saylı, reyestrdə 8İ-1151 № ilə qeyd edilmiş Cavabdeh həyat yoldaşı X1 rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0.108 ha olan torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.04.2019-cu il tarixli, **********60 seriyalı məktubundan müəyyən olunur ki, ünvan 1i ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan 0.108 ha olan torpaq sahəsindən notariat qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında satılmış 0.03 ha torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi ilə bağlı müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında 4100 metr fərq olması, həmçinin göstərilən torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 19.02.2019-cu il tarixli torpaq sahəsinin bölgüsü haqqında saziş ilə Cavabdeh və İddiaçı 2 saylı notariat ofisində 4Ə-279 reyestrdə qeyd olunmaqla rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında ünvan 1i ünvanında yerləşən 0.108 ha olan torpaq sahəsinin 0.03 ha hissəsinin İddiaçı bölünməsi barədə razılığa gəlinmiş, Cavabdeh (satıcı) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,108 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.03 ha hissəsinin İddiaçı (alıcı) mülkiyyətinə verilməsi, İddiaçı (alıcı) isə həmin daşınmaz əmlakı 4000 manat qiymətinə alması ******* №-li 19.02.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmiş və həmin müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra reyestrdə 4Ə-279 N° ilə qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı, eyni zamanda müəyyən edilir ki, ünvan 1i ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan 0.108 ha olan torpaq sahəsindən notariat qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında satılmış 0.03 ha torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi ilə bağlı müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) nəticəsində sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında 4100 metr fərq olması, həmçinin göstərilən torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi ilk materialında oan sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, saziş və alqı-satqı müqaviləsi qanunauyğun şəkildə bağlansa belə, lakin mübahisəlindirilən sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında 4100 metr fərq olması, həmçinin göstərilən torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi iddiaçının aldadılmasını sübuta yetirir. Bundan əlavə iddiaçı aldadıldığını bildiyi andan cavabdehə etirazlarını bildirsə də etirazı cavabsız qalmışdır. Buna görə də iddia tələbi “müqavilənin və sazişin etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş 4000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməlidir. İddia tələbi müqavilənin bağlanmasına çəkilən 450 manat xərcin, mənəvi ziyan üçün 2000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı müqavilənin bağlanması üçün 450 manat ödəməsi barədə sübutu iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinə dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanan 19.02.2019-cu il tarixli torpaq sahəsinin bölgüsü haqqında saziş və həmin tarixdə bağlanılmış Daşınmaz əmlakın alqı-satqısı haqqında AN-İ ******* saylı müqavilə etibarsız hesab edilsin. Cavabdeh müqavilə üzrə ödənilən 4000 (dörd min) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4982/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4982/2021
13.10.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver