Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4984/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, verilmiş çıxarışın ləğvi və təkrar hərracın keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, verilmiş çıxarışın ləğvi və təkrar hərracın keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 26, mənzil 83 və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı ilə bağlı keçirilmiş hərracın nəticələri, o cümlədən 08.08.2018-ci il tarixli № Y-272 nömrəli hərracın yekunları barədə protokol və 31.08.2018ci il tarixli № Y-272/1 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab edilməsi və Dövlət rüsumunun cavabdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 09.02.2018ci il tarixli 2(103)-23/2018 saylı icra vərəqəsi əsasında Səbail rayon icra və probasiya şöbəsinin 14.06.2018-ci il tarixli № 73625/2018-16-6/3461 nömrəli sifariş məktubu ilə щтгт mülkiyyətiтdə olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi ev 26, mənzil 83 və Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09.02.2018-ci il tarixli 2(103)-23/2018 saylı icra vərəqəsi əsasında Səbail rayon icra və probasiya şöbəsinin 13.08.2018-ci il tarixli № 73625/2018-16-6/5825 nömrəli sifariş məktubu ilə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin açıq hərrac vasitəsilə satışı cavabdeh "xxxx" MMC-yə tapşırılmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən 08.08.2018-ci il tarixdə və 31.08.2018-ci il tarixdə hərrac keçirilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməlidir. Belə ki, həmin hərrac barəsində ona heç bir məlumat verilməmişdir. Eyni zamanda, "xxxx" MMC ləğv olunduğuna görə hərracın yekunları üzrə alqı-satqısı barədə müqaviləni və Hərracın nəticələri haqqında № Y-272 və № Y-272/1 saylı Protokolu Səbail rayon İcra və Probasiya şöbəsindən almışdır. Bundan başqa cavabdeh tərəfindən hərracın keçirilməsi barədə Azərbaycan Respublikası qanununun tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-nin faktiki ünvanı ünvan 2araq, iddia ərizəsini Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etmişdir. Lakin, Kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatları üzrə axtarış zamanı cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanının ünvan 3mişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 4blikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, verilmiş çıxarışın ləğvi və təkrar hərracın keçirilməsi” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, verilmiş çıxarışın ləğvi və təkrar hərracın keçirilməsi” tələbinə dair 2(004)- 4984/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4984/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4984/2021
30.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver